Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Ucuz biletlər satışa çıxarıldı – FOTO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin yüksəldilməsi və Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə sərnişinlər üçün daha geniş və daha əlçatan səyahət imkanları yaratmağa davam edir.

Bizim.Media xəbər verir ki, 10 iyul 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon (hazırda ölkədaxili marşrutda istifadə olunan standart+ sinif vaqonlar) qoşulacaq.

Nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60 faiz artaraq 282-yə çatdırılacaq.

Əlavə vaqonlara biletlər bu gündən satışa çıxarılıb. Bu vaqonlarda gediş haqqı hazırda istifadədə olan “Stadler” vaqonları üzrə biletlərin qiyməti ilə müqayisədə daha münasibdir.

Belə ki, Bakı–Tbilisi–Bakı marşrutu ilə gediş haqqı məsafədən asılı olaraq standart+ sinif üzrə 40.30 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 65.20 AZN, Yevlaxdan 53.30 AZN, Gəncədən 49.30 AZN, Ağstafadan isə 45.30 AZN-dir. Böyük Kəsikdən Tbilisi vağzalı və Qardabani stansiyasına isə müvafiq olaraq 43.40 və 40.30 AZN təşkil edir.

Xatırladaq ki, hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 79,5 AZN,Gəncədən isə 58.20 AZN-dir.

Beləliklə, son yenilik sayəsində daha çox sərnişinin Bakı–Tbilisi–Bakı marşrutu ilə daha münasib qiymətə səfər etməsinə imkan yaranır.

“Stadler” tipli vaqonlarla müqayisədə marşruta əlavə edilən standart+ tipli yataq vaqonlarında ödənişsiz baqaj norması bu vaqonların texniki xüsusiyyətləri və konstruktiv imkanları nəzərə alınaraq 36 kq müəyyən edilib.

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə standart+ vaqonlarında səyyar keytrinq, yəni mobil satış xidməti təşkil olunacaq.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə 25 may – 6 iyul tarixlərində 25 minə yaxın bilet satılıb və 14 minə yaxın sərnişin daşınıb. Bundan 6356 nəfər Tbilisi, 4343 nəfər Bakı, 1112 nəfər Gəncə, 808 nəfər Yevlax, 520 nəfər Ağstafa və digər stansiyalardan qatara minik edib. Bu da Bakı–Tbilisi–Bakı marşrutu üzrə səfər edənlərin təqribən 40 faizinin bölgələrin payına düşdüyünü göstərir.

Ümumilikdə ADY-nin son illərdə xidmət coğrafiyasının genişləndirilməsi və sərnişin məmnuniyyətinin artırılması istiqamətində həyata keçirdiyi layihələr nəticəsində qatarla səyahətə üstünlük verənlərin sayı artıb. 2026-cı ilin 6 ayında dəmir yolu ilə 5,4 milyondan çox sərnişin daşınıb.

Bu, ötən ilin eyni dövrünün göstəricisi (4,6 milyon nəfər) ilə müqayisədə 20 faizə yaxın artım deməkdir.

ADY sərnişinlərin rahat, əlçatan və təhlükəsiz səyahət imkanlarından faydalanması üçün xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirəcək.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən bahalı rayonu: 550 milyon dollarlıq mənzillər, “Formula-1” ulduzları və milyarderlər

Dünyanın ən bahalı rayonu: 550 milyon dollarlıq mənzillər, “Formula-1” ulduzları və milyarderlər

Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib

Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib

Prezident: “BMT bu qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb” – VİDEO

Prezident: “BMT bu qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb” – VİDEO

Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlandı - FOTO

Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlandı - FOTO

İlham Əliyev:"Cənubi Qafqaz sülh zonasına çevrilir"

İlham Əliyev:"Cənubi Qafqaz sülh zonasına çevrilir"

İlham Əliyev: “Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir”

İlham Əliyev: “Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir”

Leninqrad vilayətində məktəb və uşaq bağçalarına mina yerləşdirilib?

Leninqrad vilayətində məktəb və uşaq bağçalarına mina yerləşdirilib?

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə - FOTO

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə - FOTO

İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu

İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu

Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər

Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər

ABŞ və Şimali Koreya arasında sammit keçiriləcək?

ABŞ və Şimali Koreya arasında sammit keçiriləcək?

Nurlan Valehoğlu yeni vəzifəyə təyin edildi – FOTO

Nurlan Valehoğlu yeni vəzifəyə təyin edildi – FOTO

İspaniya və Yunanıstan qarşısında tələb: Ukraynaya "Patriot" raketləri verilməlidir

İspaniya və Yunanıstan qarşısında tələb: Ukraynaya "Patriot" raketləri verilməlidir

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb

Prezidentin Bişkekdə keçirdiyi görüşlərin VİDEO İCMALI

Prezidentin Bişkekdə keçirdiyi görüşlərin VİDEO İCMALI

Ceyhun Bayramov Bişkekdə Pakistan XİN rəhbəri ilə görüşdü – FOTO

Ceyhun Bayramov Bişkekdə Pakistan XİN rəhbəri ilə görüşdü – FOTO

Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin

Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi BAŞLAYIR

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi BAŞLAYIR

Dələduzluğa görə tutulan mayora hökm oxundu

Dələduzluğa görə tutulan mayora hökm oxundu

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürdü

Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürdü

Su ilə bağlı yeni ödənişlərin MƏBLƏĞİ AÇIQLANDI - RƏSMİ

Su ilə bağlı yeni ödənişlərin MƏBLƏĞİ AÇIQLANDI - RƏSMİ

Qayıdışın ritmi – “Yallı” ilə köklənən Kəlbəcər – FOTO/VİDEO

Qayıdışın ritmi – “Yallı” ilə köklənən Kəlbəcər – FOTO/VİDEO

Qusarın Heydər Əliyev zirvəsinə mövsümün ilk qarı yağıb

Qusarın Heydər Əliyev zirvəsinə mövsümün ilk qarı yağıb

End of content

No more pages to load

RADİO