“Layk” naminə TƏHLÜKƏ - Maşın sürərkən video çəkənləri hansı cəza GÖZLƏYİR?

Nəqliyyat idarə edərkən video çəkmək və canlı yayım açmaq son dövrlərin təhlükəli trendlərindən birinə çevrilib. Sosial şəbəkə paylaşımı üçün sükan arxasında bir əli rolda ikən digər əli ilə canlı yayım açan sürücülər həm öz həyatlarını həm də başqalarının həyatını riskə atır. Görməzdən gəldiyimiz kiçik əyləncə ciddi səbəblər yarada bilir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə məhz yol-nəqliyyat qəzalarının bir qismi elə sükan arxasında telefondan istifadə etmə səbəbindən baş verir:

“Bu çox məsuliyyətsiz davranışlardan biridir. İnsan yolda özünün və bütün yol hərəkəti iştirakçılarının sərbəst hərəkətini təmin etməlidir. Sürücü qəza şəraiti yaratmaqla digər insanların da həyatına risk yaradır. Məsələ ilə bağlı Dövlət Yol Polisi (DYP) məşğul olur. Həm Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən belə hallar aşkarlanır, həm də kameralar yenilənir, ağıllı radar sistemləri qurulur. Beləliklə, sürücülər nəsuliyyətə cəlb olunurlar”, - deyə, ekspert qeyd edib.

Bəs, bu “trend” kimi görünən davranışların hüquqi nəticələri nədir və sürücüləri hansı cəzalar gözləyir? Sükan arxasında video çəkiliş aparılması qanun pozuntusu hesab olunurmu?

Suallarımıza cavab olaraq hüquqşünas Elnur Məmmədov isə bildirib ki, qanunvericilikdə bununla bağlı ayrıca maddə yoxdur:

“Nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə etmək, o cümlədən video çəkmək və belə paylaşımlar etmək inzibati məsuliyyət yaradır. Düzdür, qanunvericilikdə bu ayrıca maddə kimi göstərilməsə də, bu hərəkət “nəqliyyat vasitəsi idarə edilərkən əl ilə mobil telefondan istifadə” kimi qiymətləndirilir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən,  nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə nəzərdə tutulub. Əgər bu cür hallarda sürücü qəza törədərsə, bu zaman törətdiyi qəzaya uyğun olaraq əlavə məsuliyyətə cəlb edilir”.

Bəs, bu hal davamlı baş verərsə, sürücülük hüququnun məhdudlaşdırılması və ya lisenziyanın alınması mümkündürmü?

“Xeyr, bu maddə üzrə hər dəfə təkrarlanan hərəkətə görə də ancaq cərimə edilir. Ancaq dediyim kimi, bu halda hansısa qəza baş verərsə, həmin hadisə ilə bağlı məhdudlaşdırma nəzərdə tutulubsa, o halda tətbiq oluna bilər”.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Həm müqaviləsi uzanır, həm maaşı artır

Həm müqaviləsi uzanır, həm maaşı artır

İlham Əliyevin Pirallahı Sənaye Parkındakı səfərindən VİDEOÇARX

İlham Əliyevin Pirallahı Sənaye Parkındakı səfərindən VİDEOÇARX

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB/FOTO

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB/FOTO

Rusiya Xarkovu VURDU: 39 yaralı var - VİDEO

Rusiya Xarkovu VURDU: 39 yaralı var - VİDEO

Ceyhun Bayramov DCO rəhbəri ilə görüşdü: Süni intellekt və rəqəmsal iqtisadiyyat müzakirə olundu - FOTO

Ceyhun Bayramov DCO rəhbəri ilə görüşdü: Süni intellekt və rəqəmsal iqtisadiyyat müzakirə olundu - FOTO

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

143 milyon mənimsəməkdə təqsirləndirilən general HAKİM QARŞISINDA

143 milyon mənimsəməkdə təqsirləndirilən general HAKİM QARŞISINDA

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

End of content

No more pages to load

RADİO