“Bu gün vətəndaşlarımız, dövlət qulluqçularımız, sahibkarlarımız gündəlik işlərini asanlaşdırmaq üçün "Chatgpt" kimi proqramlardan istifadə edirlər”.
Bizim.Media xəbər verir ki, bunu deputat Kamal Cəfərov Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.
"Burada mühüm bir nüans var. Süni intellektlə paylaşdığınız şəxsi və həssas məlumatlar sizin əleyhinizə istifadə oluna bilər. Çünki süni intellekt sizin sirdaşınız yox, böyük məlumat toplayıcısıdır. Bunun səbəbi texnologiyanın öz təbiətindədir. "Chatgbt" -nin rəsmi məxfilik siyasətində açıq şəkildə qeyd olunur ki, istifadəçilərin sistemə daxil etdiyi məlumatlar alqoritm və modellərin təkmilləşdirilməsi üçün istifadə edilə bilər" - deyə deputat vurğulayıb.
Günay Şahmar, Bizim.Media