Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? -Vacib detallar

Xəbər verildiyi kimi, İstanbulun Qaziosmanpaşa rayonunda azərbaycanlı iş adamı Rövşən Zeynalovun meyiti yaşadığı mənzildən tapılıb. Diqqətçəkən məqamlardan biri isə onun təxminən bir həftə mənzildə ölü vəziyyətdə qalması, bu müddətdə bacısı Mətanət Zeynalovanın da həmin evdə yaşaması olub. Mənzildə qan izlərinin aşkarlanması isə hadisənin səbəbləri ilə bağlı müxtəlif ehtimallar yaradıb.

Qan izlərinin aşkarlanması hadisənin cinayət xarakterli olması və mümkün motivi ilə bağlı ehtimalı gündəmə gətirir?

Bizim.Media xəbər verir ki, bu barədə “Globalinfo.az”a kriminalist Şəmsəddin Əliyev danışıb.

O bildirib ki, Cinayət Məcəlləsinin 120-ci maddəsi qəsdən adam öldürmə cinayətini nəzərdə tutur.

Onun sözlərinə görə, təqdim olunan məlumatlar əsasında hadisədə qəsdin əlamətləri ehtimal edilə bilər:

“Burada müxtəlif motivlər nəzərdən keçirilə bilər. Bu, qisas motivi, yaxud başqa cinayətlərin izlərini gizlətmək və ya müəyyən cinayəti ört-basdır etmək məqsədi daşıya bilər. Cinayətin motivi və digər hallar istintaq zamanı müəyyənləşdirilməlidir. Onun bacısının evdə olması da araşdırılmalı məqamlardandır. İstintaqı qabaqlamaq və hadisə ilə bağlı indidən qəti nəticə çıxarmaq düzgün olmaz. Hesab edirəm ki, Türkiyə Respublikasının istintaq orqanları və prokurorluq bu məsələyə ciddi yanaşacaq”.

Kriminalist qeyd edib ki, hazırda əsas məsələ ölümün səbəbinin və hadisənin bütün detallarının hərtərəfli araşdırılmasıdır:

“Hadisə yerinə baxış çox ciddi və peşəkar şəkildə keçirilməlidir. Məsələn, hadisə yerində qan ləkələrinin aşkar edildiyi bildirilir. Bu qan ləkələri mütləq ekspertizaya təqdim edilməlidir. Onların kimə məxsus olduğu və hansı şəraitdə əmələ gəldiyi müəyyənləşdirilməlidir. Eyni zamanda meyit üzərində xəsarətlərin, boğulma əlamətlərinin olub-olmaması, tibbi preparatlardan və ya digər vasitələrdən istifadə edilib-edilməməsi araşdırılmalıdır.

Bundan başqa, hadisə yerində cinayətin törədilməsində istifadə oluna biləcək alət, əşya və digər maddi sübutların olub-olmaması müəyyən edilməlidir. İlkin mərhələdə konkret fikir söyləmək çətindir. Hadisə yerinə baxışın nəticələri, məhkəmə-tibbi ekspertizanın rəyi və digər ekspertiza nəticələri gözlənilməlidir”.

Ş.Əliyev qəsd və qisas motivinin də ehtimallar sırasında araşdırılmasının mümkün olduğunu bildirib:

“Şəxsin psixoloji vəziyyəti ilə bağlı məlumatlar varsa, onlar da ayrıca araşdırılmalıdır. Əgər onun psixoloji durumunun normal olmadığına dair tibbi əsaslar mövcuddursa, bu məsələ ekspertiza çərçivəsində qiymətləndirilməlidir. Yalnız ehtimallara əsaslanmaq düzgün yanaşma deyil. Dəqiq və sübutlarla təsdiqlənmiş məlumatlar əsas götürülməlidir. Hadisənin əsl mahiyyəti ekspertizaların və digər sübutların nəticəsində ortaya çıxacaq”.

Rövşən Zeynalovun “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilova ilə evli olub. Onların bu nikahdan Mətin adlı övladları var.

Xatırladaq ki, sevgilisindən şantaj yolu ilə 1 milyon manata yaxın pul tələb etməkdə ittiham olunan tiktoker Aybəniz Xəlilova (Bəniz) bir neçə gün öncə 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

End of content

No more pages to load

RADİO