Tanınmış iş adamı, "Azersun Holdinq"in prezidenti Abdolbari Gozal vəfat edib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, tanınmış iş adamı bir saat öncə Dubayda xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Abdolbari Gozal 1992-ci ildən etibarən Azərbaycan və Gürcüstanda fəaliyyətə başlayıb. O, Azərbaycanın qida sənayesində əhəmiyyətli payı olan Azərsun Holdinqə rəhbərlik edib.
Abdolbari Gozal Azərbaycan Prezidenti tərəfindən "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif olunub.
Bizim.Media