Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU – FOTO

Dövlət idarəetməsi üzrə fəlsəfə doktoru (PhD) Ayaz Salmanovun müəllifi olduğu "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək" adlı yeni kitab işıq üzü görüb.

Bizim.Media xəbər verir ki, Təşəbbüslər və Layihələr Mərkəzinin (TLM) direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) Ceyhun Osmanlının layihə rəhbərliyi ilə ərsəyə gələn kitabda tullantıların idarə olunmasının iqtisadi əsasları, dairəvi iqtisadiyyat prinsipləri və resurslardan səmərəli istifadə yanaşmaları geniş şəkildə təhlil olunur.

Müəllif kitabda ənənəvi "al, istifadə et, at" modelinə alternativ olaraq dünyada geniş tətbiq olunan dairəvi iqtisadiyyat yanaşmasını Azərbaycan oxucusu üçün sistemli və praktik formada təqdim edib.
 

Kitabın diqqətçəkən cəhətlərindən biri tullantılara yalnız ekoloji problem kimi deyil, iqtisadi dəyər yarada bilən resurs kimi yanaşılmasıdır. Nəşrdə müxtəlif tullantı növlərinin idarə olunması, təkrar istifadə və təkrar emal imkanları, eləcə də bu sahədə tətbiq olunan beynəlxalq təcrübə və biznes modelləri geniş şəkildə izah edilib.


Müəllif vurğulayıb ki, tullantının yaranmasının qarşısının alınması tullantıların idarə olunması iyerarxiyasında ən yüksək prioritet hesab olunur. Bununla yanaşı, materialların dövriyyəyə qaytarılması resurslardan daha səmərəli istifadəyə, enerji sərfiyyatının və karbon emissiyalarının azalmasına mühüm töhfə verir.

Niyə məhz "Tullantıların biznesi"?

Ayaz Salmanovun fikrincə, "tullantıların biznesi" ifadəsi ilk baxışda ziddiyyətli görünə bilər.Ənənəvi yanaşmada tullantı xərc mənbəyi hesab olunsa da, müasir dairəvi iqtisadiyyat prinsiplərinə görə tullantı düzgün idarə edildiyi halda yeni iqtisadi dəyər yaradan resursa çevrilə bilər.

Kitabın əsas məqsədi dünya təcrübəsini, ən son texnologiyaları və uğurlu biznes modellərini Azərbaycan oxucusuna çatdırmaq, eyni zamanda onların yerli şəraitdə tətbiq imkanlarını göstərməkdir. Nəşr tullantıların idarə olunması sahəsində çalışan mütəxəssislər, sahibkarlar, dövlət qurumlarının əməkdaşları, müəllimlər, tələbələr və dairəvi iqtisadiyyatla maraqlanan hər kəs üçün praktik bələdçi kimi nəzərdə tutulub.

Tullantı problem deyil, imkandır

Ayaz Salmanov yazıb ki, dairəvi iqtisadiyyata keçid təkcə ekoloji məsuliyyət deyil, həm də iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Kitabda beynəlxalq təcrübə və elmi yanaşmalar əsasında göstərilir ki, resurslardan səmərəli istifadə həm ekoloji yükün azaldılmasına, həm də yeni biznes və investisiya imkanlarının formalaşmasına xidmət edir.

Bundan əlavə, kitabda genişləndirilmiş istehsalçı məsuliyyəti (EPR), tullantıların iqtisadi dəyərə çevrilməsi mexanizmləri və bu sahədə praktik fəaliyyət planları da təqdim olunur.

Bir sözlə, "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək" tullantıların idarə olunması, dairəvi iqtisadiyyat və resursların səmərəli istifadəsi sahəsində Azərbaycan dilində hazırlanmış praktik nəşrlərdən biri olmaqla, geniş oxucu auditoriyası üçün faydalı mənbə hesab oluna bilər.

Qeyd edək ki, “Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək” kitabının tərtibatçı-dizayneri Brilyant Məmmədova, redaktoru isə Toğrul Rəhimlidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

End of content

No more pages to load

RADİO