Abşeronda yağışın yaratdığı fəsadlar belə aradan qaldırılır - FOTO

Son günlər yağan güclü və normadan artıq yağıntıların fəsadlarının aradan qaldırılması istiqamətində Abşeron rayonunda işlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, görülən işlər Abşeron Rayon İcra Hakimiyyəti, yerli bələdiyyələr, FHN-in və ADSEA-nın texnika və işçi qüvvələri cəlb edilməklə yaranmış problemin miqyası və prioriteliliyi əsasında mərhələli şəkildə davam etdirilir.

Qəsəbələrarası və məhəllədaxili yollar su kütləsindən təmizlənib, nasosxanaların fəaliyyəti bərpa edilmiş və gücləndirilib.
 

Hazırda qəsəbədaxili çökək ərazidə yerləşən küçələrdə və ayrı-ayrı ünvanlarda fərdi yaşayış evlərinin həyətlərindən suyun kənarlaşdırılması, göllərin suyunun səviyyəsinin tənzimlənməsi və bənd vurulması, prospekt və küçələrdə təmizlik işlərinin görülməsi həyata keçirilir.


Bundan əlavə dövlət balansında olan binalarda vəziyyətin kritik həddə çatmaması üçün tədbirlər görülüb, zirzəmilərə yığılmış suyun kənarlaşdırılması işləri davam etdirilir.

Müraciətləri əsasında fərdi sahibkarlar tərəfindən inşa edilmiş və idarəçiliyi özəl şirkətlərdə olan çoxmənzilli yaşayış binalarına da dəstək verilib, əlavə nasoslar cəlb edilib.

Bildirilir ki, mətbuatda işıqlandırılmış Xırdalan şəhəri, Mehdi Hüseynzadə 26 ünvanda qeyd edilən çoxmənzilli yaşayış binaları AAAF İnşaat MMC tərəfindən inşa edilmiş və MMC-nin öz idarəçiliyində olan binalardır.

Sakinlərin müraciəti əsasında RİH və ADSEA-nin yerli qurumu tərəfindən binalara və zirzəmilərinə baxış keçirilib.

Baxış zamanı aydın olub ki, zirzəmidə yığılan suyun mənbəyi həm yağan intensiv yağış suyu, həm də binaların mərkəzi kanalizasiya xətlərinin nasaz olması və bunanın dam hissəsindən yağış suyunu kənarlaşdıran boruların zirzəmilərə yönləndirilməsidir.

Belə ki, zirzəmidə binanın mərkəzi kanalizasiya xətlərində çoxlu sayda axıntı aşkar edilib.

Bununla yanaşı zirzəmilərdə və zirzəmi girişlərində sakinlər tərəfindən atılmış xeyli məişət tullantıları müşahidə olunub.
 

MMC rəhbərliyi əraziyə dəvət edilib, aşkar olunmuş nöqsanlar bildirilib, nasazlıqların aradan qaldırılması, ərazinin və zirzəmilərin təmiz saxlanması ilə bağlı sakinlərlə profilaktik söhbət aparılması və təmizliyə ciddi nəzarət edilməsi, MMC tərəfindən sanitar-gigiyenik qaydalara riayət olunması barədə xəbərdarlıq edilib, əks təqdirdə inzibati tənbeh tətbiq ediləcəyi bildirilib.


Bununla yanaşı zirzəmilərdə yığılmış suyun kənarlaşdırılmasının sürətləndirilməsi məqsədilə RİH və ADSEA-nin yerli qurumu tərəfindən qeyd edilən ünvana əlavə pompa və nasoslar cəlb edilmiş, xətlərin yuyulması işləri həyata keçirilib.

Həmçinin Abşeron Abadlıq və Kommunal Xidmətlər İdarəsinin texnika və işçi qüvvəsi cəlb edilmiş, ərazi və zirzəmilərin təmizlənilməsi istiqamətində işlər aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyəli məşqçi Azərbaycandan deportasiya olunub? - DETALLAR

Türkiyəli məşqçi Azərbaycandan deportasiya olunub? - DETALLAR

Naxçıvanda pensiya ödənişi başa çatdırıldı

Naxçıvanda pensiya ödənişi başa çatdırıldı

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında – FOTO

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında – FOTO

ABŞ tarixində görünməmiş hadisə: Uğursuz edamdan sonra sağ qalmış qadın məhbus danışmağa başladı

ABŞ tarixində görünməmiş hadisə: Uğursuz edamdan sonra sağ qalmış qadın məhbus danışmağa başladı

Futbol üzrə Azərbaycan Kubokunda iki oyun keçirildi - NƏTİCƏLƏR

Futbol üzrə Azərbaycan Kubokunda iki oyun keçirildi - NƏTİCƏLƏR

Sərhədləri aşan TƏHLÜKƏ – Türkiyədəki təriqətlərin Azərbaycan üçün hansı riskləri var?

Sərhədləri aşan TƏHLÜKƏ – Türkiyədəki təriqətlərin Azərbaycan üçün hansı riskləri var?

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Daşıma imkanları genişləndirilir

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Daşıma imkanları genişləndirilir

Gədəbəydə 84 yaşlı kişi güllələndi

Gədəbəydə 84 yaşlı kişi güllələndi

Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib – FOTO

Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib – FOTO

Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş... – FOTOFAKT

Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş... – FOTOFAKT

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı FƏRMAN

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı FƏRMAN

Həkimlərin icbari tibbi sığorta ilə bağlı şikayətlərinə TƏBİB-dən CAVAB

Həkimlərin icbari tibbi sığorta ilə bağlı şikayətlərinə TƏBİB-dən CAVAB

Qubadakı ağır qəzada xəsarət alan şəxsin SON DURUMU

Qubadakı ağır qəzada xəsarət alan şəxsin SON DURUMU

Qaradağda qəzada ölənlərin sayı 4-ə çatdı

Qaradağda qəzada ölənlərin sayı 4-ə çatdı

Ərdoğandan Putinə TELEFON ZƏNGİ – Moskvanın Qara dənizdə gəmilərə etdiyi zərbələr GÜNDƏMDƏ

Ərdoğandan Putinə TELEFON ZƏNGİ – Moskvanın Qara dənizdə gəmilərə etdiyi zərbələr GÜNDƏMDƏ

Rusiyada taun epidemiyası riski var? - ÜST BƏYANAT YAYDI

Rusiyada taun epidemiyası riski var? - ÜST BƏYANAT YAYDI

Bakıda 10 minə maral başı satılır

Bakıda 10 minə maral başı satılır

“Laylay” klipi ictimaiyyətə təqdim olundu - FOTO/VİDEO

“Laylay” klipi ictimaiyyətə təqdim olundu - FOTO/VİDEO

Neçə qadın pensiya yaşına çatmadan vəfat edib? – STATİSTİKA

Neçə qadın pensiya yaşına çatmadan vəfat edib? – STATİSTİKA

Qubada ağır qəza: 1 ölü, 2 yaralı var - FOTO

Qubada ağır qəza: 1 ölü, 2 yaralı var - FOTO

Cüdoçumuz dünya çempionatının FİNALINDA

Cüdoçumuz dünya çempionatının FİNALINDA

Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ

Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ

İlham Əliyevlə Vladimir Putin arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

İlham Əliyevlə Vladimir Putin arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Sibiqa Azərbaycana təşəkkür etdi – FOTO

Sibiqa Azərbaycana təşəkkür etdi – FOTO

End of content

No more pages to load

RADİO