İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

Bir çox insan məzuniyyətdən qayıtdıqdan sonra özünü əvvəlkindən də yorğun hiss edir.

Mütəxəssislər bildirirlər ki, bunun əsas səbəbi istirahət məkanının seçimi deyil, məzuniyyətin kifayət qədər uzun olmaması və işdən tam uzaqlaşa bilməməkdir.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, psixoloqların sözlərinə görə, istirahət yalnız yorğunluğu aradan qaldırmır, həm də psixi sağlamlığın qorunması, diqqətin bərpası və məhsuldarlığın artırılması üçün vacibdir.

Onlar bildirirlər ki, məzuniyyət insanın enerjisini bərpa edir, gündəlik stressi azaltmağa kömək edir, diqqəti gücləndirir və həm işdə, həm də şəxsi həyatda motivasiyanı artırır.

İdeal məzuniyyət nə qədər davam etməlidir?

Empreinte Humaine şirkətinin araşdırmasına görə, bir neçə günlük istirahət və ya uzun həftəsonu tam bərpa üçün kifayət etmir.

Şirkətin rəhbəri və peşəkar psixoloq Kristof Nquyen bildirib ki, ideal məzuniyyət müddəti təxminən iki həftədir.

Onun sözlərinə görə, insanların əksəriyyəti məzuniyyətin ilk günlərini yeni şəraitə uyğunlaşmağa sərf edir. Yalnız bir həftədən sonra beyin iş rejimindən uzaqlaşmağa başlayır və insan həqiqi istirahəti hiss edir.

Psixoloq qeyd edib ki, ilk və son günlər adətən yol, hazırlıq və digər təşkilati işlərə sərf olunduğu üçün tam istirahət üçün iki həftəlik fasilə daha səmərəli hesab olunur.

İş barədə düşünməyi necə dayandırmaq olar?

Peşəkar kouç Sara Zituni məzuniyyət zamanı işi xatırladan hər şeyi gözdən uzaqlaşdırmağı tövsiyə edir. Onun sözlərinə görə, iş kompüterini, sənədləri və digər iş alətlərini yığışdırmaq, həmçinin Teams, Outlook və digər iş tətbiqlərindən çıxış etmək lazımdır.

Ekspert bildirir ki, əksər iş məsələləri məzuniyyətdən sonra da həll oluna bilər. Həqiqətən təcili vəziyyət yaranarsa, həmkarlar sizinlə başqa yollarla əlaqə saxlaya bilərlər.

Yeni təəssüratlar beynin dincəlməsinə kömək edir

Psixoloqlar hesab edirlər ki, rəqəmsal detoks kifayət etmədikdə, yeni təcrübələr yaşamaq daha faydalıdır. Ekskursiyalara qatılmaq, yeni məkanlar görmək, yerli mətbəxlə tanış olmaq və fərqli fəaliyyətlərlə məşğul olmaq insanın diqqətini işdən yayındırır və beynin dincəlməsinə kömək edir.

Mütəxəssislər vurğulayırlar ki, müntəzəm və keyfiyyətli istirahət lüks deyil, sağlam həyat tərzinin vacib hissəsidir. Vaxtaşırı verilən fasilələr xroniki stressin qarşısını alır və həm psixi, həm də fiziki sağlamlığın qorunmasına kömək edir. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya zərbəsindən sonra daha bir şirkət fəaliyyətini dayandırdı

Rusiya zərbəsindən sonra daha bir şirkət fəaliyyətini dayandırdı

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: “Ya bizimləsiniz, ya da bizə qarşı” - VİDEO

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: “Ya bizimləsiniz, ya da bizə qarşı” - VİDEO

"Qarabağ" braziliyalı yarımmüdafiəçini icarəyə götürdü

"Qarabağ" braziliyalı yarımmüdafiəçini icarəyə götürdü

Delcy Rodriges: ABŞ-la neft sazişi 25 il qüvvədə olacaq – VİDEO

Delcy Rodriges: ABŞ-la neft sazişi 25 il qüvvədə olacaq – VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatdı - VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatdı - VİDEO

Venesuelanın 17 neft yatağı ABŞ-ın nəzarətinə keçir – WSJ

Venesuelanın 17 neft yatağı ABŞ-ın nəzarətinə keçir – WSJ

Cəlilabadda ev yanaraq külə döndü

Cəlilabadda ev yanaraq külə döndü

İranın Ali Lideri müsəlman ölkələrini birliyə çağırdı

İranın Ali Lideri müsəlman ölkələrini birliyə çağırdı

Musiqi festivalında silahlı insident: Xəsarət alanlar var - VİDEO

Musiqi festivalında silahlı insident: Xəsarət alanlar var - VİDEO

Rusiyada yanacaq bölgüsü sərt TƏNQİD OLUNDU - SƏBƏB NƏDİR?

Rusiyada yanacaq bölgüsü sərt TƏNQİD OLUNDU - SƏBƏB NƏDİR?

Belçika dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermir - SƏBƏB

Belçika dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermir - SƏBƏB

"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu

"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu

İslandiyada Aİ-yə üzvlüklə bağlı cəmiyyət iki yerə bölünüb

İslandiyada Aİ-yə üzvlüklə bağlı cəmiyyət iki yerə bölünüb

Ararat Mirzoyan xarici ölkə səfirləri ilə Türkiyə sərhədində

Ararat Mirzoyan xarici ölkə səfirləri ilə Türkiyə sərhədində

Bakıda güclü külək əsir - FAKTİKİ HAVA

Bakıda güclü külək əsir - FAKTİKİ HAVA

Yer kürəsinin ən quraq səhrasına qar yağıb - FOTO

Yer kürəsinin ən quraq səhrasına qar yağıb - FOTO

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 494 Ukrayna PUA-sı məhv edilib

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 494 Ukrayna PUA-sı məhv edilib

Nepalda sel basmış evin damından yeniyetmə belə xilas edildi - VİDEO

Nepalda sel basmış evin damından yeniyetmə belə xilas edildi - VİDEO

Avtobus qəzasında xəsarət alanların sayı 38-ə çatdı - FOTO

Avtobus qəzasında xəsarət alanların sayı 38-ə çatdı - FOTO

Kiyevə dron hücumu: 3 yaralı var - FOTO

Kiyevə dron hücumu: 3 yaralı var - FOTO

Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO

Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO

FHN-dən gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə MÜRACİƏT

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəldi

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəldi

Kiyev yaxınlığında sursat anbarında baş verən partlayışın daha bir VİDEOSU yayıldı

Kiyev yaxınlığında sursat anbarında baş verən partlayışın daha bir VİDEOSU yayıldı

End of content

No more pages to load

RADİO