Gəncədə həmyaşıdlar arasında mübahisə qan tökülməsi ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 2010-cu il təvəllüdlü Ə. Süleymanov bud nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.
Ona dərhal ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. İlkin məlumata görə, hadisəni onun həmyaşıdı, 2009-cuil təvəllüdlü A.Axundov törədib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu