Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Qəhvə istehlakının qaraciyər sağlamlığına müsbət təsir göstərdiyi ilə bağlı yeni araşdırmanın nəticələri açıqlanıb.

Bizim.Media xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərində yerləşən Cedars-Sinai Sağlamlıq Elmləri Universitetinin 355 mindən çox yetkin şəxsin iştirakı ilə apardığı araşdırmaya əsasən, müntəzəm qəhvə içmək qaraciyər sirrozu, qaraciyər xərçəngi və qaraciyər xəstəliklərindən ölüm riskinin azalması ilə əlaqələndirilir.

Tədqiqatın nəticələrinə görə, gündə 5 və ya daha çox fincan qəhvə içən şəxslərdə qaraciyər sirrozu riski təxminən üçdəbir, qaraciyər xərçəngi riski isə yarıya yaxın azalır. Həmçinin qaraciyər xəstəlikləri ilə əlaqəli ölüm riski 42 faiz daha aşağı olub.
 

Mütəxəssislər bildiriblər ki, gündə 1-2 fincan qəhvə içənlərdə də müsbət təsirlər müşahidə edilsə də, ən güclü nəticələr gündə 3-4 fincan qəhvə qəbul edənlərdə qeydə alınıb. Araşdırma zamanı qəhvə içənlərin qan analizlərində sağlam qaraciyər fəaliyyəti ilə əlaqəli zülalların səviyyəsinin daha yüksək, iltihab və çapıqlaşma ilə bağlı göstəricilərin isə daha aşağı olduğu müəyyən edilib. Bundan əlavə, bu şəxslərdə qaraciyərdə yağ və dəmir yığılması da daha az olub.


Tədqiqatçılar Böyük Britaniyanın Biobank bazasında qeydiyyatda olan yüz minlərlə şəxsin sağlamlıq məlumatlarını 13 il ərzində izləyiblər. Müşahidələr göstərib ki, həm kofeinli, həm də kofeinsiz qəhvə oxşar fayda verir. Bu isə qəhvənin tərkibindəki digər təbii birləşmələrin də qoruyucu təsir göstərə biləcəyini ehtimal etməyə əsas verir.

Mütəxəssislər növbəti mərhələdə qəhvənin qaraciyəri qoruyan təsirinə cavabdeh olan konkret maddələrin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılacağını bildiriblər. (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tiktokda nalayiq paylaşımlar edən şəxs HƏBS OLUNDU

Tiktokda nalayiq paylaşımlar edən şəxs HƏBS OLUNDU

İrəvanda erməni-türk biznes-forumu keçiriləcək

İrəvanda erməni-türk biznes-forumu keçiriləcək

Əncirin içində həqiqətən arı var?— Məşhur iddiaya aydınlıq gətirildi

Əncirin içində həqiqətən arı var?— Məşhur iddiaya aydınlıq gətirildi

Ukrayna Aİ-dən "Patriot" raketləri üçün milyardlar istəyib

Ukrayna Aİ-dən "Patriot" raketləri üçün milyardlar istəyib

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq

MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş

MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş

Cənubi Koreyada Rusiyaya avtomobil tədarük edən 4 nəfər TUTULDU

Cənubi Koreyada Rusiyaya avtomobil tədarük edən 4 nəfər TUTULDU

Hacıqabulda çobanın güllələnmiş meyiti tapıldı

Hacıqabulda çobanın güllələnmiş meyiti tapıldı

Ərdoğan: Türkiyənin ŞƏT-ə üzvlüyü Qərblə münasibətlərdən imtina demək deyil

Ərdoğan: Türkiyənin ŞƏT-ə üzvlüyü Qərblə münasibətlərdən imtina demək deyil

Azərbaycan və Ukrayna yeni birgə layihələr HAZIRLAYIR

Azərbaycan və Ukrayna yeni birgə layihələr HAZIRLAYIR

Kiyevdəki atışmaya görə UTX-nin 3 xüsusi təyinatlısı saxlanıldı - FOTO

Kiyevdəki atışmaya görə UTX-nin 3 xüsusi təyinatlısı saxlanıldı - FOTO

Niderland səfirliyi Azərbaycana təşəkkür etdi

Niderland səfirliyi Azərbaycana təşəkkür etdi

Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu AÇIQLANDI – RƏSMİ

Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu AÇIQLANDI – RƏSMİ

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi UZADILDI

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi UZADILDI

Ekstrasenslərin “Böyük daşqın” XƏBƏRDARLIĞI - 5000 il əvvəlki fəlakət təkrarlanır?

Ekstrasenslərin “Böyük daşqın” XƏBƏRDARLIĞI - 5000 il əvvəlki fəlakət təkrarlanır?

Azərbaycan və Türkmənistan viza rejiminin sadələşdirilməsini müzakirə etdi – FOTO

Azərbaycan və Türkmənistan viza rejiminin sadələşdirilməsini müzakirə etdi – FOTO

Bakıda 5 müntəzəm marşrut "brutto müqavilə" sisteminə QOŞULDU

Bakıda 5 müntəzəm marşrut "brutto müqavilə" sisteminə QOŞULDU

Ramiz Mehdiyev nə qədər rüşvət alıb?

Ramiz Mehdiyev nə qədər rüşvət alıb?

Ülle Madise Estoniyanın yeni prezidenti seçildi - FOTO

Ülle Madise Estoniyanın yeni prezidenti seçildi - FOTO

Ekspertdən isti-soyuq hava keçidi ilə bağlı XƏBƏRDARLIQ

Ekspertdən isti-soyuq hava keçidi ilə bağlı XƏBƏRDARLIQ

Məşhur bloqerdən Azərbaycanla bağlı maraqlı paylaşım - Video

Məşhur bloqerdən Azərbaycanla bağlı maraqlı paylaşım - Video

Qərb Rusiyanı təcrid edə bilməyib – “Foreign Policy”

Qərb Rusiyanı təcrid edə bilməyib – “Foreign Policy”

Lisey və gimnaziyalarda seçimlərin II mərhələsi üzrə qəbul nəticələri AÇIQLANDI

Lisey və gimnaziyalarda seçimlərin II mərhələsi üzrə qəbul nəticələri AÇIQLANDI

End of content

No more pages to load

RADİO