Xəbər verdiyimiz kimi, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 233 saylı məktəbdə insident baş verib.
Mübahisə zamanı şagird həmyaşıdına bıçaqla xəsarət yetirmək istəyib. Lakin onun bacısı onların arasına girib və bıçaq qızın əlinə dəyib.
Bakı Şəhər Təhsil İdarəsindən Bizim.Media-ya bildirilib ki, paytaxtdakı 233 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər arasındakı münaqişə iddiası ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.
Məktəblərdə səmərəli tədris mühitinin qorunması, təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması əsas prioritetlərdəndir. Məktəbdaxili nizam-intizam qaydalarına əməl olunması diqqət mərkəzində saxlanılır.
Daha ətraflı “Baku TV”nin videosüjetində:
Bizim.Media