Qonşunu çəkən kamera başınıza iş aça bilər - Vəkildən xəbərdarlıq

Kimisi oğurluqdan qorunmaq, kimisi də qonşu ilə problemə əyani sübut üçün qapısı ağzına kamera qoydurub. Amma Ali Məhkəmə son hüquqi mövqeyi ilə pul xərcləyib namərdi evinə qədər qovmaq istəyən şəxsləri peşman edib.

“Hər bir şəxs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək üçün müşahidə kamerası quraşdıra bilər. Ancaq bu hüquq həyata keçirilməsi digər şəxslərin şəxsi həyatına qanunsuz müdaxilə təşkil etməməlidir”, - deyə Ali Məhkəmənin şərhində bildirilib.
 

Üstəlik əlavə olunub ki, “çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizini və ya digər mənzillərin giriş hissələrini əhatə edən müşahidə kamerası yalnız həmin dəhlizə çıxan qonşuların razılığı olduqda quraşdırıla bilər”. 


Ali Məhkəmənin “kamera görüntüləri məhkəmədə sübut kimi qəbul olunmaya bilər” xüsusilə çoxlu sual yaradıb.

Bizim.Media-nın məlumatına görə, vəkil Babək Həmidov “yenisabah.az”a bildirib ki, Ali Məhkəmənin bu qərarı Konstitusiyaya uyğundur və gələcəkdə oxşar işlər üçün nümunə olacaq:

“Qərar gələcək məhkəmə təcrübəsi baxımından da müsbət presedent yaradır. Çünki Konstitusiya hər bir şəxsin şəxsi həyatının toxunulmazlığı hüququnu təmin edir və hər kəs başqalarının da bu hüququna hörmət etməyə borcludur. İnsanlar öz hüquqlarından istifadə edərkən digər şəxslərin şəxsi həyatına müdaxilə edə bilməzlər.
 

Bu baxımdan yaşayış binasının ümumi dəhlizinin hər hansı bir sakinin öz təşəbbüsü ilə daim kameraya çəkilməsi yolverilməzdir. Çünki “şəxsi həyat” anlayışı yalnız insanın mənzilinin daxili ilə məhdudlaşmır. Onun gündəlik həyatı, işgüzar fəaliyyəti və yaşayış yerinə giriş-çıxışı da şəxsi həyatının tərkib hissəsidir.


Əgər kamera vasitəsilə hər hansı görüntü əldə olunubsa və həmin görüntü şəxsin razılığı olmadan, onun şəxsi həyatına müdaxilə edilməklə qeydə alınıbsa, bu sübut qanunsuz əldə edilmiş sübut hesab oluna bilər. Qanunvericiliyə görə, qanunsuz yolla əldə edilmiş sübutların məhkəmədə sübut kimi hüquqi qüvvəsi olmur”.

Babək Həmidovun sözlərinə görə, kamera elə quraşdırılmalıdır ki, qonşuların giriş-çıxışı görünməsin:

“Əlbəttə, yaşayış binalarında təhlükəsizliyin təmin edilməsi məqsədilə kamera quraşdırılması mümkündür. Lakin bu, ayrı-ayrı sakinlərin şəxsi qərarı ilə deyil, binanın idarəedicisinin və ya sakinlərin ümumi yığıncağının qərarı əsasında həyata keçirilməlidir.
 

Bununla yanaşı, kameralar elə quraşdırılmalıdır ki, konkret mənzillərin qapıları, insanların evlərinə kimlərin girib-çıxması kimi şəxsi həyata aid məlumatlar birbaşa müşahidə olunmasın. Yəni bir nəfərin istəyi ilə ümumi dəhlizə kamera quraşdırılması düzgün deyil. Belə qərar yalnız sakinlərin ümumi razılığı əsasında qəbul oluna bilər. Ancaq bu halda belə, şəxsi həyatın toxunulmazlığı hüququ hər zaman üstün tutulmalıdır.


Əgər bu hüquq pozularsa, həmin şəxs məhkəməyə müraciət edərək görüntülərin qanunsuz əldə edildiyini əsaslandıra və onların sübutlar siyahısından çıxarılmasını tələb edə bilər.
Bir məqama da diqqət yetirilməlidir. Məsələn, sakin öz təşəbbüsü ilə kamera quraşdırıb və həmin kamera təsadüfən üçüncü bir şəxsin törətdiyi cinayəti qeydə alıb.

Belə halda həmin görüntülərin hüquqi qiymətləndirilməsi fərqli ola bilər. Lakin söhbət məhz kameranı quraşdıran şəxsin qonşusu ilə bağlı mülki, inzibati və ya cinayət işindən gedirsə, qonşu şəxsi həyatına qanunsuz müdaxilə edildiyini əsas gətirərək həmin görüntülərin sübut kimi qəbul edilməməsini tələb etmək hüququna malikdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaxın Şərqdə savaş yenidən ALOVLANDI – ABŞ və İrandan qarşılıqlı hücumlar – VİDEO

Yaxın Şərqdə savaş yenidən ALOVLANDI – ABŞ və İrandan qarşılıqlı hücumlar – VİDEO

Birinci sinfin şagirdlərinə ev tapşırıqları verilməməlidir - TƏKLİF

Birinci sinfin şagirdlərinə ev tapşırıqları verilməməlidir - TƏKLİF

NASA 2 milyard qalaktika haqqında məlumat toplayacaq teleskopu kosmosa göndərdi

NASA 2 milyard qalaktika haqqında məlumat toplayacaq teleskopu kosmosa göndərdi

Avropada qaz böhranı: Anbarlar son 13 ilin ən aşağı səviyyəsindədir

Avropada qaz böhranı: Anbarlar son 13 ilin ən aşağı səviyyəsindədir

Çin İrtış çayı vasitəsilə Arktikaya çıxış əldə edəcək?

Çin İrtış çayı vasitəsilə Arktikaya çıxış əldə edəcək?

Batan gəminin 19 sərnişini axtarılır - FOTO

Batan gəminin 19 sərnişini axtarılır - FOTO

Hörmüz boğazında Britaniya tankerinə zərbə endirildi

Hörmüz boğazında Britaniya tankerinə zərbə endirildi

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Kiyev vilayətinə dron hücumu: 38 ölü, 51 yaralı var

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Trampın mətbuat katibi avqustun sonunda postunu tərk edəcək

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Volqa çayında İkinci Dünya müharibəsi dövrünə aid 3 gəmi tapıldı

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Leyla Əliyeva sərgidən paylaşım etdi - VİDEO

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Gəncədə ikimərtəbəli ev yandı - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Özbəkistan ilk dəfə Çinin J-10CE qırıcılarını nümayiş etdirdi - VİDEO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Türkiyədə azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim etdi - FOTO

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Trampı dəstəkləyən britaniyalı şərhçi ABŞ-dan deportasiya edildi

Çin casusu NATO-da çalışıb?

Çin casusu NATO-da çalışıb?

Ukrayna Belqorodda Ozon-un çeşidləmə mərkəzinə hücum etdi

Ukrayna Belqorodda Ozon-un çeşidləmə mərkəzinə hücum etdi

Şimali Kiprdə üç günlük matəm elan edildi

Şimali Kiprdə üç günlük matəm elan edildi

Çin süni intellekt yarışında qalib gəlsə, dünya məhv olacaq?

Çin süni intellekt yarışında qalib gəlsə, dünya məhv olacaq?

Pakistan və Türkiyə XİN başçıları İstanbulda görüşdülər

Pakistan və Türkiyə XİN başçıları İstanbulda görüşdülər

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

"Zirə" "Neftçi"ni məğlub etdi - VİDEO

Yasamalda işıq olmayacaq

Yasamalda işıq olmayacaq

End of content

No more pages to load

RADİO