Yarım milyondan çox dələduzluq edən 3 nəfərdən YENİ XƏBƏR VAR

Yarım milyondan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırım, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə məhkəmə istintaqı yeniləndiyi üçün işi araşdıran müstəntiq Kamran Əliyev yenidən şahid qismində ifadə verib.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı fevralın 10-da etdiyi çıxışını müdafiə edərək hər üç təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
 

Qoşqar Məmmədovun vəkili Sadiq Rəsulov bildirib ki, müdafiə etdiyi şəxs ona çatan 100 min manatdan 80 mini qaytarıb. Vəkil məhkəmədən xahiş edib ki, Q.Məmmədovun himayəsində azyaşlı uşaqlarının olduğu nəzərə alınsın və onun barəsində həbslə bağlı olmayan cəza təyin edilsin.


Rasim İldırımzadənin vəkili müdafiə etdiyi şəxsin bu əməldə iştirak etmədiyini və alınan pullardan xəbəri olmadığını bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Rasim İldırımzadə son sözə hazır olmadığını bildirərək, hakimdən zərəri tam ödəmək üçün vaxt istəyib. Hakim ona bildirib ki, zərərin ödənilməsi ilə bağlı təqdirləndirilənlərin 6 aydan çox vaxtı olub.

Zaur Mirzəzadə və Qoşqar Məmmədov da məhkəmədən vaxt istəyib.

Vəkillər bildirib ki, zərərçəkən 200 min manat pul istəyir, lakin təqsirləndirilənlər 100 min təklif edir.

Məhkəmə onlara son dəfə vaxt verib.

Növbəti proses mayın 25-nə təyin edilib.

Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq Qurban Piriyevə qarşı 504 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilirlər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.


Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.

Digər təqsirləndirilən Qoşqar Məmmədov başqa epizod üzrə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda o azadlıqdadır. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Həm müqaviləsi uzanır, həm maaşı artır

Həm müqaviləsi uzanır, həm maaşı artır

İlham Əliyevin Pirallahı Sənaye Parkındakı səfərindən VİDEOÇARX

İlham Əliyevin Pirallahı Sənaye Parkındakı səfərindən VİDEOÇARX

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB/FOTO

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB/FOTO

Rusiya Xarkovu VURDU: 39 yaralı var - VİDEO

Rusiya Xarkovu VURDU: 39 yaralı var - VİDEO

Ceyhun Bayramov DCO rəhbəri ilə görüşdü: Süni intellekt və rəqəmsal iqtisadiyyat müzakirə olundu - FOTO

Ceyhun Bayramov DCO rəhbəri ilə görüşdü: Süni intellekt və rəqəmsal iqtisadiyyat müzakirə olundu - FOTO

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

143 milyon mənimsəməkdə təqsirləndirilən general HAKİM QARŞISINDA

143 milyon mənimsəməkdə təqsirləndirilən general HAKİM QARŞISINDA

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

End of content

No more pages to load

RADİO