“Rusiya ilə Azərbaycan arasında son zamanlar zəifləmiş mədəni və humanitar əlaqələri yenidən canlandırmağın vaxtıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin TASS-a verdiyi müsahibədə bildirib.
Diplomat vurğulayıb ki, sıx mədəni və humanitar əlaqələr olmadan tam hüquqlu ikitərəfli əməkdaşlığı təsəvvür etmək mümkün deyil:
"Bizim perspektivli layihələrimiz var, məsələn, Azərbaycanda Sankt-Peterburq Dövlət Universitetinin nəzdində birgə universitetin yaradılması, iki ölkənin Moskva və Bakıda səfirlikləri nəzdində məktəblərin yaradılması kimi”.
Bizim.Media