Azərbaycanda yeni CƏRİMƏLƏR müəyyənləşir - 7000 manata qədər

“Kraudfandinq haqqında” yeni qanun layihəsi hazırlanıb.

Bizim.Media xəbər verir ki, qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi Azərbaycanda səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyəcək.

Qanunun məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir.
 

Layihəyə əsasən, kraudfandinq platformalarını idarə edən operatorlar Mərkəzi Bankın reyestrinə daxil edilməli olacaq. Müraciətlərə 90 gün ərzində baxılacaq, sənədlərdə çatışmazlıq olduqda isə onların aradan qaldırılması tələb ediləcək. Platformaların texniki təhlükəsizlik standartlarına uyğunluğu da yoxlanılacaq.


Operatorun nizamnamə kapitalı və məcmu kapitalı Mərkəzi Bankın müəyyən etdiyi minimum miqdardan az olmamalıdır. Nizamnamə kapitalının formalaşdırılması və məcmu kapitalın hesablanması qaydası, habelə strukturu və tərkibi Mərkəzi Bank tərəfindən  müəyyən ediləcək.

Operatorun adında “kraudfandinq platformasının operatoru” sözləri olmalıdır. Operatorun adında “dövlət”, “milli”, “mərkəzi”, “hökumət”, “zəmanətli” və ya “sığortalı” sözlərindən istifadə edilməsinə yol verilməyəcək. Operatorun adı cəlb edilən pul vəsaitlərinin təminatlı  olması, habelə investorların məruz qala biləcəyi risklər haqqında yanlış təəssürat yarada biləcək digər sözləri özündə əks etdirməməlidir.

Yeni qaydalara görə operatorlar platformada fəaliyyətləri, maliyyə göstəriciləri, xidmət haqları, layihələr və mümkün risklər barədə investorları tam məlumatlandırmalı olacaq.

Maraqlar münaqişəsinin qarşısının alınması üçün operatorların və onlarla əlaqəli şəxslərin öz platformalarında yerləşdirilən layihələrə sahib olması məhdudlaşdırılacaq. Qanun layihəsi investorların qorunmasına da xüsusi diqqət ayırır. İnvestorların vəsaitlərinin ayrıca uçotu aparılacaq, müəyyən hallarda isə toplanmış pulların geri qaytarılması təmin ediləcək. Layihə sahibləri təqdim etdikləri məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyacaq. Yeni sistem çərçivəsində səhm və borc əsaslı kraudfandinq mexanizmləri tətbiq ediləcək. Şirkətlər platformalar vasitəsilə səhm və istiqraz buraxaraq maliyyə cəlb edə biləcəklər.

İnvestisiyalar üçün limitlər və kampaniyaların keçirilməsi qaydaları Mərkəzi Bank tərəfindən müəyyən ediləcək. Mərkəzi Bank kraudfandinq bazarına nəzarət edən əsas qurum olacaq. Qanun pozuntuları aşkarlandıqda platformaların fəaliyyəti dayandırıla, operatorlar reyestrdən çıxarıla bilər.

Qanun dərc edildikdən 6 ay sonra qüvvəyə minəcək.

Məlumat üçün qeyd edək ki, kraudfandinq (ingiliscə crowdfunding) — bir layihə, biznes, məhsul və ya sosial təşəbbüs üçün çox sayda insanın kiçik məbləğlərlə maliyyə dəstəyi göstərməsi üsuludur. 

Burada layihə müəllifi bankdan və ya böyük investordan pul almaq əvəzinə, layihə sahibi internet platformaları vasitəsilə minlərlə insandan vəsait toplayır.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul olunub. Bundan əlavə, kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir.

Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, kraudfandinq platformasının operatoru tərəfindən açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manatadək cərimə ediləcəklər.
 

Kraudfandinq platformasının operatoru tərəfindən fəaliyyətinə dair hesabatların Mərkəzi Banka təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə olunacaqlar.


Kraudfandinq platformasının operatoru tərəfindən platformanın idarə edilməsi ilə əlaqədar saxlanılmalı məlumatların və sənədlərin saxlanılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüquqi şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcəklər.

Sənədə əsasən, kraudfandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə - vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 7 000 manatadək məbləğdə cərimə olunurlar.

Kraudfandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən kraudfandinq kampaniyasının keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcəklər.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib

Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib

Prezident: “BMT bu qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb” – VİDEO

Prezident: “BMT bu qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb” – VİDEO

Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlandı - FOTO

Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlandı - FOTO

İlham Əliyev:"Cənubi Qafqaz sülh zonasına çevrilir"

İlham Əliyev:"Cənubi Qafqaz sülh zonasına çevrilir"

İlham Əliyev: “Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir”

İlham Əliyev: “Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir”

Leninqrad vilayətində məktəb və uşaq bağçalarına mina yerləşdirilib?

Leninqrad vilayətində məktəb və uşaq bağçalarına mina yerləşdirilib?

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə - FOTO

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə - FOTO

İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu

İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu

Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər

Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər

ABŞ və Şimali Koreya arasında sammit keçiriləcək?

ABŞ və Şimali Koreya arasında sammit keçiriləcək?

Nurlan Valehoğlu yeni vəzifəyə təyin edildi – FOTO

Nurlan Valehoğlu yeni vəzifəyə təyin edildi – FOTO

İspaniya və Yunanıstan qarşısında tələb: Ukraynaya "Patriot" raketləri verilməlidir

İspaniya və Yunanıstan qarşısında tələb: Ukraynaya "Patriot" raketləri verilməlidir

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb

Prezidentin Bişkekdə keçirdiyi görüşlərin VİDEO İCMALI

Prezidentin Bişkekdə keçirdiyi görüşlərin VİDEO İCMALI

Ceyhun Bayramov Bişkekdə Pakistan XİN rəhbəri ilə görüşdü – FOTO

Ceyhun Bayramov Bişkekdə Pakistan XİN rəhbəri ilə görüşdü – FOTO

Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin

Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi BAŞLAYIR

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi BAŞLAYIR

Dələduzluğa görə tutulan mayora hökm oxundu

Dələduzluğa görə tutulan mayora hökm oxundu

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürdü

Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürdü

Su ilə bağlı yeni ödənişlərin MƏBLƏĞİ AÇIQLANDI - RƏSMİ

Su ilə bağlı yeni ödənişlərin MƏBLƏĞİ AÇIQLANDI - RƏSMİ

Qayıdışın ritmi – “Yallı” ilə köklənən Kəlbəcər – FOTO/VİDEO

Qayıdışın ritmi – “Yallı” ilə köklənən Kəlbəcər – FOTO/VİDEO

Qusarın Heydər Əliyev zirvəsinə mövsümün ilk qarı yağıb

Qusarın Heydər Əliyev zirvəsinə mövsümün ilk qarı yağıb

Azərbaycanda balıq ovu mövsümü açıq ELAN EDİLDİ

Azərbaycanda balıq ovu mövsümü açıq ELAN EDİLDİ

End of content

No more pages to load

RADİO