Bakıda “Oxu Günü – 11 Kitab Festivalı”nın təntənəli açılış mərasimi keçirildi - FOTO/VİDEO

Aprelin 25-də Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev Parkında “Oxu Günü – 11 Kitab Festivalı”nın təntənəli açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və Hədəf Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə reallaşan festival artıq ölkənin ənənəvi və genişmiqyaslı mədəni tədbirlərindən birinə çevrilib.

Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.

“Atəşgah” milli rəqs qrupunun təqdim etdiyi “Cəngi” rəqsi və Hədəf Liseyinin şagirdlərinin təqdim etdiyi pantomim səhnəcik iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
 

Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, “Oxu Günü” layihəsinin ideya müəllifi Şəmil Sadiq, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Fazil Mustafa, Ceyhun Məmmədov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə, Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev və Türk dünyasının tanınmış şairi Rüstəm Behrudi festivalın əhəmiyyətindən, ölkədə kitab mədəniyyətinin inkişafının vacibliyindən və mütaliənin cəmiyyətin intellektual və mənəvi inkişafındakı rolundan danışıblar.


Çıxışlarda vurğulanıb ki, “Oxu Günü” layihəsi təkcə kitab sərgisi deyil, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirən, oxu mədəniyyətini təşviq edən və gənclərin dünyagörüşünün formalaşmasına xidmət edən mühüm platformadır.

Açılış mərasiminin ən yaddaqalan məqamlarından biri illərdir davam edən və artıq ənənə halını alan “Gəlin birgə oxuyaq!” fləşmobu olub. Fləşmob çərçivəsində festival iştirakçıları eyni anda kitab oxuyaraq mütaliənin birləşdirici gücünü və kitabın cəmiyyət həyatındakı rolunu nümayiş etdiriblər. Tədbirin davamında iştirakçılar oxuduqları kitablarla selfi çəkərək “OxuGünü” və “Gəlinbirgəoxuyaq” həştəqləri ilə sosial şəbəkələrdə paylaşımlar ediblər.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Leyla İzzətovanın ifası və Zinyət Rəhimlinin kanon üzrə instrumental çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
 

Qeyd edək ki, 2015-ci ildən keçirilən “Oxu Günü” layihəsi ölkədə kitab mədəniyyətinin inkişafına töhfə verən, gənclərin mütaliəyə marağını artıran, oxucu ilə müəllif arasında canlı ünsiyyət mühiti yaradan və kitabın cəmiyyət həyatındakı rolunu möhkəmləndirən mühüm təşəbbüslərdən biridir.


Festival çərçivəsində 30-dan çox nəşriyyat və kitab mağazası iştirak edir. İki gün davam edən tədbirdə panel müzakirələr, imza günləri, nağıl saatları və müxtəlif ədəbi-bədii proqramlar təşkil olunur. Ziyarətçilərə minlərlə adda kitab xüsusi endirimlərlə təqdim edilir.

“Oxu Günü – 11 Kitab Festivalı” 26 aprel tarixində də davam edir.



























Naibə Məmmədova, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəfiqə Məmmədovanı Rasim Balayev özü seçmişdi - Tənqidlərə CAVAB

Şəfiqə Məmmədovanı Rasim Balayev özü seçmişdi - Tənqidlərə CAVAB

Zelenskinin Azərbaycandan səsləndirdiyi təklifə Rusiyadan CAVAB: Ola bilər...

Zelenskinin Azərbaycandan səsləndirdiyi təklifə Rusiyadan CAVAB: Ola bilər...

İtkin düşən 13 nəfər tapılıb...

İtkin düşən 13 nəfər tapılıb...

Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu - FOTO/VİDEO

Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu - FOTO/VİDEO

Əraqçi İranın ŞƏRTLƏRİNİ Pakistan tərəfinə ÇATDIRDI

Əraqçi İranın ŞƏRTLƏRİNİ Pakistan tərəfinə ÇATDIRDI

Göygöldə HADİSƏ: Qadın hamam otağında boğuldu

Göygöldə HADİSƏ: Qadın hamam otağında boğuldu

ADY sədrinin iştirakı ilə Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalanıb - FOTO

ADY sədrinin iştirakı ilə Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalanıb - FOTO

“Sabah” finala yüksəldi

“Sabah” finala yüksəldi

Azərbaycanlı aparıcı xanımı və qızı ilə - VİDEO

Azərbaycanlı aparıcı xanımı və qızı ilə - VİDEO

Yasamalda QƏZA: Avtomobil ana və qızını vurdu - VİDEO

Yasamalda QƏZA: Avtomobil ana və qızını vurdu - VİDEO

Əli Laricaninin dəhşətli ölümü: "Başı, bədəni yox idi, yalnız bir əli qalmışdı"

Əli Laricaninin dəhşətli ölümü: "Başı, bədəni yox idi, yalnız bir əli qalmışdı"

İran Bakıya uçuşlar həyata keçirməyi planlaşdırır

İran Bakıya uçuşlar həyata keçirməyi planlaşdırır

Nyu-York merinə AÇIQ MƏKTUB: “Ola bilsin sizi yanlış məlumatlandırıblar”

Nyu-York merinə AÇIQ MƏKTUB: “Ola bilsin sizi yanlış məlumatlandırıblar”

Pezeşkian İran vətəndaşlarına: "Elektrik enerjisindən istifadəni azaldın"

Pezeşkian İran vətəndaşlarına: "Elektrik enerjisindən istifadəni azaldın"

İran ordusu ABŞ-a XƏBƏDARLIQ ETDİ: Güclü cavab verəcəyik...

İran ordusu ABŞ-a XƏBƏDARLIQ ETDİ: Güclü cavab verəcəyik...

Çernobıl əlillərinə avtomobillər verildi - FOTO

Çernobıl əlillərinə avtomobillər verildi - FOTO

İlham Əliyev: "Bunlar çox güclü siyasi sənədlərdir..."

İlham Əliyev: "Bunlar çox güclü siyasi sənədlərdir..."

"Neftçi" və "Qarabağ" azarkeşlərə ÇAĞIRIŞ ETDİ: Hər birimizə yaraşan rəqiblərə ehtiram göstərməkdir!

"Neftçi" və "Qarabağ" azarkeşlərə ÇAĞIRIŞ ETDİ: Hər birimizə yaraşan rəqiblərə ehtiram göstərməkdir!

Yevlaxda kişini ilan sancdı - təcili BAKIYA göndərildi

Yevlaxda kişini ilan sancdı - təcili BAKIYA göndərildi

Azərbaycan və Ukrayna arasında 6 SƏNƏD İMZALANIB

Azərbaycan və Ukrayna arasında 6 SƏNƏD İMZALANIB

Bakıda “Oxu Günü – 11 Kitab Festivalı”nın təntənəli açılış mərasimi keçirildi - FOTO/VİDEO

Bakıda “Oxu Günü – 11 Kitab Festivalı”nın təntənəli açılış mərasimi keçirildi - FOTO/VİDEO

"Dəli Kür" sakitləşməyə başlayır: Zərdabda son vəziyyət – VİDEO

"Dəli Kür" sakitləşməyə başlayır: Zərdabda son vəziyyət – VİDEO

Kamçatkada 5,5 maqnitudalı ZƏLZƏLƏ

Kamçatkada 5,5 maqnitudalı ZƏLZƏLƏ

"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi"

"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi"

End of content

No more pages to load

RADİO