Ali təhsil müəssisələrinə qəbul imtahanlarında I ixtisas qrupunu seçən abituriyentlər bu il digər qruplarla müqayisədə daha böyük üstünlüklərə malikdirlər.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə "DOST TV"də canlı yayım zamanı deyib.
DİM sədri I ixtisas qrupunda pulsuz təhsil imkanlarının geniş olduğunu xüsusi vurğulayıb:
"Birinci qrup bu il çox şanslı qrupdur. Hazırda bu qrup üzrə ayrılmış ümumi plan yerlərinin 75 faizini dövlət sifarişli, yəni ödənişsiz yerlər təşkil edir. Bu, abituriyentlər üçün çox ciddi bir göstərici və böyük imkandır".
Bizim.Media