Paytaxtın Nəsimi rayonu ərazisində - Rəşid Behbudov küçəsində aparılmış yeni xətlənmə sürücülərdə çaşqınlıq yaradıb.
Bizim.Media xəbər verir ki, küçənin Mərkəzi Bankın qarşısından keçən hissəsindən video paylaşan taksi sürücüləri buradakı qoşa xəttin onların hərəkətinə maneə olduğunu bildiriblər.
Belə ki, küçədə yeni çəkilmiş velosiped zolağı ilə taksi dayanacağı ərazisini ayıran yerdə dönmə üçün uyğun şərait yoxdur.
Taksi sürücüləri bu halın onların cərimələnməsinə səbəb ola biləcəyini və normal fəaliyyətlərinə maneə yaradacağını deyiblər. (Qafqazinfo.az)
Bizim.Media