Məktəbi yarımçıq qoydu, 25 yaşında Avropanın ən gənc self-made milyarderi oldu

13 yaşından proqramlaşdırma ilə məşğul olan britaniyalı Ceyms Deykomb ilk startapını yaratmaq üçün məktəbi yarımçıq qoyub. Bu gün 25 yaşlı sahibkar Avropanın ən gənc self-made milyarderi hesab olunur. Onun süni intellekt üçün çiplər hazırlayan OLIX startapı son maliyyələşdirmə raundunda 3,3 milyard dollar qiymətləndirilib.

Bizim.Media xəbər verir ki, Deykomb 2017-ci ildə, hələ yuxarı sinifdə oxuyarkən məktəbdən ayrılaraq insan beyninin fəaliyyətini öyrənən CoMind startapını yaradıb. Dörd il sonra isə gənclərə universitet təhsilini dayandıraraq biznes qurmaq müqabilində maliyyə dəstəyi verən Thiel Fellowship proqramına qəbul olunub. Bu, ona universitetə daxil olmaqdan imtina edərək sahibkarlıq fəaliyyətini davam etdirməyə imkan verib.

Deykomb OLIX-i 2024-cü ildə Londonda yaradıb. Cəmi altı ay ərzində şirkətin qiymətləndirilməsi üç dəfə artaraq avqustun əvvəlində 3,3 milyard dollara çatıb.
 

Startap investorlarından 312 milyon dollar cəlb edib. İnvestorlar arasında Nyu-Yorkun Fundomo investisiya şirkəti, Nasdaq-da səhmləri ticarət olunan çip istehsalçısı Arm, Hudson River Trading fondu və Netflix-in həmtəsisçisi Rid Hastinqs yer alıb. OLIX həmçinin Böyük Britaniyanın suveren süni intellektin inkişafı üzrə dövlət fondundan dəstək alıb.


Forbes-in hesablamasına görə, Deykomb OLIX-in təxminən 30%-nə sahibdir və son investisiya raundundan sonra onun şirkətdəki payının dəyəri 1 milyard dolları keçib. Bundan əlavə, sahibkar CoMind-in 12%-nə sahibdir. CoMind 2025-ci ilin avqustunda 102,5 milyon dollar investisiya cəlb etsə də, şirkətin qiymətləndirilməsi açıqlanmayıb.

Deykomb dünyada yaşı 30-dan aşağı olan 11 self-made milyarderdən biridir. Onlardan yalnız dördü ABŞ-dən kənarda yaşayır.

Süni intellekt bumu yeni gənc milyarderlər yaradır

Deykomb bu baxımdan tək deyil. Süni intellekt startaplarının sürətlə bahalaşması son illərdə 30 yaşına çatmamış bir neçə sahibkarı milyarderə çevirib.

Cursor-un həmtəsisçisi, 26 yaşlı isveçli Arvid Lunnemark Massaçusets Texnologiya İnstitutunda (MIT) təhsil alarkən üç dostu ilə birlikdə 2022-ci ildə şirkəti yaradıb. Hazırda San-Fransiskoda yaşayan Lunnemarkın sərvəti avqustun 14-də SpaceX-in Cursor-u 60 milyard dollara almasından sonra təxminən iki dəfə artaraq 2,4 milyard dollara çatıb. Onun həmtəsisçilərindən pakistanlı Sualeh Asifin də 26 yaşı var.
 

Digər 26 yaşlı isveçli milyarder isə vayb-kodlaşdırma platforması Lovable-ın həmtəsisçisi Fabian Hedindir. O, şirkətin 2025-ci ilin dekabrında 6,6 milyard dollar qiymətləndirmə ilə investisiya cəlb etməsindən sonra milyarder olub. Lovable daha sonra 400 milyon dollar cəlb edərək qiymətləndirilməsini 13,3 milyard dollara çatdırıb. Hedinin sərvəti təxminən 3,1 milyard dollar qiymətləndirilir.


Hazırda dünyada sərvətini özü qazanan ən gənc milyarder amerikalı Surya Midhadır. O, 22 yaşında olarkən süni intellekt əsaslı işə qəbul platforması Mercor 10 milyard dollar qiymətləndirmə ilə investisiya cəlb edib və sahibkarın sərvəti 2,2 milyard dollara yüksəlib.

OLIX Nvidia ilə necə rəqabət aparmaq istəyir?

Deykombun biznes ideyasının əsasında süni intellekt hesablamalarının müxtəlif mərhələləri üçün eyni tip güclü Nvidia çiplərindən istifadə etməyin səmərəsiz olması fikri dayanır.

OLIX bunun əvəzinə inferensin, yəni artıq öyrədilmiş süni intellekt modelinin istifadəçi sorğusunu emal edərək cavab hazırladığı prosesin müxtəlif mərhələləri üçün ayrı-ayrı ixtisaslaşmış çiplər hazırlamaq istəyir.

Şirkət eyni zamanda fotonik çiplər üzərində işləyir. Belə çiplərdə məlumatlar elektrik siqnalları əvəzinə işıq vasitəsilə ötürülür. Bu yanaşma məlumat ötürülməsində gecikməni və enerji istehlakını azaltmağa imkan verə bilər.

OLIX-in strategiyasının digər mühüm xüsusiyyəti hazırda çatışmazlığı müşahidə olunan bahalı yüksək ötürmə qabiliyyətli yaddaşdan (HBM) istifadə etməməsidir.
 

Şirkət ilk çiplərini müştərilərə 2027-ci ilin ikinci yarısında təqdim etməyi planlaşdırır. Lakin bu bazarda rəqabət artıq kifayət qədər yüksəkdir. Microsoft-un dəstəklədiyi Silikon Vadisinin d-Matrix şirkəti Corsair çiplərini satır, MatX, Etched və Londonda yerləşən Fractile kimi startaplar isə son bir ildə böyük həcmdə investisiya cəlb ediblər.


Nvidia da mövqelərini qorumaq üçün hərəkətə keçib. Şirkət ötən ilin dekabrında Groq ilə 20 milyard dollarlıq lisenziya müqaviləsi bağlayıb. Groq-u Google üçün ilk TPU süni intellekt çiplərinin hazırlanmasında iştirak etmiş Conatan Ross yaradıb.

Deykombun özü əvvəllər yarımkeçirici sənayesində çalışmayıb. Bununla belə, o, CoMind-də fotonika sahəsində qazandığı təcrübənin OLIX-ə Groq və digər iri istehsalçılarla rəqabət aparmağa imkan verəcəyinə inanır.

“Bu gün böyük və güclü dil modellərinə çoxsaylı istifadəçilər üçün sürətli və ucuz xidmət göstərməyi bacaran şirkətin qarşısında nəhəng fürsət var. Bunun üçün tapşırıqları bir-birindən ayırmağı öyrənmək və hər biri üçün ixtisaslaşmış çiplər yaratmaq lazımdır”, – Deykomb Financial Times-a bildirib. (banker.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda 3 gün yağış yağacaq, leysan olacaq – XƏBƏRDARLIQ

Bakıda 3 gün yağış yağacaq, leysan olacaq – XƏBƏRDARLIQ

Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?

Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?

AAYDA vətəndaşlara müraciət etdi

AAYDA vətəndaşlara müraciət etdi

BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı

BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı

“Mən hələ də ona eyni sevgi ilə baxıram“

“Mən hələ də ona eyni sevgi ilə baxıram“

Gədəbəy dağlarında gizlənən iki minillik SİRR – Boyları 2 metr olan skeletlər aşkarlandı – FOTO

Gədəbəy dağlarında gizlənən iki minillik SİRR – Boyları 2 metr olan skeletlər aşkarlandı – FOTO

Məktəbi yarımçıq qoydu, 25 yaşında Avropanın ən gənc self-made milyarderi oldu

Məktəbi yarımçıq qoydu, 25 yaşında Avropanın ən gənc self-made milyarderi oldu

Doktorantlara hərbi xidmətdən möhlət verilir - Şərt

Doktorantlara hərbi xidmətdən möhlət verilir - Şərt

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO

Azərbaycanda nağdsız ödənişlər ARTIB

Azərbaycanda nağdsız ödənişlər ARTIB

Kerem Bürsin əməliyyat olundu

Kerem Bürsin əməliyyat olundu

Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb

Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb

Həmin obraz tanınmış aktyora verildi

Həmin obraz tanınmış aktyora verildi

Rusiyanın Buça rayonuna endirdiyi zərbə nəticəsində 27 nəfər öldü – VİDEO

Rusiyanın Buça rayonuna endirdiyi zərbə nəticəsində 27 nəfər öldü – VİDEO

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Bakıda və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bakıda və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

“Mənim dayağım, həyat yoldaşım” - Foto

“Mənim dayağım, həyat yoldaşım” - Foto

3 yaşında taxta çıxan dünyanın ən gənc kralı öldü

3 yaşında taxta çıxan dünyanın ən gənc kralı öldü

Övladlığa götürülən uşaqların sayında kəskin AZALMA – Səbəb nədir?

Övladlığa götürülən uşaqların sayında kəskin AZALMA – Səbəb nədir?

Arılar da sərxoş olurmuş- Xəbərdarlıq edildi

Arılar da sərxoş olurmuş- Xəbərdarlıq edildi

ABŞ diplomatları Yaxın Şərqə qayıdır

ABŞ diplomatları Yaxın Şərqə qayıdır

2026-cı ilin ən çox qazanan filmləri - Siyahı

2026-cı ilin ən çox qazanan filmləri - Siyahı

Sabahın HAVASI: Leysan, şimşək, dolu...

Sabahın HAVASI: Leysan, şimşək, dolu...

Qubada 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

Qubada 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

End of content

No more pages to load

RADİO