Bir günlük dəbdəbə – Toylarımız niyə var-dövlət nümayişinə çevrilib?

Toy mövsümünün başlanmasına sayılı günlər qalır. Bəy-gəlindən çox bu biznesdən faydalanan sahibkarların, müğənnilərin həvəslə hazırlaşdığı toyların ümumi qiymətində artım var; 10 faiz bahalaşıb. Lakin qiymətlər artsa da, dəbdəbəli toy istəyənlərin sayı azalmır. Əksinə, administratorlar bildirirlər ki, artıq indidən noyabr üçün də şadlıq saraylarında yer tapılmır.

Menyu, dekorasiya, musiqi, şou proqramı – bir sözlə, “hamıdan fərqli və daha dəbdəbəli” toy etmək istəyi üçün ideya savaşı gedir. Burada istər-istəməz sual yaranır: dünyanın ən tanınmış, ən varlı insanları toylarını yalnız ailə üzvləri və yaxın dostları arasında keçirir, sadə bir mərasimlə kifayətlənirlərsə, bizdə niyə maddi imkanı ən məhdud olan ailə belə 150-200, hətta daha çox qonaq çağırmağı az qala məcburiyyət hesab edir?

Məsələ varlı olmaqda yox, özünü varlı göstərməkdədir

Sosioloqlar deyir ki, burda “şüur oyunu” məsələni həll edir, yəni varlı onsuz da varlıdır və hamı da onun həyat tərzini, maddi imkanlarını görür. Əslində bu müşahidə kasıblar üçün də keçərlidir, amma ən azından biri digərinə sübut etməyə çalışır ki, “mən səndən daha yaxşı vəziyyətdəyəm”. Başqa sözlə, burada söhbət varlı olmaqdan çox, özünü varlı göstərmək istəyindən gedir. İmkanları məhdud olan insan bir günə böyük məbləğ xərcləyərək ətrafına “mənim də imkanım var” mesajı verməyə çalışır.

Sadə toy niyə “aşağı səviyyə” sayılır?

Dəbdəbə şərq insanı üçün xoşbəxtliyin üst mərtəbəsidir. Sadə toy “aşağı səviyyə”, qonaq sayının azlığı isə “imkansızlıq” kimi qəbul olunur. Bu davranışı biz uzun illər “el nə deyər?” düşüncəsinə bağlamışıq, amma bu versiya sadəcə gözdən pərdə asmaqdır. Əslində dəbdəbəli toy, hələ bir neçə müğənninin yarım saatını astronomik qiymətlərlə dəvət edilməsi orta azərbaycanlının bir valideyn, ailə rəisi olaraq hesabat meydançasıdır. Bu günə qədər əldə etdiyi imkan, çevrə, nüfuz və övladı üçün edə biləcəklərinin toplu nümayişidir.

Biz nə vaxt anlayacağıq ki, toyun böyüklüyü imkanın, nüfuzunun çoxluğunu, dəbdəbə isə xoşbəxtliyin ölçüsünü müəyyən etmir?

Sadəliyin yalnız müasir minimalist geyim növündə qəbul edildiyini düşünsək, belə görünür ki, heç vaxt! Ümid yeni nəslə qalmışdı ki, sosialist təzyiqin altında kapitalist ruhunu basdırmış valideynlərinin əksinə, onlar Qərbdən gələn sadə mərasimlə kifayətlənməyi, sabun köpüyü parıltısı kimi zənginlik illüziyasına aldanmamağı, maddi vəsaitlərini birgə həyatın komfortuna, fərdi inkişafa yönəldəcəklərini umurduq, di gəl ki onlar daha betər çıxdı.

Üç-dörd nəfərlik elçilik, ailə arasında nişan, qohum-qonşu qadınları arasında xınayaxdı ilə kifayətlənən anaların qızları xüsusi dizaynlı “həri”, “xınayaxdı” məclisləri olmadan ərə getməz oldu.

Təəssüf ki, toy müasir insan üçün sosial nümayişə və “qonşu bağrı partlatmağa” çevrildi. Status rəqabəti isə toy bazarını daha da gücləndirib qiymətləri şahə qaldırdı. Bir il əvvəlin “yaxşı toy”u  indi adi görünür, çünki standart yüksəlib. Bir sözlə, psixoloji və sosial motivlər öz kürsüsünü əldən verməyincə, qiymətlərin artması tələbatı azaltmayacaq.  

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

End of content

No more pages to load

RADİO