Mehriban Əliyeva xüsusi təhsil məktəbinin yeni binasının açılışında -FOTOLAR

Oktyabrın 23-də Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub.

Moderator.azxa0xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

xa0

Məktəbin direktoru Şahzadə İsgəndərova burada yaradılan şərait barədə Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi. Bildirdi ki, 11 saylı xüsusi təhsil məktəbi 1937-ci ildən fəaliyyət göstərir. Bu təhsil ocağının köhnə binası 1897-ci ildə inşa edilmişdi. Heydər Əliyev Fondu tərəfindən aparılan monitorinq nəticəsində məktəb binasının təhsilə tam yararsız olduğu aşkar edilmiş və Nərimanov rayonunda məktəb üçün yeni binanın inşasına qərar verilmişdi.

xa0

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsdi və bu təhsil ocağında yaradılan şəraitlə tanış oldu.

xa0

Qeyd edildi ki, təhsil müəssisəsinin binasının ümumi sahəsi 4 min kvadratmetrdən çoxdur. Burada 21 sinif otağı, psixoloq, defektoloq, həkim otaqları, idman və akt zalları, yeməkxana var. Eyni zamanda, burada uşaqların istifadəsi üçün kitabxana yaradılıb.

xa0

Məktəbin üçmərtəbəli binası 250 şagird yerlikdir. Hazırda 651 nəfər evdə, 137 şagird isə məktəbdə təhsil alır. Məktəbdə 289 müəllim çalışır və onlar autizm, Daun sindromlu, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlim keçirlər. Ümumtəhsil proqramını mənimsəyə bilməyən şagirdlər də il ərzində aşkarlanaraq bu məktəbə yönləndirilir.

xa0

Onillik məktəbin tədris planına defektoloq saatları daxil edilib. Eyni zamanda, xüsusi uşaqlar üçün psixoloq saatları ayrılıb. Texnologiya dərslərində isə uşaqların bacarıqları aşkar olunur. Bir sözlə, bu məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil alması, onların təlim-tərbiyəsi ilə hərtərəfli məşğul olmaq üçün bütün imkanlar mövcuddur. Bütün bunlar isə xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması, bu qəbildən olanların təhsil problemlərinin həlli istiqamətində son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli addımların atılmasından irəli gəlir. 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir səviyyədə inşa olunması bir daha sübut edir ki, Fond da bu istiqamətdə dövlətin icra etdiyi layihələrə sanballı töhfələr verir. Bu layihənin icrası aydın şəkildə göstərir ki, humanizm, insani dəyərlərə hörmət, dinindən, dilindən, cinsindən, yaşından asılı olmayaraq hər kəsə diqqət göstərmək Heydər Əliyev Fondunun fəaliyyətində əsas prinsiplərdən biridir.

xa0

Məktəbin həyətində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zonası yaradılıb, istirahət köşkləri qurulub.

xa0

11 saylı xüsusi təhsil məktəbinin yeni binasında yaradılan şəraitlə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu təhsil ocağına fəaliyyətində uğurlar arzuladı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niyə maşınlar daha çox yayda yanır?

Niyə maşınlar daha çox yayda yanır?

Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – DGK sədri cavabladı

Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – DGK sədri cavabladı

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Qarğıdalını çiy yemək olar?

Qarğıdalını çiy yemək olar?

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

Livanda ölənlərin sayı: Son sutkada daha 7 nəfər həlak oldu

Livanda ölənlərin sayı: Son sutkada daha 7 nəfər həlak oldu

End of content

No more pages to load

RADİO