Uşağı gec dil açan valideynlərin NƏZƏRİNƏ – Səbəbi bəlli oldu

Rəqəmsal texnologiyalar müasir həyatın ayrılmaz hissəsi olsa da, erkən uşaqlıq dövründə onların balanslı istifadəsi böyük əhəmiyyət daşıyır. Elmi araşdırmalar göstərir ki, həddindən artıq və nəzarətsiz ekran istifadəsi bəzi uşaqlarda nitq, diqqət və sosial bacarıqların inkişafına mənfi təsir göstərə bilər. Bununla yanaşı, hər bir inkişaf gecikməsinin səbəbi fərqli ola bilər və düzgün qiymətləndirmə üçün mütəxəssis müayinəsi vacibdir.

Bəzən mediada və sosial şəbəkələrdə "virtual autizm" ifadəsinə rast gəlinir.

Lakin qeyd etmək vacibdir ki, bu termin rəsmi tibbi diaqnoz deyil.

Bəzi mütəxəssislər uzun müddət sosial ünsiyyətdən məhrum qalan və həddindən artıq ekran qarşısında vaxt keçirən uşaqlarda autizmə bənzər davranış əlamətlərinin müşahidə oluna biləcəyini bildirirlər. Ancaq bu hallar autizm spektr pozuntusu ilə eyniləşdirilə bilməz. Belə əlamətlər müşahidə olunarsa, diaqnoz yalnız pediatr, uşaq nevroloqu və ya uşaq psixoloqu tərəfindən qoyula bilər.

Uşaqlarda nitq geriliyi də bununla bağlıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyib ki, əvvəllər uşaqlar bir qayda olaraq 1 yaşında danışırdılar:


“Lakin son 10-15 ildə bu ənənə pozulub. Uşaqların çoxu loqoped, psixoloq yardımı olmadan danışmırlar. Bunun da müəyyən səbəbləri var. Məsələn, əksər analar özlərinin rahatlığı üçün körpə yaşlarından uşaqları smartfona və planşetə alışdırırlar.

Hətta yemək yeyəndə belə körpənin əlində smartfon olur. Əlində smartfon olan uşaq necə və nə qidalandığını bilmir. Yalnız ağzını açıb-yumur. Onun fikri smartfonun 4-5 saniyədən bir dəyişən görüntülərdə qalır.

Belə uşaqlarda obez olma ehtimalı daha yüksək olur. Çünki belə uşaqların beyninə doyma siqnalı çatmır. Onlar “doydum” nədir bilmirlər. Yəni onlarda doymaq hissi olmur. Nəzərə alaq ki, smartfon birtərəfli ünsiyyət deməkdir.

Cansız ünsiyyətsə uşaqlarda ətrafda baş verənlərə reaksiyanı zəiflədir. Nəticədə belə uşaqlar heç nəylə maraqlanmır, heç nə soruşmur. Bu cür ünsiyyətsizliksə uşaqların gec danışmasına səbəb olur. Araşdırmalar göstərir ki, smartfondan asılı uşaqlar digər uşaqlardan 30 faiz gec danışmağa başlayırlar”.

Müsahibimiz qeyd edib ki, əvvəllər hamilə qadınlar çox nadir hallarda həkimə müraciət edirdilər:

“Lakin indi bu müraciətlərin sayı kəskin artıb. Çox təəssüf ki, bəzi həkimlər şirkətlərlə iş birliyinə gedərək hamilə qadınlara müxtəlif dərmanları və qida əlavələri tövsiyyə edirlər. Bax səbəbin biri də həmin dərmanlar və qida əlavələridir.

Digər tərəfdən, əvvəllər hamilə qadına ultrasəs müayinəsi ən yaxşı halda 2 aydan bir tövsiyə olunurdu. Amma indi hamilə qadını bəzən ayda 2 dəfə ultrasəs müayinəsinə salırlar. Bundan başqa qadınlar əvvəllər hamiləliyin ancaq yeddinci ayında doplerə gedirdilər, indi bunu beşinci aya salıblar.

Bunların da hamısı doğulacaq körpənin sağlamlığına xələl yetirir. Adətən uşaqların həyatını üç mərhələyə bölürlər: doğumdan əvvəl, doğum və doğumdan sonra. Bu mərhələnin hər hansı birində problem olursa, bu uşağın gələcəyinə, o cümlədən danışmasına təsir edir.

Bu gün uşaqlar daha çox keysəriyyə əməliyyatıyla dünyaya gəlirlər. Halbuki təbii doğuş uşağın sağlamlığı üçün daha önəmlidir. Çünki uşaq çanaqdan keçərkən ilk stresi orda yaşayır. Elmi araşdırmalar sübut edir ki, belə uşaqlar sonradan stressə daha davamlı olurlar. Bütün bu sadaladıqlarımız uşaqlarda gec danışmanın tibbi səbəbləridir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

End of content

No more pages to load

RADİO