Xəbər verdiyimiz kimi, Samuxda 5 nəfər xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, rayonun Alıuşağı kəndinin sakinləri olan 5 nəfər - 1976-cı il təvəllüdlü M. Allahverdiyeva, 1980-ci il təvəllüdlü A. Allahverdiyev, 1984-cü il təvəllüdlü S. Əliyev, 1986-cı il təvəllüdlü E. Cabbarov və 1975-ci il təvəllüdü M. Orucova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan yoluxucu xəstəliklər şöbəsində müalicəyə cəlb olunublar.
Əvvəlcə onların qidadan zəhərləndiyi ehtimal olunub.
“Apa.az”ın məlumatına görə, aparılan ilkin müayinələr nəticəsində onlarda qarayara xəstəliyinin əlamətlərinin olduğu müəyyən edilib.
Hazırda araşdırma aparılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Samuxda baş verən hadisə nəzarətdədir.
“Hadisənin səbəblərinin, həmçinin, qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırma aparır. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - AQTA-dan qeyd ediblər.
Bizim.Media