Övladlarına bu adları qoyanlar sonradan peşman olurlar

“Ad insanın şəxsiyyətinin formalaşmasına, özünəinamına və cəmiyyət tərəfindən necə qəbul olunmasına müəyyən mənada təsir göstərə bilər”.

Bizim.Media xəbər verir ki, bu barədə Demokrat.az-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva deyib.

“Valideynlər düşünməlidirlər ki, uşaq gələcəkdə öz adını eşidəcək, onun mənasını araşdıracaq və həmin adla ömür boyu yaşayacaq.

Əgər qoyulan ad gülüş doğurarsa və ya mənfi assosiasiyalar yaradarsa, bu, uşaqda özünəqapanıqlıq, özünəinamın azalması kimi psixoloji problemlərə səbəb ola bilər. Buna görə də ad seçimi təsadüfi deyil, düşünülmüş qərar olmalıdır”.
 

Bu gün ad seçimində xarici seriallar, filmlər və televiziya layihələrinin təsiri açıq şəkildə hiss olunur. Bəzən valideynlər xarici ekran əsərlərində bəyəndikləri obrazların adlarını heç bir araşdırma aparmadan övladlarına verirlər. Halbuki Azərbaycanın zəngin mədəniyyəti, tarixi və milli ad ənənələri var.


Özümüzün qəhrəmanlıq və məhəbbət dastanlarımız, tariximiz, milli dəyərlərimiz mövcuddur. İstərdim ki, valideynlər məhz bu irsdən ilham alsınlar. Ad insanlarda müsbət hisslər oyatmalı, sevgi, dostluq, uğur və vətənpərvərlik kimi dəyərləri ifadə etməlidir.

Elə adlar var ki, həmin adı daşıyan insana həqiqətən də yaraşır. Məsələn, Ədalət adını daşıyan və həqiqətən ədalətli olan insanlar tanıyıram. Bu, bəzən insanın öz adı ilə bağlı məsuliyyət hissini də gücləndirə bilir. Güc və qüvvə rəmzi olan ad daşıyan uşaq da gələcəkdə həmin məna ilə uyğun davranmağa çalışa bilər. Bu, müəyyən mənada psixoloji amildir.

Əvvəlki dövrlərdə dini mənşəli adlara daha çox üstünlük verilirdi və bunun da öz tarixi səbəbləri vardı. Xüsusilə uzun müddət övlad həsrəti çəkən ailələr inanırdılar ki, müəyyən dini adlar uşağın taleyinə müsbət təsir göstərə bilər. Bu gün isə mən arzu edərdim ki, valideynlər daha çox türk və Azərbaycan mənşəli adlara üstünlük versinlər.

Valideynlərə ad seçərkən praktik yanaşma tətbiq etməyi də tövsiyə edirəm. Əgər hansısa filmdəki obrazın adı xoşlarına gəlirsə, həmin adı gələcəkdə ‘dayı’, ‘əmi’, ‘müəllim’, ‘həkim’ kimi müraciətlərlə və soyadla birlikdə səsləndirsinlər. Görsünlər ki, bu ad insanda necə təəssürat yaradır və gələcəkdə həmin şəxsə yaraşacaqmı.
 

Son illər adını dəyişmək istəyən vətəndaşların sayı da az deyil. Dilçilik İnstitutuna adının dəyişdirilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Vaxtilə dəbdə olan iki və ya üç komponentli adlar, məsələn, Böyükxanım, Almaxanım və bu kimi adlar böyüdükdən sonra bir çox insan tərəfindən bəyənilmir.


"Buna görə də gənc ailələr övladlarına ad seçərkən bu məsələnin gələcək nəticələrini nəzərə almalı və məsuliyyətli qərar verməlidirlər", - deyə Sevinc Əliyeva fikrini tamamlayıb.

Qeyd edək ki, Ədliyyə Nazirliyindən verilən məlumatda cari ilin ilk 6 ayı ərzində 1213 nəfərin ad, soyad və ya ata adını dəyişdirdiyi bildirilib. Əlavə edilib ki, Balabəyim, Durna, Fəlakət, Xaccey, Xaxanım, Küsgün, Ləbxanə, Osandıq, Saatxanım, Samovar kimi adlar vətəndaşların arzusu əsasında dəyişdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropada qaz böhranı: Anbarlar son 13 ilin ən aşağı səviyyəsindədir

Avropada qaz böhranı: Anbarlar son 13 ilin ən aşağı səviyyəsindədir

Çin İrtış çayı vasitəsilə Arktikaya çıxış əldə edəcək?

Çin İrtış çayı vasitəsilə Arktikaya çıxış əldə edəcək?

Batan gəminin 19 sərnişini axtarılır - FOTO

Batan gəminin 19 sərnişini axtarılır - FOTO

Hörmüz boğazında Britaniya tankerinə zərbə endirildi

Hörmüz boğazında Britaniya tankerinə zərbə endirildi

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Çin casusu NATO-da çalışıb?

Çin casusu NATO-da çalışıb?

Ukrayna Belqorodda Ozon-un çeşidləmə mərkəzinə hücum etdi

Ukrayna Belqorodda Ozon-un çeşidləmə mərkəzinə hücum etdi

Şimali Kiprdə üç günlük matəm elan edildi

Şimali Kiprdə üç günlük matəm elan edildi

Çin süni intellekt yarışında qalib gəlsə, dünya məhv olacaq?

Çin süni intellekt yarışında qalib gəlsə, dünya məhv olacaq?

Pakistan və Türkiyə XİN başçıları İstanbulda görüşdülər

Pakistan və Türkiyə XİN başçıları İstanbulda görüşdülər

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

Yasamalda işıq olmayacaq

Yasamalda işıq olmayacaq

Türkiyədə Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edildi

Türkiyədə Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edildi

Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO

Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO

Qorbaçovun qızı atasının vəfatının 4-cü ildönümündə məzarlığa gəlməyib

Qorbaçovun qızı atasının vəfatının 4-cü ildönümündə məzarlığa gəlməyib

End of content

No more pages to load

RADİO