Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, leysan...

Azərbaycanda aprel ayının birinci ongünlüyündə hava şəraiti dəyişkən, fasilələrlə yağıntılı keçəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü gündüzdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı şərq rayonlarında güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusən də Quba-Qusar bölgəsinin çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Aprelin 4-7-də gözlənilən yağıntılı hava şəraitindən sonra 7-si gündüz və 8-də yağıntıda qısa fasilə yaransa da, 9-u gündüzdən yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq.

Bundan əlavə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə aprelin 4-ü gündüzdən 6-dək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Goranboy, Naftalan, Tovuz, Füzuli, Zəngilan, Cəbrayıl, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Xızı, Hacıqabul, Salyan, Neftçala, Şirvan, Yevlax, Mingəçevir, Ağdam, Tərtər, Bərdə, Cəlilabad, Yardımlı, Masallı, Lerik, Astara, Lənkəran, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Qubada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Qazax, Ağstafada isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə pensiya yaşı 70-ə QALDIRILIR

Bu ölkədə pensiya yaşı 70-ə QALDIRILIR

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları ARADAN QALDIRILIR - VİDEO

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları ARADAN QALDIRILIR - VİDEO

Mirzoyandan TRIPP-lə bağlı iddialara REAKSİYA - VİDEO

Mirzoyandan TRIPP-lə bağlı iddialara REAKSİYA - VİDEO

66 yaşlı piyadanın ölümündə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi

66 yaşlı piyadanın ölümündə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi

Bunlar oyuncaq hesab edilməyəcək – YENİ QAYDALAR

Bunlar oyuncaq hesab edilməyəcək – YENİ QAYDALAR

Türkiyədə paraplanla uçuş zamanı həlak olan rusiyalı turist idmançı olub

Türkiyədə paraplanla uçuş zamanı həlak olan rusiyalı turist idmançı olub

Zelim Tçkayev dünya ikincisi oldu

Zelim Tçkayev dünya ikincisi oldu

Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək

Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək

"Piano Hall"da nöqsanlar aşkarlandı - FOTO

"Piano Hall"da nöqsanlar aşkarlandı - FOTO

Türkiyədən Azərbaycanla bağlı QƏTİ MESAJ: “Heç kim aramıza girə bilməz”- VİDEO

Türkiyədən Azərbaycanla bağlı QƏTİ MESAJ: “Heç kim aramıza girə bilməz”- VİDEO

Dünya çempionatı: Daha bir cüdoçumuz bürünc medal qazandı

Dünya çempionatı: Daha bir cüdoçumuz bürünc medal qazandı

Kosmetoloji xidmət göstərmək üçün neçə müəssisəyə lisenziya verilib? - RƏSMİ AÇIQLAMA

Kosmetoloji xidmət göstərmək üçün neçə müəssisəyə lisenziya verilib? - RƏSMİ AÇIQLAMA

Türkiyədə faciə: Rusiyalı turist həlak oldu

Türkiyədə faciə: Rusiyalı turist həlak oldu

Qaradağda 4 nəfərin öldüyü qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Qaradağda 4 nəfərin öldüyü qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Aİ-dən Rusiyaya yeni SANKSİYA PAKETİ: 743 şəxs və 826 şirkət “qara siyahı”ya salındı

Aİ-dən Rusiyaya yeni SANKSİYA PAKETİ: 743 şəxs və 826 şirkət “qara siyahı”ya salındı

Sabah Masallının 5 kəndində qaz olmayacaq

Sabah Masallının 5 kəndində qaz olmayacaq

Qara dənizdə 7 saatlıq KƏŞFİYYAT UÇUŞU: İki təyyarə bölgəni izlədi

Qara dənizdə 7 saatlıq KƏŞFİYYAT UÇUŞU: İki təyyarə bölgəni izlədi

Tanınmış futbolçu karyerasını başa vurdu

Tanınmış futbolçu karyerasını başa vurdu

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycanın həmmüəllifi olduğu mühüm qətnamə BMT-də QƏBUL EDİLDİ

Azərbaycanın həmmüəllifi olduğu mühüm qətnamə BMT-də QƏBUL EDİLDİ

Tom Kruz rusca danışdı və Moskvanı heyranlıqla xatırladı – VİDEO

Tom Kruz rusca danışdı və Moskvanı heyranlıqla xatırladı – VİDEO

Papikyan: “Ermənistana keçən azərbaycanlı əsgər diversant deyil"

Papikyan: “Ermənistana keçən azərbaycanlı əsgər diversant deyil"

2026-cı ilin ən yaxşı krossoveri bəlli oldu: Yenə yapon modeli

2026-cı ilin ən yaxşı krossoveri bəlli oldu: Yenə yapon modeli

Metro ilə bağlı ŞAD XƏBƏR – Təmir işləri bu tarixdə başa çatacaq

Metro ilə bağlı ŞAD XƏBƏR – Təmir işləri bu tarixdə başa çatacaq

End of content

No more pages to load

RADİO