Atmosferin keyfiyyətini ölçən stansiya quraşdırıldı - FOTO

“Azərbaycanda atmosfer havasının keyfiyyətini ölçmək üçün müasir avtomat stansiyalar quraşdırılıb”.

Bizim.Media xəbər verir ki, bunu ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının Hava Keyfiyyəti Təlimatlarında göstərilir ki, dünyada əhalinin 95%-dən çoxu bu sahəyə aid Avropa standartlarına cavab verməyən şəhərlərdə yaşayırlar. Ölkədə olan vəziyyəti səciyyəndirəndə, nəzərə alınmalıdır ki, ümumi mənzərə çox fərqli olacaq. Və dünyanın iri şəhərlərinə xas olan tendensiyalar, təbii ki, bizdə də müşahidə olunur.

“Belə ki, Bakı, Sumqayıt, Gəncə kimi iri sənaye  şəhərlərində atmosfer havası, digər aqrar bölgələrlə müqayisədə, çirklənməyə daha çox məruz qalır.  İri şəhərlərdə atmosfer havasını çirkləndirən mənbələr əsasən  sənaye müəssisələri və nəqliyyat vasitələridir.  Lakin, müəssisələrin az tullantılı texnologiyalarla təmin olunması, həmçinin nəqliyyatda "smart" yanaşmaların tətbiqi ilə atmosfer havasına olan təsirləri azaltmaq mümkündür”.

U. Tağıyeva bildirib ki, əgər 1990-cı ildə ölkəmiz üzrə sənaye müəssisələrindən atmosferə  buraxılan tullantının miqdarı 2108 min ton olmuşdursa, bu göstərici 2019-çu ildə 177 min ton təşkil edib. Azərbaycan sürətlə inkişaf edən ölkədir. Lakin bu inkişafı, Azərbaycanda ekoloji tarazlığı təmin etmək üçün qəbul olunan  dövlət proqramlarının və uğurlu ekoloji layihələrin həyata keçirilməsi hesabına, “yaşıl”, təbiətə dost inkişaf kimi qiymətləndirmək olar.

“Təkcə son il ərzində Abşeron yarımadasında milyonlarla ağac əkilib. Bildiyiniz kimi yaşıllıqların karbon qazının udulmasında rolu əvəzsizdir. Belə iri miqyaslı layihələr umümi ekoloji vəziyyətin sağlamlaşdırılmasına xidmət edir”.

Xidmət rəisi həmçinin bildirib ki, iri şəhərlərin atmosfer havasına əhəmiyyətli dərəcədə  təsir göstərən sahə nəqliyyat sektorudur. Statistik rəqəmlər bir daha bunu təsdiqləyir.

Nəqliyyatdan buraxılan tullantıların miqdarı  1990-cı illə müqayisədə 207 min ton artımla (2019-cu ildə 945 min ton) qeydə alınıb ki, bu da nəqliyyat vasitələrinin sayının bir neçə dəfə artması ilə izah edilir. Nəticə etibarı ilə ölkəmizdə 1990-cı ilə qədərki dövrdən fərqli olaraq, atmosfer havasına tullantıların buraxılmasında nəqliyyatın payı sənaye müəssisələrinin payını üstələmiş olub.

“Şübhəsiz ki, təhlillər bu sektorda ciddi addımların atılmasını zəruri edir. Bakı Nəqliyyat Agentliyinin son dövrlərdə Bakını smart şəhər konsepsiyasına töhfə verən bəzi yeniliklərini qeyd etmək yerinə düşər. Belə ki, sərnişin avtobuslarına dair norma və standartlar müəyyən edilən zaman ekoloji məqamlar da nəzərə alınıb. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən tələblərdə qeyd olunduğu kimi 2022-ci ildən yalnız sıxılmış təbii qaz və elektirik mühərrikli avtobuslar istismara qəbul olunacaq.

Dizel mühərrikli avtobuslar isə tədricən istismardan çıxarılacaq. Buna müvafiq olaraq ötən müddətdə dövlət başçısının birbaşa tapşırığına əsasən paytaxta Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən sıxılmış təbii qaz (CNG) mühərrikli ümumilikdə 603 ədəd müasir avtobus gətirilib. Qeyd olunan avtobusların əsas xüsusiyyəti CNG mühərriki sayəsində ətraf mühitə minimum təsir göstərməsidir”.

U. Tağıyeva bildirib ki, atmosfer havasının vəziyyəti insan sağlamlığına təsir göstərən amildir. Bunu nəzərə alaraq, nazirlik havanın keyfiyyəti ilə bağlı məlumatlara əlçatanlığın təmin edilməsini qarşıya bir məqsəd kimi qoyub: 

“Ölkədə mövcud olan hava keyfiyyətinin monitorinq şəbəkəsi bir çox amillər baxımından müasir standartlara, beynəlxalq meyarlara cavab vermirdi. Ölçülən çirkləndiricilərin seçimi ictimai səhiyyənin tələblərinə uyğun deyildi, monitorinq ləng və zəhmət tələb edən mexaniki analizlərə əsaslanırdı. Buna görə də hava keyfiyyətinə dair cari monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb.

Ölkəmizdə həyata keçirilən "Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycana Milli Ekoloji Monitorinq Sisteminin (MEMS) təkmilləşdirilməsi" layihəsi çərçivəsində monitorinq şəbəkəsi üçün modernizasiya planı hazırlanıb. Layihənin həyata keçirilməsi nəticəsində real vaxt rejimində çalışan avtomatik analizatorlardan daxil olan məlumatlar  mərkəzi məlumat bazasında toplanılacaq”.

Avropa təcrübəsinə uyğun olaraq bu məlumatlara əhalinin onlayn rejimdə çıxışı təmin olunacaq, hər bir insan ETSN-nin saytında bu məlumatlarla tanış ola biləcək.

Nazirlik rəsmisi bildirib ki, modernizasiya planının birinci mərhələsinə əsasən Dövlət İnvestisiya Layihəsi hesabına beş avtomatik rejimdə çalışan stansiya və bir ədəd mobil laboratoriya alınaraq Bakı şəhərində 3, Sumqayıt və Gəncədə 1 avtomatik stansiya quraşdırılıb. Stansiyalar dünyada ətraf mühit üzrə analizator istehsalına görə öndə gedən “Thermo” (ABŞ) şirkətinin cihaz və avandanlıqları ilə komplektləşdirilib:

“Eyni zamanda, stasionar müşahidə məntəqələri ilə əhatə edilməmiş ərazilərdə hava keyfiyyətinin operativ şəkildə monitorinqinin həyata keçirilməsi üçün dövlət investisiya layihəsi çərçivəsində bir ədəd Mobil Laboratoriya alınıb. Mobil laboratoriya beynəlxalq standartlara uyğun müasir cihaz və avadanlıqlarla təchiz olunub. Bu laboratoriya  ərazidə havanın keyfiyyət göstəriciləri üzrə analitik araşdırma aparmaqla vəziyyətin yerində qiymətləndirilməsini təmin edəcək. Dövlət investisiya layihələri çərçivəsində 2025-ci ilə qədər 25 ədəd bu cür avtomatik stansiyanın alınması və ölkə ərazisində monitorinq məntəqələrinin qurulması planlaşdırılıb”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTO

Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTO

Əməkdar artist futbol azarkeşi imiş

Əməkdar artist futbol azarkeşi imiş

Trampdan sonra kim prezident olacaq? - ADLAR

Trampdan sonra kim prezident olacaq? - ADLAR

Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

İranda yanvar etirazlarının iştirakçısı EDAM EDİLİB

İranda yanvar etirazlarının iştirakçısı EDAM EDİLİB

Əraqçi İranın etibar etdiyi ölkəni AÇIQLAYIB

Əraqçi İranın etibar etdiyi ölkəni AÇIQLAYIB

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

"Heç bir estetik əməliyyatım yoxdur"

"Heç bir estetik əməliyyatım yoxdur"

“Qalatasaray” Rumıniya millisinin üzvü ilə maraqlanır

“Qalatasaray” Rumıniya millisinin üzvü ilə maraqlanır

Şəfiqə Məmmədovanı Rasim Balayev özü seçmişdi - Tənqidlərə CAVAB

Şəfiqə Məmmədovanı Rasim Balayev özü seçmişdi - Tənqidlərə CAVAB

Zelenskinin Azərbaycandan səsləndirdiyi təklifə Rusiyadan CAVAB: Ola bilər...

Zelenskinin Azərbaycandan səsləndirdiyi təklifə Rusiyadan CAVAB: Ola bilər...

İtkin düşən 13 nəfər tapılıb...

İtkin düşən 13 nəfər tapılıb...

Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu - FOTO/VİDEO

Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu - FOTO/VİDEO

Əraqçi İranın ŞƏRTLƏRİNİ Pakistan tərəfinə ÇATDIRDI

Əraqçi İranın ŞƏRTLƏRİNİ Pakistan tərəfinə ÇATDIRDI

Göygöldə HADİSƏ: Qadın hamam otağında boğuldu

Göygöldə HADİSƏ: Qadın hamam otağında boğuldu

ADY sədrinin iştirakı ilə Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalanıb - FOTO

ADY sədrinin iştirakı ilə Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalanıb - FOTO

“Sabah” finala yüksəldi

“Sabah” finala yüksəldi

Azərbaycanlı aparıcı xanımı və qızı ilə - VİDEO

Azərbaycanlı aparıcı xanımı və qızı ilə - VİDEO

Yasamalda QƏZA: Avtomobil ana və qızını vurdu - VİDEO

Yasamalda QƏZA: Avtomobil ana və qızını vurdu - VİDEO

Əli Laricaninin dəhşətli ölümü: "Başı, bədəni yox idi, yalnız bir əli qalmışdı"

Əli Laricaninin dəhşətli ölümü: "Başı, bədəni yox idi, yalnız bir əli qalmışdı"

İran Bakıya uçuşlar həyata keçirməyi planlaşdırır

İran Bakıya uçuşlar həyata keçirməyi planlaşdırır

Nyu-York merinə AÇIQ MƏKTUB: “Ola bilsin sizi yanlış məlumatlandırıblar”

Nyu-York merinə AÇIQ MƏKTUB: “Ola bilsin sizi yanlış məlumatlandırıblar”

Pezeşkian İran vətəndaşlarına: "Elektrik enerjisindən istifadəni azaldın"

Pezeşkian İran vətəndaşlarına: "Elektrik enerjisindən istifadəni azaldın"

İran ordusu ABŞ-a XƏBƏDARLIQ ETDİ: Güclü cavab verəcəyik...

İran ordusu ABŞ-a XƏBƏDARLIQ ETDİ: Güclü cavab verəcəyik...

End of content

No more pages to load

RADİO