Rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində fəaliyyət göstərən şirkətlərdə çalışan şəxslərin məcburi dövlət sosial sığorta haqları ilə bağlı yeni qaydalar müəyyənləşdirilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Layihəyə görə, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində sahibkarlıq fəaliyyətini həyata keçirən sığortaedənlərdə (texnologiyalar parkının rezidentləri istisna olmaqla) işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək:
Günay Şahmar, Bizim.Media