“Bu, onun ailəsi ilə son danışığı oldu” - FOTO - VİDEO

Azərbaycanda tarixi salnamə yazan qəhrəmanlardan biri də şəhid Rahim Qara oğlu Tağıyevdir. O, 1979-cu ilin nöyabrın 10-da Mingəçevir şəhərində anadan olub.

Bizim.Media xəbər verir ki, Aprel döyüşlərinin qəhrəman şəhidi Rahim Azərbaycan əsgərinin mərdliyinin, Vətənə sədaqətinin parlaq nümunəsidir.

O, uzun illər – düz 18 il şərəflə hərbi xidmət göstərmiş, tank komandiri kimi döyüş meydanında böyük təcrübə və cəsarət nümayiş etdirmişdir. Sağlığında layiq görüldüyü 5 medal onun xidmətlərinin, zəhmətinin və vətənpərvərliyinin təsdiqi idi.

2016-cı il aprelin 2-də gedən ağır döyüşlər zamanı Rahim Tağıyev ön xəttdə, ən təhlükəli istiqamətlərdən birində vuruşurdu.
 

Döyüş zamanı yoldaşlarının tankı minalanmış ərazidə vurulmuşdu. Onlar alov içində texnikanı tərk etmək məcburiyyətində qalmışdılar. Lakin Rahim Tağıyev yoldaşlarını və döyüş texnikasını orada qoymağı qəbul etmədi. O, böyük riskə baxmayaraq öz tankından enərək həmin tankı çıxarmağa cəhd göstərdi. Məhz bu anda düşmən tərəfindən atılan silah nəticəsində ağır yaralandı.


O, 3 ay 6 gün komada qalaraq həyat uğrunda mübarizə apardı. Həkimlərin bütün səylərinə, keçirilən əməliyyatlara baxmayaraq, 2016-cı il iyulun 10-da şəhidlik zirvəsinə ucaldı.

Şəhidimizin həyat yoldaşı Vüsalə Tağıyeva Bizim.Media-ya həmin günləri ürək ağrısı ilə danışdı:

“Müharibədən bir qədər əvvəl Rahim evə gəldi. Həmişəki kimi sakit, təmkinli idi. Yeməyini yedi, əşyalarını götürdü və ailəsinə “ola bilər gec qayıdaram, işdə bir az problemlər var”.

O, hərbiçi olduğu üçün evdə baş verənlərdən, qarşıda duran təhlükədən danışmağı sevməzdi. Amma o gün hamı ilə bir-bir görüşməsi, sanki ürəyində bir hissin olması diqqətdən yayınmadı.

Böyük oğlu ilə görüşəndə isə dediyi sözlər yaddaşlara əbədi həkk olundu: “Anan, bacın sənə əmanətdir. Ola bilər mən qayıda bilmərəm.”

O zaman bu sözlər ailəyə qəribə gəldi. Axı müharibə yox idi… Heç kim bunun son görüş olduğunu düşünmürdü.

Rahim evdən çıxdı və bir neçə gün sonra – aprelin 1-i axşam saatlarında zəng etdi. Ailəsinin halını soruşdu, balaca oğlu ilə danışmaq istədi, lakin o, artıq yatmışdı. Evdə pul qoyduğunu dedi, yenə gec gələcəyini bildirdi. Sonda isə övladlarını bir daha əmanət edib danışığını bitirmədən xətt kəsildi… Bu, onun ailəsi ilə son danışığı oldu".

Vüsalə xanım danışdıqca göz yaşlarına hakim ola bilmirdi.

Özünü toparlayaraq yenidən həmin günü nəql etməyə başladı.

"Səhəri gün artıq xəbər yayıldı – müharibə başlamışdı. Rahimlə birbaşa əlaqə saxlamaq mümkün deyildi. Tanışlardan öyrəndik ki, o, tankla döyüşə yollanıb. Uşaqları götürərək anamgilə getdik. İçimdə qəribə narahatlıq var idi. Evə qayıdıb xəbərləri izlədikdə vurulan bir tank görüntüsü gördüm və sanki içimdə fırtınalar qopdu və bu məni qorxuya saldı.

Rahimdən xəbər almaq üçün tanışlarına yığdım. Onlar onun yaralandığını, lakin vəziyyətinin yaxşı olduğunu desələr də, mən inanmadım. Nəhayət, Rahimin qardaşı ilə birlikdə Tərtərə doğru yola yollandıq…".
 

Vüsalə xanım yaxınları ilə birlikdə Tərtər hospitalına yola düşür və o, şəhidin yatdığı palataya gedən zaman gördüklərindən dəhşətə gəlir. Çünki şəhidin siması tanınmaz halda idi. O, həmin şəxsin həyat yoldaşı olmadığını təkid etsə də palatada yatan 2 yaralı hərbiçilər həmin şəxsin Rahim olduğunu söyləyirlər.


Gəncədə ilkin tibbi yardım göstərildikdən sonra Rahim Tağıyev Bakıya aparıldı. O, 3 ay 6 gün komada qalaraq həyat uğrunda ağır mübarizə apardı.

Bu müddət ərzində ailəsi də onunla birlikdə sanki zamanla yarışırdı – hər gün, hər an bir ümidlə yaşayır, onun gözlərini açacağı günü gözləyirdi.

"Biz bir neçə dəfə onun yanına getdik. Onu o halda görmək çox ağır idi. Gün keçdikcə vəziyyətinin daha da pisləşdiyini hiss edirdik. Ürəyimizdə bir ümid olsa da, bu ümid hər gün bir az da sarsılırdı.

Bir gün həkimə yaxınlaşıb soruşdum: “Sağalacaqmı?” Cavabı isə ürəyimi parçaladı. Həkim bildirdi ki, artıq sağalması mümkün deyil, sadəcə ürəyi işlədiyi üçün aparatlar vasitəsilə yaşadılır. O, Rahimin çox əziyyət çəkdiyini dedi və razılığımı alaraq onu aparatdan ayırmağın daha doğru olacağını məsləhət gördü.

Bu sözləri eşitmək çox ağır idi. Bir tərəfdə həkimin dediyi acı həqiqət, digər tərəfdə isə içimdə sönməyən ümid… Mən razılaşa bilmirdim. Axı o, mənim həyat yoldaşım, övladlarımın atası idi. Mən hələ də onun gözlərini açacağını, bizə qayıdacağını gözləyirdim.

Ümidlə yaşamaq bəzən insanın ən böyük gücü olur. Mən də o ümidlə günləri sayırdım… Amma taleyin yazısı başqa oldu ".

Rahim Tağıyev bütün bu əzablara baxmayaraq, 2016-cı il iyulun 10-da şəhidlik zirvəsinə ucaldı.

Şəhidin bizlərə 3 əmanəti qalıb. Ülkər, Nicat, Nihat.










Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milyonların ölümünə səbəb olan Lenin Nobel Sülh Mükafatına necə namizəd oldu? – TARİXİ SİRLƏR

Milyonların ölümünə səbəb olan Lenin Nobel Sülh Mükafatına necə namizəd oldu? – TARİXİ SİRLƏR

Trampın 4 aylıq avantürası İranın strateji qələbəsi ilə başa çatdı - "19FortyFive"

Trampın 4 aylıq avantürası İranın strateji qələbəsi ilə başa çatdı - "19FortyFive"

Pentaqonun sirləri: Minabdakı məktəbə endirilən zərbənin təhqiqatı məxfiləşdiriləcək

Pentaqonun sirləri: Minabdakı məktəbə endirilən zərbənin təhqiqatı məxfiləşdiriləcək

DÇ-2026: İspaniya və Səudiyyə Ərəbistanının start heyətləri açıqlandı - FOTO

DÇ-2026: İspaniya və Səudiyyə Ərəbistanının start heyətləri açıqlandı - FOTO

Gecələr yata bilməyənlər bunu oxusun

Gecələr yata bilməyənlər bunu oxusun

Tramp: Britaniyanın Baş naziri istefa verəcək

Tramp: Britaniyanın Baş naziri istefa verəcək

ABŞ-ın enerji katibi: Ötən gün Hörmüz boğazından 67 gəmi keçib

ABŞ-ın enerji katibi: Ötən gün Hörmüz boğazından 67 gəmi keçib

İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - VİDEO

İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - VİDEO

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

End of content

No more pages to load

RADİO