Məhsul QIT, gözlənti ÇOX – Zaqatalanın fındıq bağlarından REPORTAJ/FOTO

Zaqatala rayonunda əhalinin əsas gəlir mənbəyindən biri olan findıqçılıq sahəsi ilbəil genişləndirilir. Ötən il rayonun məhsul verən bağlarında 25 min ton qabıqlı findıq istehsal olunub. Bu il isə istehsalın nə qədər olacağı bəlli deyil.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hələ yaz-yay aylarında, məhsulun tozlanma dövründə havaların qeyri-sabit keçməsindən bəlli olub ki, fındıq bağlarında məhsul yetərincə olmayacaq.

Avqustun ortalarından başlayaraq Zaqatalanın əksər fındıq bağlarında bir canlanma hiss olunur. Belə ki, fındıq bağlarında məhsulun yığımı ərəfəsində təmizlik işlərinə başlanılır.

Xüsusi qeyd...

Zaqatala rayonunun aqrar sektorunda gərzəkli məhsullar o cümlədən fındıq xüsusi çəkiyə malikdir. Bildiyimiz kimi Zaqatalada istehsal olunan fındıq məmulatları dünya bazarlarında da bir brend kimi qəbul olunur. Artıq növbəti məhsulun yığımına başlanılıb. Bu günlərdə əksər fındıq bağlarında insanların çalışdığını, hazırlıqların görülməyə başlandığını müşahidə edə bilərik.


Sakinlərin sözlərinə görə bu il məhsul ötən ilə nisbətən xeyli zəifdir.


Rayonun Zilban kəndində yaşayan Kaştayevlər ailə gəlirlərini kənd təsərrüfatı məhsullarını əkib-becərməklə təmin edir. Ailə başçısı Nəbi Kaştayevin sözlərinə görə fındıq bağını suvarmaq məqsədi ilə 2 min metr məsafədən, çaydan su xətti çəkib, lazımı aqrotexniki qulluq göstərib.

Keçən il yeni saldığı fındıq bağından 400 kq məhsul götürsə də, bu il ondan qat-qat zəifdi, 200 kq ola ya olmaya... Onun da 70 faizi boşdur.


Ailənin xanımı Maliza Kaştayeva isə qeyd edib ki, onların təsərrüfatı sudan demək olar əziyyət çəkməyib. Lakin iki ay davam edən quraqlıq bütün hallarda məhsulun yetişməsinə ciddi təsir göstərib. Fındığın əksəri ya keyfiyyətsiz, ya da bar verməyib. 

Eyni vəziyyətlə rayonun Car kənd sakinləri də qarşılaşıb. Burada da əksər təsərrüfatlarda bu il məhsul zəif bar verib, ya da sındıranda xarab olduğu bəlli olur.

Kənd sakini Səfər Gözəlov da məhsulun zəif olmasının səbəbini tozlanma dövründə havanın soyuq keçməsi, tozlanmanın düzgün getməməsi, sonradan isə istilərin məhsulu yandırıb tökməsi ilə izah edib:


“Keçən il bir ağacdan 8-10 kq fındıq yığmışıq. Bu il heç 3 kq belə fındıq yoxdur”, -deyə o, bildirib.  

Bəs mütəxəssislər rayonun aqrar sektorunda mühüm çəkiyə malik fındığın zəif bar verməsini, məhsuldarlığın aşağı düşməsini hansı amilərlə izah edir? 

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitunun aparıcı elmi işçisi Nərgiz Abdullayeva bildirir ki,  bu il əksər fındıq bağlarında onlişeh və mozaika xəstəliklərinin yayılması müşahidə edilir:


“Bu da nədən irəli gəlir. Bilirik ki, bölgəmiz olduqca rütubətlidir. Yağıntının miqdarı il ərzində 1200 mmdən artıq düşür. Ona görə müəyyən xəstəliklərin yaranmasına münbit şərait yaranır”.

Bəs problemin qarşısını necə almaq olar?

Mütəxəssis bildirir ki, bunun üçün aqrotexniki xidmətləri yüksək səviyyədə aparmaq vacibdir:


“İlk növbədə yaşıl budanma aparılmalıdır. Amma təəssüf ki, əksər fermerlər bunu etmir və xəstəliklərin ilkin simtopları buradan başlayır. Əkin sxeminə uyğun gövdələri saxlasalar, həmin yerdə havanın sirkulyasiyası, tozlanmanın düzgün getməsi məhsulun keyfiyyətinin qarantı ola bilər. Amma çox müşahidə etmişik ki, yaşıl budama heç vaxt aparılmır. İyun ayının 10-dan 15-i arasında yaşıl budama aparılmalıdır”.

Məlumat üçün bildirək ki, hazırda Zaqatalada 20 min 190 hektar fındıq bağları var. Bunun 17 min hektara yaxını bar verən sahələrdir. Keçən il rayonda 25 min ton qabıqlı məhsul istehsal edilib. Bu il isə hələlik bu haqda danışmaq tez olar. Gözləyək görək çəkilən böyük və ağır zəhmətin nəticəsi necə olacaq.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İradə İbrahimovaya AĞIR İTKİ

İradə İbrahimovaya AĞIR İTKİ

Kibertəhlükəsizliyin qorunması ilə bağlı YENİ MEXANİZM – Qanun dəyişir

Kibertəhlükəsizliyin qorunması ilə bağlı YENİ MEXANİZM – Qanun dəyişir

Pensiyalar nə vaxt veriləcək?

Pensiyalar nə vaxt veriləcək?

Deputat: “Dövlət qulluqçuları işlərini asanlaşdırmaq üçün "Chatgpt"dən istifadə edirlər”

Deputat: “Dövlət qulluqçuları işlərini asanlaşdırmaq üçün "Chatgpt"dən istifadə edirlər”

Türkiyədə ağır qəza: Avtobus aşdı – 1 ölü, 40 yaralı var – VİDEO

Türkiyədə ağır qəza: Avtobus aşdı – 1 ölü, 40 yaralı var – VİDEO

Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

Azərbaycanda yeni CƏRİMƏLƏR müəyyənləşir - 7000 manata qədər

Azərbaycanda yeni CƏRİMƏLƏR müəyyənləşir - 7000 manata qədər

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Ucuz biletlər satışa çıxarıldı – FOTO

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Ucuz biletlər satışa çıxarıldı – FOTO

Bakıda dairəyə düzgün daxil olmayan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO

Bakıda dairəyə düzgün daxil olmayan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO

Deputatdan vətəndaşların “yastıq altında” saxladığı pullarla bağlı AÇIQLAMA

Deputatdan vətəndaşların “yastıq altında” saxladığı pullarla bağlı AÇIQLAMA

Vergi güzəştləri ilə bağlı YENİLİK

Vergi güzəştləri ilə bağlı YENİLİK

İşçilər çalışdıqları şirkətdə pay sahibi OLA BİLƏCƏKLƏR

İşçilər çalışdıqları şirkətdə pay sahibi OLA BİLƏCƏKLƏR

Süni intellekt sahəsində çalışanlar üçün sosial sığorta haqları BƏLLİ OLDU – CƏDVƏL

Süni intellekt sahəsində çalışanlar üçün sosial sığorta haqları BƏLLİ OLDU – CƏDVƏL

Şirkət sahibləri arasında münasibətlər yeni qaydada TƏNZİMLƏNƏCƏK

Şirkət sahibləri arasında münasibətlər yeni qaydada TƏNZİMLƏNƏCƏK

İlkin Misgərlinin autizmli uşağı parodiya etməsi ilə bağlı AÇIQLAMA – “Anlaşılmazlıq olub...” – ÖZƏL – VİDEO

İlkin Misgərlinin autizmli uşağı parodiya etməsi ilə bağlı AÇIQLAMA – “Anlaşılmazlıq olub...” – ÖZƏL – VİDEO

Bakıda marketdən 5 min manatlıq oğurluq edildi – FOTO -VİDEO

Bakıda marketdən 5 min manatlıq oğurluq edildi – FOTO -VİDEO

Bred Pitt yeni sevgilisi ilə münasibətlərini rəsmiləşdirdi – FOTO

Bred Pitt yeni sevgilisi ilə münasibətlərini rəsmiləşdirdi – FOTO

Təzyiqi düşən 34 yaşlı qadın HƏYATINI İTİRDİ

Təzyiqi düşən 34 yaşlı qadın HƏYATINI İTİRDİ

Məşhur ukraynalı biznesmenə qarşı sui-qəsd hazırlayan qadının meyiti tapıldı – FOTO

Məşhur ukraynalı biznesmenə qarşı sui-qəsd hazırlayan qadının meyiti tapıldı – FOTO

Dünya Çempionatında siyasi trolluq: Belçika millisi Trampın rəqsini yamsıladı – VİDEO

Dünya Çempionatında siyasi trolluq: Belçika millisi Trampın rəqsini yamsıladı – VİDEO

Madonna FİFA rəhbərliyini çətin vəziyyətdə qoydu - ASTRONOMİK BÜDCƏ

Madonna FİFA rəhbərliyini çətin vəziyyətdə qoydu - ASTRONOMİK BÜDCƏ

Nyu-York küçələri su altında – VİDEO

Nyu-York küçələri su altında – VİDEO

İraqda korrupsiya qalmaqalı: Eks-nazir müavininin evindən milyonlarla dollar və qızıl çıxdı

İraqda korrupsiya qalmaqalı: Eks-nazir müavininin evindən milyonlarla dollar və qızıl çıxdı

“Qarabağ”dan gedən futbolçuların sayı 9-a çatdı – ADLAR

“Qarabağ”dan gedən futbolçuların sayı 9-a çatdı – ADLAR

End of content

No more pages to load

RADİO