İsrail ən iri qaz yatağında hasilatı bərpa etdi

Şərqi Aralıq dənizində yerləşən, İsrailin ən böyük qaz yatağı olan “Leviafan”da qaz hasilatı bərpa olunub.

Bizim.Media İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

“Vəziyyətin qiymətləndirilməsindən və bütün müvafiq amillərin nəzərdən keçirilməsindən sonra bu mərhələdə "Leviafan" platformasında işlərin bərpası qərara alınıb. Daxili bazara təbii qaz tədarükü davam edir və istehsal sisteminə daha bir platformanın inteqrasiyasından sonra artırılacaq,” – İsrail Energetika Nazirliyinin bəyanatında bildirilib.

Qaz yatağında fəaliyyət fevralın 28-də İrana qarşı əməliyyatların başlaması və İrandan gözlənilən raket zərbələri səbəbindən dayandırılmışdı.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb.

Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb.

İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib.

İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb.

Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah Masallının 5 kəndində qaz olmayacaq

Sabah Masallının 5 kəndində qaz olmayacaq

Qara dənizdə 7 saatlıq KƏŞFİYYAT UÇUŞU: İki təyyarə bölgəni izlədi

Qara dənizdə 7 saatlıq KƏŞFİYYAT UÇUŞU: İki təyyarə bölgəni izlədi

Tanınmış futbolçu karyerasını başa vurdu

Tanınmış futbolçu karyerasını başa vurdu

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycanın həmmüəllifi olduğu mühüm qətnamə BMT-də QƏBUL EDİLDİ

Azərbaycanın həmmüəllifi olduğu mühüm qətnamə BMT-də QƏBUL EDİLDİ

Tom Kruz rusca danışdı və Moskvanı heyranlıqla xatırladı – VİDEO

Tom Kruz rusca danışdı və Moskvanı heyranlıqla xatırladı – VİDEO

Papikyan: “Ermənistana keçən azərbaycanlı əsgər diversant deyil"

Papikyan: “Ermənistana keçən azərbaycanlı əsgər diversant deyil"

2026-cı ilin ən yaxşı krossoveri bəlli oldu: Yenə yapon modeli

2026-cı ilin ən yaxşı krossoveri bəlli oldu: Yenə yapon modeli

Metro ilə bağlı ŞAD XƏBƏR – Təmir işləri bu tarixdə başa çatacaq

Metro ilə bağlı ŞAD XƏBƏR – Təmir işləri bu tarixdə başa çatacaq

Zendayanın Makronun arvadı ilə salamlaşma tərzi müzakirələrə səbəb oldu– VİDEO

Zendayanın Makronun arvadı ilə salamlaşma tərzi müzakirələrə səbəb oldu– VİDEO

Türkiyəli məşqçi Azərbaycandan deportasiya olunub? - DETALLAR

Türkiyəli məşqçi Azərbaycandan deportasiya olunub? - DETALLAR

Naxçıvanda pensiya ödənişi başa çatdırıldı

Naxçıvanda pensiya ödənişi başa çatdırıldı

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında – FOTO

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında – FOTO

ABŞ tarixində görünməmiş hadisə: Uğursuz edamdan sonra sağ qalmış qadın məhbus danışmağa başladı

ABŞ tarixində görünməmiş hadisə: Uğursuz edamdan sonra sağ qalmış qadın məhbus danışmağa başladı

Futbol üzrə Azərbaycan Kubokunda iki oyun keçirildi - NƏTİCƏLƏR

Futbol üzrə Azərbaycan Kubokunda iki oyun keçirildi - NƏTİCƏLƏR

Sərhədləri aşan TƏHLÜKƏ – Türkiyədəki təriqətlərin Azərbaycan üçün hansı riskləri var?

Sərhədləri aşan TƏHLÜKƏ – Türkiyədəki təriqətlərin Azərbaycan üçün hansı riskləri var?

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Daşıma imkanları genişləndirilir

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Daşıma imkanları genişləndirilir

Gədəbəydə 84 yaşlı kişi güllələndi

Gədəbəydə 84 yaşlı kişi güllələndi

Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib – FOTO

Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib – FOTO

Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş... – FOTOFAKT

Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş... – FOTOFAKT

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı FƏRMAN

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı FƏRMAN

Həkimlərin icbari tibbi sığorta ilə bağlı şikayətlərinə TƏBİB-dən CAVAB

Həkimlərin icbari tibbi sığorta ilə bağlı şikayətlərinə TƏBİB-dən CAVAB

Qubadakı ağır qəzada xəsarət alan şəxsin SON DURUMU

Qubadakı ağır qəzada xəsarət alan şəxsin SON DURUMU

Qaradağda qəzada ölənlərin sayı 4-ə çatdı

Qaradağda qəzada ölənlərin sayı 4-ə çatdı

End of content

No more pages to load

RADİO