Tovuz rayonunda ötən ilin noyabrın 19-da itkin düşən və bu ilin yanvarın 6-da yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun həbsdə qalma müddəti uzadılıb.
Bizim.Media-nınməlumatına görə, İlkin Süleymanovun hələ bir müddət də həbsdə qalması üçün məhkəməyə təqdimat verilib.
Prokurorluğun təqdimatına Nəsimi rayon məhkəməsinin hakimi Solmaz Mustafayeva baxaraq təmin edib.
Qərara əsasən İ.Süleymanov daha bir ay 13 gün həbsdə saxlanılacaq.
Bizim.Media