Türkiyənin Kırıkkale şəhərində sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, idarəetmədən çıxan avtobusun aşması nəticəsində 92 yaşlı bir nəfər həyatını itirib, 40 nəfər isə xəsarət alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım və xilasetmə qrupları cəlb olunub. Yaralılar ilkin tibbi yardımdan sonra müxtəlif xəstəxanalara yerləşdiriliblər.
Qəzadan sonra avtobusun sürücüsü saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.
Bizim.Media