Gəncədə itkin düşən azyaş tapılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, Gəncə ŞBPİ-nin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində azyaşlı, 2016-cı il təvəllüdlü Sevinc Samir qızı Bayramlı tapılaraq ailəsinə təhvil verilib.
Məlumat üçün bildirək ki, S.Bayramlı Gəncədə ticarət mərkəzlərindən birində anası, 1985-ci il təvəllüdlü, Gəncə şəhər sakini Günel Məsimova ilə alış-veriş etmək üçün getdiyi zaman itkin düşmüşdü.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu