Deputatdan vətəndaşların “yastıq altında” saxladığı pullarla bağlı AÇIQLAMA

“Azərbaycan reallığında vətəndaşımızın yeni maliyyə alətlərinə qarşı təbii və haqlı bir ehtiyatı var. İnsanlarımız acı təcrübələrdən, müxtəlif maliyyə piramidalarından, internet üzərindən qurulan saxta layihələrdən ehtiyat edirlər”.

Bizim.Media xəbər verir ki, bunu deputat Müşfiq Cəfərov Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Kraudfandinq haqqında" qanun layihəsinin müzakirəai zamanı deyib.

Deputat qeyd edib ki, bu qanunun işlək olması üçün biz "Bu layihə innovativdir" şüarından keçib, vətəndaşa "Sizin pulunuz necə qorunur?" sualının konkret cavabını verməliyik:

“Dünyada kraudfandinqi populyar edən onun rəqəmsallığı deyil, dövlətlərin qurduğu sarsılmaz təhlükəsizlik divarlarıdır. Bizim qanun layihəsində məhz etibar mexanizmlərinin fundamenti qoyulub. Bu sistemin Azərbaycanda real işləməsi üçün 3 əsas sütunumuz var:

Birincisi, Ciddi Dövlət Filtri: Hər yoldan ötən kraudfandinq platforması aça bilməyəcək. Mərkəzi Bank bu operatorları ciddi reyestr nəzarətində saxlayacaq, onların təsisçilərinin və benefisiar mülkiyyətçilərinin qüsursuz işgüzar nüfuzunu yoxlayacaq.

İkincisi, “Dondurulmuş hesablar" sistemi: Vətəndaşın layihəyə yatırdığı pul birbaşa sahibkarın cibinə getmir. Pul bankda xüsusi hesabda toplanır. Əgər layihə hədəflənən məbləği toplaya bilməsə və ya sahibkar vədini yerinə yetirməsə, Mərkəzi Bankın qaydalarına əsasən, o vəsait avtomatik olaraq vətəndaşın hesabına geri qayıdır. Yəni, "pulu topladım və qaçdım" ssenarisi texniki olaraq qeyri-mümkündür.

Üçüncüsü, emosional qorunma : Vətəndaşımız layihənin təsirinə düşüb emosional qərar verərsə, qanunun ona verdiyi 7 günlük müddətdə heç bir cərimə ödəmədən fikrindən daşına bilər”- deyə o bildirib.

O vurğulayıb ki, hədəf sadəcə bir qanunu qəbul etmək deyil, Azərbaycanda "Rəqəmsal İnvestorMədəniyyəti" formalaşdırmaqdır:

“Vətəndaşımız əmin olmalıdır ki, onun yastıq altında saxladığı və ya bankda duran kiçik sərbəst vəsaiti, dövlətin tam hüquqi zəmanəti altında ölkəmizin real sektoruna, kənd təsərrüfatına, gənclərin startaplarına yatırıla bilər və bu, həm ona, həm də dövlətimizə qazandıracaq.

Bu qanun layihəsi ölkədə şəffaf, risklərdən sığortalanmış və tam tənzimlənən yeni bir maliyyə ekosisteminin əsasını qoyur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib

Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib

Prezident: “BMT bu qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb” – VİDEO

Prezident: “BMT bu qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb” – VİDEO

Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlandı - FOTO

Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlandı - FOTO

İlham Əliyev:"Cənubi Qafqaz sülh zonasına çevrilir"

İlham Əliyev:"Cənubi Qafqaz sülh zonasına çevrilir"

İlham Əliyev: “Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir”

İlham Əliyev: “Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir”

Leninqrad vilayətində məktəb və uşaq bağçalarına mina yerləşdirilib?

Leninqrad vilayətində məktəb və uşaq bağçalarına mina yerləşdirilib?

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə - FOTO

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə - FOTO

İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu

İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu

Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər

Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər

ABŞ və Şimali Koreya arasında sammit keçiriləcək?

ABŞ və Şimali Koreya arasında sammit keçiriləcək?

Nurlan Valehoğlu yeni vəzifəyə təyin edildi – FOTO

Nurlan Valehoğlu yeni vəzifəyə təyin edildi – FOTO

İspaniya və Yunanıstan qarşısında tələb: Ukraynaya "Patriot" raketləri verilməlidir

İspaniya və Yunanıstan qarşısında tələb: Ukraynaya "Patriot" raketləri verilməlidir

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb

Prezidentin Bişkekdə keçirdiyi görüşlərin VİDEO İCMALI

Prezidentin Bişkekdə keçirdiyi görüşlərin VİDEO İCMALI

Ceyhun Bayramov Bişkekdə Pakistan XİN rəhbəri ilə görüşdü – FOTO

Ceyhun Bayramov Bişkekdə Pakistan XİN rəhbəri ilə görüşdü – FOTO

Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin

Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi BAŞLAYIR

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi BAŞLAYIR

Dələduzluğa görə tutulan mayora hökm oxundu

Dələduzluğa görə tutulan mayora hökm oxundu

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürdü

Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürdü

Su ilə bağlı yeni ödənişlərin MƏBLƏĞİ AÇIQLANDI - RƏSMİ

Su ilə bağlı yeni ödənişlərin MƏBLƏĞİ AÇIQLANDI - RƏSMİ

Qayıdışın ritmi – “Yallı” ilə köklənən Kəlbəcər – FOTO/VİDEO

Qayıdışın ritmi – “Yallı” ilə köklənən Kəlbəcər – FOTO/VİDEO

Qusarın Heydər Əliyev zirvəsinə mövsümün ilk qarı yağıb

Qusarın Heydər Əliyev zirvəsinə mövsümün ilk qarı yağıb

Azərbaycanda balıq ovu mövsümü açıq ELAN EDİLDİ

Azərbaycanda balıq ovu mövsümü açıq ELAN EDİLDİ

End of content

No more pages to load

RADİO