Yayda bu meyvələrin qiyməti KƏSKİN ARTACAQ

Aprel ayına xas olmayan anomal yağışlar və qeyri-sabit hava şəraiti bölgələrdə kənd təsərrüfatına, xüsusilə meyvəçiliyə ciddi zərər vurub.

Yağan yağışlar nəticəsində 6500 hektardan çox əkin sahəsinə zərər dəyib. Xüsusən də Xaçmaz, Şabran, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şirvan-Salyan və Qarabağ bölgələrində yerləşən meyvə bağları və tərəvəz sahələri sel və subasmalara məruz qalıb.

Mövcud vəziyyət gilas, alça, şaftalı və s. Kimi tezyetişən meyvələrə daha çox zərər yetirib. Yağışların yaratdığı fəsadların 10 milyon manata yaxın ziyan vura biləcəyi ehtimal edilir.

Bu fəsadlar istər-istəməz məhsuldarlığın azalmasına gətirib çıxaracaq.

Yayda hansı meyvələr kəskin bahalaşacaq? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, apreldə yağan anomal yağışlar və dolu ən çox çiçəkləmə dövründə olan meyvə ağaclarını vurub:

“Bu vaxt yağan aramsız yağış tozlanmanı pozur, çiçəyi çürüdür, dolu isə birbaşa bar tutan tumurcuğu məhv edir. Nəticədə ağacda bar ya əmələ gəlmir, ya da çox az bağlayır. Bu zərbədən ən çox zərər çəkən erkən çiçəkləyən çəyirdəkli meyvələrdir.

Ərik, gilas, albalı, gavalı aprelin əvvəli və ortasında çiçək açır. Quba, Xaçmaz, Şəki, Zaqatala, İsmayıllı rayonlarında dolu və leysan həmin dövrə düşdü. Fermerlər deyir ki, bəzi bağlarda ərik və gilasın 50-70 faizi tökülüb”.

İqtisadçının fikrincə, ərik, gilas, albalı, gavalının qiyməti kəskin bahalaşacaq.

“Bu meyvələrin barvermə mövsümü iyun-iyuldur, yəni bazara kütləvi çıxmalı dövr azməhsulluluqla üst-üstə düşəcək. Təklif az olanda qiymət kəskin qalxır. Keçən il 3-4 manata olan gilas bu yay 7-8 manatdan aşağı düşməyəcək, ərik də eyni səviyyədə bahalaşacaq.

Albalı və gavalı da eyni səbəbdən azalacaq. Xüsusilə emala gedən albalı az olanda mürəbbə, kompot qiymətləri də qalxır. Şaftalı və nektarin bir az gec çiçəkləyir, amma aramsız rütubət onlarda da göbələk xəstəliklərini artırıb. Monilioz, yarpaq qıvrılması kimi xəstəliklər məhsulun bir hissəsini sıradan çıxarıb. Şaftalının da iyul-avqustda ötən ilə nisbətən 30-40 faiz baha olması realdır”.

A.Nəsirli alma və armudun qiymətində isə kəskin bahalaşma gözləmir:

“Alma və armud nisbətən gec çiçəkləyir, ona görə aprel yağışları onlara az təsir edib. Amma dolu düşən bağlarda zədə var. Yenə də alma keçən ilki qədər bol olmaya bilər, amma kəskin bahalaşma gözlənilmir.

Həmsöhbətimizin fikrincə, çiyələyin qiyməti də artacaq:

“Yağış çiyələyi də vurub. Açıq sahədə çiyələk çürüdü, boz çürümə xəstəliyi yayıldı. İstixana çiyələyi az təsir gördü, amma açıq sahə məhsulu azaldı. May-iyun çiyələyi də ötən illə müqayisədə baha olacaq.

Qarpız, yemiş, üzüm kimi yay sonu meyvələrə hələlik ciddi ziyan dəyməyib.

Hava normal keçsə, onların qiyməti nisbətən sabit qalacaq. Amma yağışdan sonra yaranan rütubət bostan bitkilərində də xəstəlik riski yaradır, bu da sonradan qiymətə təsir edə bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

İlham Əliyev: "Kiçik ada dövlətlərini müdafiə etmək mənəvi borcumuzdur"

İlham Əliyev: "Kiçik ada dövlətlərini müdafiə etmək mənəvi borcumuzdur"

"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

İlham Əliyevdən Pre-COP Liderlər Tədbirinin iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən Pre-COP Liderlər Tədbirinin iştirakçılarına MÜRACİƏT

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

Bakıda maşın yandı - VİDEO

Bakıda maşın yandı - VİDEO

Şəxs bilə-bilə yalan məlumat verərsə... – Nə gözləyir?

Şəxs bilə-bilə yalan məlumat verərsə... – Nə gözləyir?

Korrupsiya halları ilə bağlı məlumat verənlər necə MÜDAFİƏ OLUNACAQ?

Korrupsiya halları ilə bağlı məlumat verənlər necə MÜDAFİƏ OLUNACAQ?

Paşinyandan TRIPP layihəsi ilə bağlı AÇIQLAMA

Paşinyandan TRIPP layihəsi ilə bağlı AÇIQLAMA

Şəxs korrupsiya ilə bağlı məlumat verdiyinə görə öldürülərsə... – Ailəsi 20 min manat ALACAQ

Şəxs korrupsiya ilə bağlı məlumat verdiyinə görə öldürülərsə... – Ailəsi 20 min manat ALACAQ

Korrupsiya barədə məlumat verənlər mükafatlandırılacaq – Məbləğ

Korrupsiya barədə məlumat verənlər mükafatlandırılacaq – Məbləğ

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

End of content

No more pages to load

RADİO