“Dərnəgül” elektrik deposunda hansı işlər görülüb? - FOTO

Bakı metropoliteni üçün mühüm əhəmiyyət daşıyan “Dərnəgül” elektrik deposunda inşaat işlərinin ikinci mərhələsi yekunlaşıb və obyekt qismən istismara verilib.

“Bakı Metropoliteni" QSC-dən Bizim.Media-ya verilən məlumata görə, infrastruktur layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramına uyğun olaraq həyata keçirilir.

Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin mühüm tərkib hissəsi sayılan “Dərnəgül” elektrik deposu bundan sonra Yaşıl xəttə müstəqil xidmət göstərəcək. Depoda qatarların təmir-baxış və qulluğu, gecələməsi və müxtəlif texniki proseslərin icrası üçün müasir şərait qurulub ki, bu da hazırda əsas yükü daşıyan “Nərimanov” elektrik deposunun işini xeyli yüngülləşdirməyə imkan yaradacaq. Həmçinin deponun istismarı metropolitendə xidmət keyfiyyətinin artırılmasına və hərəkət intervallarının azaldılmasına zəruri təkan verəcək".

Məlumatda II mərhələ üzrə reallaşdırılan əsas göstəricilər də qeyd edilib:

"°Ərazi və binalar: 16,5 hektar ərazini əhatə edən depoda 16 xidmət obyektinin (avadanlıqlar daxil) yaradılması nəzərdə tutulub. Mürəkkəb relyefə uyğun istinad divarları, çəpərlənmə işləri, 5 ədəd işıqlandırma qüllələri inşa edilib. Həmçinin zəruri xidmət və texniki otaqların inşası, habelə monolit döşəmə, fasad və üzləmə və MEP işləri 100% tamamlanıb, kommunikasiya xətləri çəkilib.

• Yol və tunel infrastrukturu: Yaşıl xətti depo ilə birləşdirən 2100 metrlik tuneldə 2017 metr yol çəkilib. Tunel yolları “Bakı Metropoliteni” QSC-nin yerli istehsalı olan dəmir-beton bloklar üzərində qurulub. Depo ərazisində 18100 m³ yol yatağı qazılıb, 1700 ədəd dəmir-beton şpal düzülüb, 21 ədəd R50 tipli yoldəyişdirici quraşdırılıb, 1365 m yerüstü park yolu salınıb.

• Təmir-baxış sahələri: Qatarların gecələməsi, baxışı və təmiri üçün nəzərdə tutulmuş 155 metr eni, 133 metr uzunluğunda olan dayanma-təmir korpusunun dəmir-beton konstruksiyası, dam örtüyü, fasad hissəsi tikilib. Korpsun, ümumilikdə 25 qanovundan 12-nin inşası tam olaraq başa çatdırılıb. Qanovlardan 3-ü qaldırma-təmiri sahəsinə aiddir.

• Mühəndis qurğuları və kommunikasiya şəbəkəsi: 2 qazanxanada, eləcə də kompressor binasında əsas tikinti və montaj işləri yekunlaşıb, avadanlıqların quraşdırılması başa çatdırılıb. Drenaj, kanalizasiya, zəruri elektrik və telekommunikasiya, o cümlədən 2000 m fiberoptik xətt və 10 170 m kabel trasları çəkilib. Depo ərazisi 3 mənbədən elektrik təchizatı qida mənbəyi ilə təmin edilib.

• Təhlükəsizlik və hərəkətin təşkili: Qatarların hərəkətinin təşkili və təhlükəsizliyi sistemləri, elektrik təchizatı xətləri, işarəvermə və rabitə avadanlıqları quraşdırılıb. 5 mərtəbəli dispetçer idarəetmə mərkəzləşmə məntəqəsi inşa edilib. Burada dizayn və memarlıq tərtibatı və digər zəruri tədbirlər hər mərhələnin tələblərinə uyğun davam etdirilir. Binada mərkəzləşmiş idarəetmə məntəqəsi ilə yanaşı, hərəkətin təşkili sistemləri, yanğın və vidomüşahidə sahələri də yerləşəcək.

Depoda yerüstü stansiyanın inşaat işləri də davam etdirilir. Burada əsas bina və platforma sahəsinin dəmir beton işlərinin inşası tamamlanıb".




Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

End of content

No more pages to load

RADİO