Gürcüstanda İnterpolun “qırmızı bülleteni” ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, həmin şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında xuliqanlıq və başqasının əmlakına qəsdən ziyan vurma ittihamları ilə axtarışda olub.
İstintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı “Sarpi” gömrük-keçid məntəqəsinin ərazisində saxlanılıb.
Hazırda saxlanılan şəxslə bağlı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.
Bizim.Media