Bəzi saytların fəaliyyəti DAYANDIRILA BİLƏR

Domeni "az" olan saytlar Milli CERT-in kibertəhlükəsizlik göstərişlərini yerinə yetirmədikdə onların domeninin ləğvi və ya fəaliyyətinin dayandırılması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
 

Layihəyə əsasən, informasiya infrastrukturunun kibertəhlükəsizliyi informasiya infrastrukturu subyekti tərəfindən informasiya infrastrukturu obyektinin kibertəhlükəsizliyində zəifliklərin, boşluqların və digər uyğunsuzluqların aşkar olunması məqsədilə risklərin qiymətləndirilməsi, təhlükəsizlik auditlərinin keçirilməsi və onların nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin görülməsi yolu ilə təmin ediləcək.


İnformasiya infrastrukturu subyektinin müraciəti əsasında kibertəhlükəsizlik və proaktiv kibertəhlükəsizlik tədqiqatı üzrə xidmətlər Milli CERT tərəfindən ödənişli əsaslarla həyata keçirilir. Ödənişin məbləği tərəflər arasında bağlanılan müqavilə əsasında müəyyən edilir.

Domen adı "az" ("gov.az" istisna olmaqla) ölkə kodlu yüksəksəviyyəli domen zonasında yerləşən internet informasiya ehtiyatlarının sahibləri tərəfindən Milli CERT-in kibertəhlükəsizliyin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması) ilə əlaqədar göstərişlərinin yerinə yetirilməməsi domen adının "az" ölkə kodlu yüksək səviyyəli domen zonasında olan qeydiyyatının xitamı, domen adına texniki xidmətin dayandırılması üçün əsasdır.
 
Bu halda Milli CERT domen adının qeydiyyatını aparan orqandan domen adının qeydiyyatına xitam verilməsini, ona texniki xidmətin dayandırılmasını (o cümlədən məhkəmə qaydasında) tələb edə, maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərə münasibətdə isə həmin tədbirlərin görülməsi üçün Azərbaycan Mərkəzi Bankına müraciət edir.
 
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xocalıda çadır toyu – GÖRÜNTÜ

Xocalıda çadır toyu – GÖRÜNTÜ

Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb

Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb

Bakıda açıq ərazidə yanğın başlayıb - VİDEO

Bakıda açıq ərazidə yanğın başlayıb - VİDEO

Türkiyə gəmisinin vurulmasına görə Ukrayna səfiri XİN-ə çağırılıb

Türkiyə gəmisinin vurulmasına görə Ukrayna səfiri XİN-ə çağırılıb

1648-ci gün: Rusiya Ukrayna ordusunun itkilərini açıqladı

1648-ci gün: Rusiya Ukrayna ordusunun itkilərini açıqladı

Narkotik qəbul edib sükan arxasına keçdi - Həbs olundu

Narkotik qəbul edib sükan arxasına keçdi - Həbs olundu

Paşinyan Ərdoğanla görüşəcək

Paşinyan Ərdoğanla görüşəcək

İdarə rəisi işdən azad edildi - FOTO

İdarə rəisi işdən azad edildi - FOTO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatdı

Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatdı

Uşaq teatrlarına maraq azalır - Məktəblər nə etməlidir?

Uşaq teatrlarına maraq azalır - Məktəblər nə etməlidir?

Pakistanda polisə silahlı hücum: Beş əməkdaş yaralanıb

Pakistanda polisə silahlı hücum: Beş əməkdaş yaralanıb

İllərdir yaşanan küsülülük bitdi - Foto

İllərdir yaşanan küsülülük bitdi - Foto

Goranboyda yol qəzası - Yaralılar var

Goranboyda yol qəzası - Yaralılar var

Bu tarixlərdə iş olmayacaq - AÇIQLANDI

Bu tarixlərdə iş olmayacaq - AÇIQLANDI

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

“Qalatasaray” ulduz futbolçu ilə razılığa gəldi – Rəsmi

“Qalatasaray” ulduz futbolçu ilə razılığa gəldi – Rəsmi

Təhsil haqqı artırıldı: bu şəxslərə güzəşt olunacaq – SİYAHI

Təhsil haqqı artırıldı: bu şəxslərə güzəşt olunacaq – SİYAHI

DİQQƏT! Bakı-Naxçıvan aviareysləri təxirə salındı – SƏBƏB

DİQQƏT! Bakı-Naxçıvan aviareysləri təxirə salındı – SƏBƏB

UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi AÇIQLANDI

UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi AÇIQLANDI

Gəlininin məzarını ziyarət edən qayınata faciəvi şəkildə həyatını itirdi

Gəlininin məzarını ziyarət edən qayınata faciəvi şəkildə həyatını itirdi

Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 37 nəfərə çatdı -YENİLƏNİB - VİDEO

Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 37 nəfərə çatdı -YENİLƏNİB - VİDEO

Bakıda 3 gün yağış yağacaq, leysan olacaq – XƏBƏRDARLIQ

Bakıda 3 gün yağış yağacaq, leysan olacaq – XƏBƏRDARLIQ

Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?

Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?

End of content

No more pages to load

RADİO