Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

Kənd təsərrüfatı torpaqlarının konsolidasiyası üçün hüquqi mexanizm yaradılır.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub.

Torpaq Məcəlləsinə təklif edilən dəyişikliyə görə, konsolidasiya kənd təsərrüfatı torpaqlarının kiçik hissələrə parçalanması torpaq resurslarından tam istifadəni ciddi şəkildə məhdudlaşdırır.
 
Parçalanma torpağın əkin məqsədilə istifadəsini azaldır, texnikadan səmərəli yararlanmaya maneə törədir, suvarma sistemlərinin effektiv qurulmasını çətinləşdirir, toxum, gübrə və digər aqrotexniki vasitələrdən məqsədyönlü istifadəni zəiflədir.

Bunun nəticəsində istehsal xərcləri artır, məhsuldarlıq aşağı düşür, kənd ərazilərinin sosial-iqtisadi inkişafı ləngiyir. Bu sahəyə dair xüsusi hüquqi tənzimlənmənin olmaması isə torpaqların konsolidasiyasının ölkə miqyasında tam həyata keçirilməsinin qarşısını alır.

Bu boşluğu aradan qaldırmaq məqsədilə Torpaq Məcəlləsinə yeni 13-2-ci maddə əlavə edilir.

Həmin maddə torpaqların konsolidasiyasını kənd təsərrüfatı məqsədilə torpaq sahələrinin mülkiyyətçilərin razılığı və ekvivalent bazar dəyəri əsasında birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, dəyişdirilməsi nəticəsində mülkiyyət hüquqlarının yenidən rəsmiləşdirilməsi, eləcə də ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji və digər mühəndis-kommunikasiya infrastrukturu üzrə dəyişikliklərin həyata keçirilməsi prosesi kimi müəyyən edir.

Konsolidasiya müvafiq icra hakimiyyəti orqanının yaratdığı komissiyanın qərarı əsasında hazırlanan layihə ilə həyata keçirilir.

Layihədə torpaq sahələrinin mövcud vəziyyətinin təhlili, yeni sərhəd və yerləşmə sxeminin mülkiyyətçilərlə razılaşdırılması, infrastruktur dəyişiklikləri əks etdirilir. Komissiyanın qərarı ilə təsdiq olunan bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas kimi çıxış edir. Bu mexanizm konsolidasiya prosesinin şəffaf, mübahisəsiz və hüquqi cəhətdən etibarlı şəkildə başa çatdırılmasını təmin edir.

Həmçinin, layihə torpaq parçalanmasının yeni formada davam etməsinin qarşısını almaq məqsədilə kənd təsərrüfatı torpaqlarının alqı-satqı və digər özgəninkiləşdirmə yolu ilə bölünməsinə yalnız nəticədə yaranan hər bir sahənin ölçüsü 5 hektardan az olmadığı hallarda yol verir. Bu məhdudiyyət kiçik, qeyri-səmərəli sahələrin yenidən yaranmasının qarşısını alır.

Mülki Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, torpaqların könüllü konsolidasiyasını stimullaşdırmaq məqsədilə Mülki Məcəlləyə yeni 648-1-ci maddə əlavə edilir:

kənd təsərrüfatı torpaq sahəsi satışa çıxarıldıqda həmin sahə ilə bilavasitə ümumi sərhədə malik torpaq sahəsi mülkiyyətçiləri həmin sahəni eyni şərtlərlə satın almaqda üstünlük hüququna malik olurlar. Bu norma qonşu torpaq sahiblərinin öz sahələrini genişləndirməsinə, beləliklə konsolidasiyaya təbii bazar mexanizmi vasitəsilə nail olunmasına şərait yaradır.
 
Bundan başqa, miras yolu ilə torpaq parçalanmasının qarşısını almaq üçün 1282-ci maddəyə dəyişiklik edilir: vərəsəlik zamanı kənd təsərrüfatı torpağının bölünməsinə yalnız hər bir hissənin 5 hektardan az olmaması şərti ilə yol verilir.

Bölgü mümkün olmadıqda torpaq təsərrüfatla birlikdə satıla, vərəsələr isə paylarını pul şəklində ala bilərlər. Bundan əlavə, konsolidasiyaya dair bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas olan sənədlər siyahısına daxil edilir.

“Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanuna dəyişiklik təklif edilir. Konsolidasiya prosesinin texniki tərəfini — torpaq sahələrinin yeni sərhədlərinin yerdə müəyyən edilməsini, kadastr məlumatlarının yenilənməsini və infrastruktur planlaşdırmasını — tənzimləmək üçün yerquruluşu xidmətinin funksiyaları genişləndirilir.

Kadastr məlumatları ilə yerdəki faktiki vəziyyət arasındakı uyğunsuzluqların aradan qaldırılması, konsolidasiya ərazilərində yeni infrastruktur obyektlərinin planlaşdırılması bu xidmətin səlahiyyətlərinə daxil edilir. Konsolidasiya ilə bağlı kompleks yerquruluşu işlərinin komissiyanın qərarı əsasında həyata keçirilməsi, yeni formalaşmış sahələrin mülkiyyətçilər arasında bölüşdürülməsi proseduru da müəyyən edilir.

Konsolidasiya məqsədilə həyata keçirilən torpaq əqdlərinin xüsusi hüquqi rejimə ehtiyacı olduğundan həmin əqdlər torpaq bazarının tənzimləmə çərçivəsinə daxil edilir.

Bu dəyişiklik konsolidasiya prosesinin torpaq dövriyyəsi qaydaları ilə ziddiyyət yaratmadan həyata keçirilməsini, əqdlərin hüquqi müəyyənliyini və şəffaflığını təmin edir. Bunun üçün “Torpaq bazarı haqqında” Qanuna dəyişiklik edilməsi layihədə yer alıb.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna təklif edilən dəyişikliklə konsolidasiyaya dair bölgü sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər siyahısına əlavə edilir. Bu, konsolidasiya nəticəsində yaranan yeni torpaq sahələri üzərindəki hüquqların operativ və maneəsiz qeydiyyata alınmasını təmin edir.
 
Təqdim olunan qanun layihəsi torpaqların konsolidasiyasının həyata keçirilməsi üçün vahid hüquqi əsas formalaşdırır. Layihənin hazırlanmasında geniş miqyasda torpaq konsolidasiyası təcrübəsinə malik ölkələrin, o cümlədən Türkiyənin, habelə digər ölkələrin hüquqi aktları və prinsipləri təhlil edilərək yerli şəraitə uyğunlaşdırılmışdır.

Qanun layihəsinin qəbulu kənd təsərrüfatında məhsuldarlığın artırılması, torpaq resurslarından səmərəli istifadənin təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd yerlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Qanun layihəsi torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi, torpaqların konsolidasiyası üçün hüquqi zəminin formalaşdırılması məqsədilə hazırlanıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Masallıda yük maşını yandı – VİDEO

Masallıda yük maşını yandı – VİDEO

Almaniyada həddindən artıq isti havadan sonra güclü dolu yağdı – VİDEO

Almaniyada həddindən artıq isti havadan sonra güclü dolu yağdı – VİDEO

Maşın Qudyalçaya aşdı: Sürücü yuxulu imiş - VİDEO

Maşın Qudyalçaya aşdı: Sürücü yuxulu imiş - VİDEO

Prezidentlərin Şuşa görüşündən ən yaddaqalan ANLAR – VİDEO

Prezidentlərin Şuşa görüşündən ən yaddaqalan ANLAR – VİDEO

Şahzadə Harri yoqa zamanı keçinin zərbəsinə tuş gəldi – FOTO

Şahzadə Harri yoqa zamanı keçinin zərbəsinə tuş gəldi – FOTO

75 yaşlı qadın sirkədən zəhərlənib öldü

75 yaşlı qadın sirkədən zəhərlənib öldü

Alsu boşandıqdan sonra şəxsi həyatı haqda İLK DƏFƏ danışdı

Alsu boşandıqdan sonra şəxsi həyatı haqda İLK DƏFƏ danışdı

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Prokuror "Beniz"ə ağır cəza istədi

Prokuror "Beniz"ə ağır cəza istədi

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR - FOTO

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR - FOTO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

Zelenskidən Aİ-yə ÇAĞIRIŞ: Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təcili qəbul edin!

Zelenskidən Aİ-yə ÇAĞIRIŞ: Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təcili qəbul edin!

Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə GÖRÜŞDÜ – FOTO

Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə GÖRÜŞDÜ – FOTO

“Kraudfandinq haqqında” qanun layihəsi qəbul olundu – DETALLAR

“Kraudfandinq haqqında” qanun layihəsi qəbul olundu – DETALLAR

Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxdılar – FOTO - VİDEO

Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxdılar – FOTO - VİDEO

Sviridenko Zelenskinin vəzifə təklifini RƏDD ETDİ

Sviridenko Zelenskinin vəzifə təklifini RƏDD ETDİ

İlham Əliyev və Pelleqrini biri-birilərinə hədiyyələr təqdim etdilər – FOTO

İlham Əliyev və Pelleqrini biri-birilərinə hədiyyələr təqdim etdilər – FOTO

Azov dənizində daha 11 Rusiya gəmisi vuruldu - VİDEO

Azov dənizində daha 11 Rusiya gəmisi vuruldu - VİDEO

Deputatlar tətilə ÇIXDI

Deputatlar tətilə ÇIXDI

“IV Şuşa Qlobal Media Forumu da ən yüksək səviyyədə təşkil edilib” – Gürcü blogerin TƏƏSSÜRATLARI – FOTO

“IV Şuşa Qlobal Media Forumu da ən yüksək səviyyədə təşkil edilib” – Gürcü blogerin TƏƏSSÜRATLARI – FOTO

Azərbaycanda yaşayan əcnəbilərlə bağlı prosedurlar DƏYİŞDİRİLİR

Azərbaycanda yaşayan əcnəbilərlə bağlı prosedurlar DƏYİŞDİRİLİR

Azərbaycanda 6 ayda orta illik inflyasiya 5,7 % olub

Azərbaycanda 6 ayda orta illik inflyasiya 5,7 % olub

End of content

No more pages to load

RADİO