Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunlarının qəbul imtahanlarında iştirakının cari ilin məzunlarının ali məktəbə qəbul şansını azaltdığı barədə fikirlər həqiqəti əks etdirmir.

Bizim.Media xəbər verir ki, bunu “modern.az”a təhsil eksperti Elmin Nuri deyib.

Onun sözlərinə görə, ali məktəblərə qəbul prosesi yaşdan və məzun olduğu ildən asılı olmayaraq rəqabət prinsipi əsasında həyata keçirilir:

"Cari ilin məzunu da, məktəbi illər əvvəl bitirmiş şəxs də qəbul imtahanında eyni statusa malik namizəddir. Burada hansısa qrupun digərinin şansını əlindən aldığını demək düzgün yanaşma deyil. Kim imtahanda daha yaxşı nəticə göstərirsə, o da qəbul olunur".

Ekspert bildirib ki, əvvəlki illərin məzunlarının qəbul imtahanlarında iştirakının ildən-ilə artması iki əsas səbəblə bağlıdır.

Bunlardan biri ali təhsil müəssisələrində plan yerlərinin artırılmasıdır:

"Məsələn, 2007-ci ildə üçüncü ixtisas qrupu üzrə bir yer uğrunda səkkiz nəfər mübarizə aparırdı. Son illərdə isə bu göstərici iki-üç nəfərə qədər enib. Bu da ali təhsilə qəbul imkanlarının xeyli genişləndiyini göstərir".

Elmin Nuri qeyd edib ki, ikinci mühüm amil Təhsil Tələbə Kredit Fondunun fəaliyyətidir. Onun sözlərinə görə, ödənişli təhsil imkanlarının maliyyələşdirilməsi əvvəlki illərin məzunlarının yenidən ali təhsil almağa marağını artırıb:

"Əvvəllər bir çox gənc ödənişli əsaslarla təhsil ala bilmədiyi üçün universitetə qəbuldan imtina edirdi. Tələbə Kredit Fondunun fəaliyyəti bu maneəni xeyli aradan qaldırıb və nəticədə əvvəlki illərin məzunlarının qəbul imtahanlarında iştirak dinamikası artıb".

Ekspert hesab edir ki, buna baxmayaraq, əvvəlki illərin məzunları cari ilin məzunlarını nəticələr baxımından qabaqlaya bilmirlər:

"Cari ilin məzunları tədris prosesinin içərisində olduqları üçün həm bilik, həm də psixoloji baxımdan imtahana daha hazırlıqlı olurlar. Ən yüksək balları, rekord nəticələri və prestijli ixtisaslara qəbulu əsasən məhz cari ilin məzunları əldə edirlər. İndiyədək əvvəlki ilin məzunlarının bu göstəricilərdə üstünlük təşkil etdiyini görməmişik".

Elmin Nurinin fikrincə, əvvəlki illərin məzunlarının imtahanlarda iştirakının artması normal tendensiyadır və bu, cari ilin məzunlarının ali məktəbə qəbul imkanlarına ciddi təsir göstərmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski: Kiyev vilayətinə zərbə nəticəsində 38 nəfər həlak olub - VİDEO

Zelenski: Kiyev vilayətinə zərbə nəticəsində 38 nəfər həlak olub - VİDEO

Rusiya zərbəsindən sonra daha bir şirkət fəaliyyətini dayandırdı

Rusiya zərbəsindən sonra daha bir şirkət fəaliyyətini dayandırdı

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: “Ya bizimləsiniz, ya da bizə qarşı” - VİDEO

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: “Ya bizimləsiniz, ya da bizə qarşı” - VİDEO

"Qarabağ" braziliyalı yarımmüdafiəçini icarəyə götürdü

"Qarabağ" braziliyalı yarımmüdafiəçini icarəyə götürdü

Delcy Rodriges: ABŞ-la neft sazişi 25 il qüvvədə olacaq – VİDEO

Delcy Rodriges: ABŞ-la neft sazişi 25 il qüvvədə olacaq – VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatdı - VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatdı - VİDEO

Venesuelanın 17 neft yatağı ABŞ-ın nəzarətinə keçir – WSJ

Venesuelanın 17 neft yatağı ABŞ-ın nəzarətinə keçir – WSJ

Cəlilabadda ev yanaraq külə döndü

Cəlilabadda ev yanaraq külə döndü

İranın Ali Lideri müsəlman ölkələrini birliyə çağırdı

İranın Ali Lideri müsəlman ölkələrini birliyə çağırdı

Musiqi festivalında silahlı insident: Xəsarət alanlar var - VİDEO

Musiqi festivalında silahlı insident: Xəsarət alanlar var - VİDEO

Rusiyada yanacaq bölgüsü sərt TƏNQİD OLUNDU - SƏBƏB NƏDİR?

Rusiyada yanacaq bölgüsü sərt TƏNQİD OLUNDU - SƏBƏB NƏDİR?

Belçika dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermir - SƏBƏB

Belçika dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermir - SƏBƏB

"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu

"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu

İslandiyada Aİ-yə üzvlüklə bağlı cəmiyyət iki yerə bölünüb

İslandiyada Aİ-yə üzvlüklə bağlı cəmiyyət iki yerə bölünüb

Ararat Mirzoyan xarici ölkə səfirləri ilə Türkiyə sərhədində

Ararat Mirzoyan xarici ölkə səfirləri ilə Türkiyə sərhədində

Bakıda güclü külək əsir - FAKTİKİ HAVA

Bakıda güclü külək əsir - FAKTİKİ HAVA

Yer kürəsinin ən quraq səhrasına qar yağıb - FOTO

Yer kürəsinin ən quraq səhrasına qar yağıb - FOTO

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 494 Ukrayna PUA-sı məhv edilib

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 494 Ukrayna PUA-sı məhv edilib

Nepalda sel basmış evin damından yeniyetmə belə xilas edildi - VİDEO

Nepalda sel basmış evin damından yeniyetmə belə xilas edildi - VİDEO

Avtobus qəzasında xəsarət alanların sayı 38-ə çatdı - FOTO

Avtobus qəzasında xəsarət alanların sayı 38-ə çatdı - FOTO

Kiyevə dron hücumu: 3 yaralı var - FOTO

Kiyevə dron hücumu: 3 yaralı var - FOTO

Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO

Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO

FHN-dən gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə MÜRACİƏT

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəldi

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəldi

End of content

No more pages to load

RADİO