Kibertəhlükəsizliyin qorunması ilə bağlı YENİ MEXANİZM

Qanunvericiliyə informasiya infrastrukturu, informasiya infrastrukturu subyekti, kibertəhlükəsizlik, kiberməkan, kibergigiyena, rəqəmsal dəlil, rəqəmsal tədqiqat, kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT), Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC), Milli CERT, Dövlət CERT və digər yeni anlayışlar əlavə edilir.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Qanun layihəsi informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi, informasiya infrastrukturunun kibertəhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə institusional mexanizmlərin yaradılması və rəqəmsal inkişaf proseslərinin hüquqi əsaslarının müəyyən edilməsi məqsədilə hazırlanıb.
 

Qanun layihəsində dövlət orqanlarının, informasiya infrastrukturu subyektlərinin, CERT və SOC-ların kibertəhlükəsizlik sahəsində hüquq və vəzifələri müəyyən edilir, kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin aşkarlanması, qarşısının alınması, araşdırılması və aradan qaldırılması üzrə fəaliyyət mexanizmləri təsbit olunur.



Layihə ilə həmçinin informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin olunması, kibertəhlükəsizlik üzrə monitorinq və auditlərin aparılması, kiberinsidentlər barədə məlumat mübadiləsinin həyata keçirilməsi, rəqəmsal tədqiqatların aparılması, rəqəmsal inkişaf layihələrinin maliyyələşdirilməsi və rəqəmsal həllərin sınaqdan keçirilməsi məqsədilə tənzimləyici test mühitinin tətbiqi ilə bağlı müddəalar müəyyən edilir.

Bununla yanaşı, informasiya infrastrukturu subyektləri, internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilir, Milli CERT-in fəaliyyət istiqamətləri və səlahiyyətləri genişləndirilir.

Qanun layihəsinin qəbul edilməsi ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sisteminin təkmilləşdirilməsinə, kibertəhdidlərə qarşı mübarizənin effektivliyinin artırılmasına, informasiya infrastrukturunun dayanıqlılığının gücləndirilməsinə və rəqəmsal inkişaf proseslərinin daha səmərəli təşkilinə xidmət edəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski NATO Sammitində iştirak etmək üçün Ankaraya gəldi - VİDEO

Zelenski NATO Sammitində iştirak etmək üçün Ankaraya gəldi - VİDEO

Həkimlər çəki artımının gizli SƏBƏBİNİ AÇIQLADILAR

Həkimlər çəki artımının gizli SƏBƏBİNİ AÇIQLADILAR

ABŞ-da qanlı Müstəqillik Günü: 100 nəfər güllələndi

ABŞ-da qanlı Müstəqillik Günü: 100 nəfər güllələndi

Ukrayna 8 rus tankerini belə məhv etdi – ANBAAN VİDEO

Ukrayna 8 rus tankerini belə məhv etdi – ANBAAN VİDEO

ŞAD XƏBƏR – Qazla bağlı rüsum LƏĞV EDİLİR

ŞAD XƏBƏR – Qazla bağlı rüsum LƏĞV EDİLİR

Azərbaycanda 600 min manatlıq nömrə satışa çıxarıldı

Azərbaycanda 600 min manatlıq nömrə satışa çıxarıldı

Qarpız niyə hələ də bahadır? - İqtisadçı səbəbləri açıqladı

Qarpız niyə hələ də bahadır? - İqtisadçı səbəbləri açıqladı

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - VİDEO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - VİDEO

Sığorta ödənişləri ilə bağlı YENLİK – Qaydalar dəyişir

Sığorta ödənişləri ilə bağlı YENLİK – Qaydalar dəyişir

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

İcbari tibbi sığorta ilə bağlı əməliyyatlar ELEKTRON QAYDADA həyata keçiriləcək

Xocavənddə daha 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavənddə daha 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Daşkəsəndə 50 yaşlı qonşusu tərəfindən armaturla döyülən yeniyetmənin SON DURUMU

Daşkəsəndə 50 yaşlı qonşusu tərəfindən armaturla döyülən yeniyetmənin SON DURUMU

Polis Bakıda ƏMƏLİYYAT keçirdi: Tutulanlar arasında qadın da var – FOTO/VİDEO

Polis Bakıda ƏMƏLİYYAT keçirdi: Tutulanlar arasında qadın da var – FOTO/VİDEO

Gömrüklə bağlı QANUN DƏYİŞİR - Əlavə sənədlər TƏLƏB OLUNACAQ

Gömrüklə bağlı QANUN DƏYİŞİR - Əlavə sənədlər TƏLƏB OLUNACAQ

“Neftçi” Rikardinyo ilə RAZILIĞA GƏLDİ

“Neftçi” Rikardinyo ilə RAZILIĞA GƏLDİ

Fazil Mustafadan Rafael Fiziyevə SƏRT TƏNQİD

Fazil Mustafadan Rafael Fiziyevə SƏRT TƏNQİD

İradə İbrahimovaya AĞIR İTKİ

İradə İbrahimovaya AĞIR İTKİ

Kibertəhlükəsizliyin qorunması ilə bağlı YENİ MEXANİZM

Kibertəhlükəsizliyin qorunması ilə bağlı YENİ MEXANİZM

Pensiyalar nə vaxt veriləcək?

Pensiyalar nə vaxt veriləcək?

Deputat: “Dövlət qulluqçuları işlərini asanlaşdırmaq üçün "Chatgpt"dən istifadə edirlər”

Deputat: “Dövlət qulluqçuları işlərini asanlaşdırmaq üçün "Chatgpt"dən istifadə edirlər”

Türkiyədə ağır qəza: Avtobus aşdı – 1 ölü, 40 yaralı var – VİDEO

Türkiyədə ağır qəza: Avtobus aşdı – 1 ölü, 40 yaralı var – VİDEO

Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

Azərbaycanda yeni CƏRİMƏLƏR müəyyənləşir - 7000 manata qədər

Azərbaycanda yeni CƏRİMƏLƏR müəyyənləşir - 7000 manata qədər

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Ucuz biletlər satışa çıxarıldı – FOTO

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Ucuz biletlər satışa çıxarıldı – FOTO

End of content

No more pages to load

RADİO