Zəhranın öldüyü qəzada sürücünü HANSI CƏZA gözləyir?

Tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhra Mehdizadənin həyatını itirdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müzakirələr davam edir. Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasına görə, Pərviz Əhmədovun idarə etdiyi “Mersedes” Bakı-Quba yolunda texniki nasazlıq səbəbindən məcburi dayanıb.

Məlumatda bildirilir ki, sürücü avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, yalnız əl işarələri ilə digər sürücüləri xəbərdar etməklə kifayətlənib. Eyni zamanda Z. Mehdizadənin motosikleti sürücülük hüququ olmadan idarə etdiyi bildirilir.

Hadisə ilə bağlı ictimaiyyəti maraqlandıran əsas suallar isə hələ də cavabsız qalır. Avtomobil qəfil nasazlıq səbəbindən yolun hərəkət hissəsində dayanarsa, sürücü konkret olaraq hansı təhlükəsizlik tədbirlərini görməlidir? Nəqliyyat vasitəsini kənara çəkmək mümkün olmadıqda qanunvericilik nə tələb edir? Belə hallarda sürücünü hansı cəza gözləyir?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “bakupost.az”a nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qəzaya ilk növbədə avtotexniki ekspertiza rəy verməlidir:

“Bu hadisə ilə bağlı cinayət işi açılıb və məlumatlardan da belə görünür ki, məsələ ciddi şəkildə araşdırılacaq.

Çünki burada nəqliyyat vasitəsinin texniki nasaz vəziyyətdə olması, sürücünün texniki nasazlıq yaranarkən nəqliyyat vasitəsini təhlükəsiz zonaya çəkməməsi və ya buna cəhd göstərməməsi araşdırılacaq. Eyni zamanda qəzada həlak olan xanımın hərəkət sürəti və digər məsələlər də araşdırılacaq. Bunlar ən vacib məsələlərdir. Bunu sözlə ifadə etmək və bu barədə qərar vermək çox çətindir. Ancaq ümumilikdə düşünürəm ki, motosiklet sürücüləri ilə bağlı məsələ ciddi şəkildə nəzarətdə saxlanmalıdır.
 

Çünki bu elə bir məsələdir ki, artıq ciddi narahatlıq yaratmağa başlayıb. Burada biz gənclərimizi, gələcəyimizi itiririk. Bu baxımdan məsələlərə çox ciddi yanaşılmalıdır. Bir qərar qəbul olunmalıdır ki, belə sürücülərə necə davranılsın, qayda pozduqları halda hansı tədbirlər görülsün”.


E.Muradlı qeyd edib ki, görüntülər müəyyən qədər fikir bildirməyə əsas verir. Onun sözlərinə görə, sürətin yüksək olması və mərhumun atasının etirafları da diqqətdən yayınmamalıdır:

“Cərimə və təhlükəsizlik tədbirləri ondan ibarət olmalıdır ki, ilk növbədə ən azı 15-20 metr məsafədə qəza üstü bucaq işarəsi quraşdırılmalıdır. Sürücüləri xəbərdar etmək üçün mümkün qədər əlavə tədbirlər görülməlidir və nəqliyyat vasitəsinin təhlükəsiz şəkildə kənara çəkilməsi üçün cəhdlər edilməlidir. Burada görünür ki, sürücü heç bir cəhd göstərmir, sadəcə əli ilə işarə edir.

Motosikletin sürəti o qədər yüksəkdir ki, mən əminəm ki, qız onu görməklə toqquşma eyni anda baş verib.

Çünki situasiya bunu deməyə əsas verir. Yəqin ki, qarşıda başqa nəqliyyat vasitəsi olub və sürücü onu görməyib. Qarşıdakı maşın sağa çəkilib ki, dayanmış maşını ötüb keçsin, qız isə onu son anda görür və artıq gec olur - toqquşma baş verir. Burada baxmaq lazımdır ki, həmin nəqliyyat vasitəsi nə qədər vaxt orada saxlanılıb”.

Hüquqşünas Babək Umudov isə bildirib ki, hadisənin baş verməsində əsas səbəb sürücünün yol verdiyi qanun pozuntularıdır. Onun sözlərinə görə, “Yol hərəkəti haqqında” Qanunun 43-cü maddəsinə əsasən sürücü avtomagistralın hərəkət hissəsində məcburi dayandıqda, nəqliyyat vasitəsini bu Qanunun tələblərinə müvafiq nişanlamalı və onu bu məqsəd üçün nəzərdə tutulan zolağa (hərəkət hissəsinin qırağını göstərən xətdən sağdakı yol hissəsinə) çıxarmaq üçün tədbirlər görməlidir:
 

“Həmin Qanunun 52-ci maddəsinin tələblərinə görə, magistral yollarda və birtərəfli yolların sol tərəfində (xüsusi icazə verilmiş hallar istisna olmaqla) dayanmaq və durmaq qadağandır.


Nasazlıq yarandıqda sürücü avtomobili mümkün qədər sağ çiyinə (yolun kənarına) və ya xüsusi dayanacaq cibinə çıxarmalıdır. Dayanacağın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat vasitəsinin həmin yerlərdən aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir.

Həmin Qanun 55-ci maddəsinə əsasən dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır”.

Hüquqşünasın qeyd edib ki, sürücü yuxarıda sadalanan tədbirləri icra etməyib:

“Üstəlik sürücünün yoldan keçənləri əl işarələri ilə yönləndirməyə çalışması hüquqi əhəmiyyət kəsb etmir, əksinə, yüksək sürətli magistralda digər sürücülərin diqqətini yayındıran əlavə risk faktoru hesab olunur.

Bunları nəzərə aldıqda sürücünün əməlləri barədə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılması mümkündür. Maddənin tələbinə görə, avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

B.Umudov əlavə edib ki, motosiklet idarə edən xanım barəsində də bəzi məqamlara aydınlıq gətirilməlidir:

"Magistral yollarda sol zolaq adətən ötmə və yüksək sürət üçün nəzərdə tutulur. İstintaq ekspertizası (avtotexniki ekspertiza) motosikletin sürətini (magistralda icazə verilən sürət həddini aşıbmı) və xanımın qarşıdakı maneəni (avtomobili) görmə dərəcəsini (avtomobil işıqlandırılmamış sahədə dayanıbsa, motosikletin işıqları sahəni vaxtında görməyə imkan verirdimi?), həmçinin tormozlama imkanının olub-olmadığını (əgər avtomobil sürücüsü qəza nişanını qoysaydı, qəzanın qarşısını almaq texniki cəhətdən mümkün olardımı?) müəyyən etməlidir.
 

Mühüm hüquqi nüans ondan ibarətdir ki, motosiklet sürücüsünün yaşının az olması və ya vəsiqəsinin olub-olmaması avtomobil sürücüsünü məsuliyyətdən tam azad etmir. Çünki qəzanın baş verməsinin birinci dərəcəli səbəbi (səbəbli əlaqə) avtomobilin magistralın solunda görünməz və xəbərdarlıqsız şəkildə saxlanılmasıdır.


Nəticə olaraq, avtomobil sürücüsü yol hərəkəti qaydalarının qəza (məcburi) dayanması ilə bağlı birbaşa tələblərini pozaraq ağır nəticəyə yol açdığı üçün cinayət məsuliyyətinə cəlb olunacaq əsas şəxsdir. Vəfat edən şəxsin mümkün qayda pozuntuları (məsələn, vəsiqəsiz olması və ya sürət həddi) isə yalnız sürücünün cəzasının yüngülləşdirilməsi və ya müəyyən dərəcədə təqsir bölgüsü (mülki iddialar hissəsində) zamanı nəzərə alına bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan Prezidenti: İnfrastruktura çox böyük sərmayələr yatırırıq

Azərbaycan Prezidenti: İnfrastruktura çox böyük sərmayələr yatırırıq

33 il axtarışda olan Elşən Şamilov Almaniyada tutuldu – Azərbaycana GƏTİRİLDİ

33 il axtarışda olan Elşən Şamilov Almaniyada tutuldu – Azərbaycana GƏTİRİLDİ

İlham Əliyev: Azərbaycan qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir

İlham Əliyev: Azərbaycan qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

Prezident: Bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişik - VİDEO

Prezident: Bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişik - VİDEO

Konqo azarkeşləri "Messi! Messi!" deyərək Ronaldonu “ələ saldılar” - VİDEO

Konqo azarkeşləri "Messi! Messi!" deyərək Ronaldonu “ələ saldılar” - VİDEO

İlham Əliyev: "Qlobal səhnədə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib" - VİDEO

İlham Əliyev: "Qlobal səhnədə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib" - VİDEO

Dünya bazarlarında neft ucuzlaşdı

Dünya bazarlarında neft ucuzlaşdı

Prezident: Müstəqilliyimizin ilk iki ili humanitar fəlakətlərlə yadda qalıb - VİDEO

Prezident: Müstəqilliyimizin ilk iki ili humanitar fəlakətlərlə yadda qalıb - VİDEO

Ukrayna ordusu Krımı azad etməyə hazırlaşır

Ukrayna ordusu Krımı azad etməyə hazırlaşır

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Prezident: “Azərbaycanın sabit, uğurlu inkişafı var” - VİDEO

Prezident: “Azərbaycanın sabit, uğurlu inkişafı var” - VİDEO

Məktəbli təsadüfən Vikinqlər dövrünə aid 1300 illik qılınc tapdı – FOTO

Məktəbli təsadüfən Vikinqlər dövrünə aid 1300 illik qılınc tapdı – FOTO

Qadının üzərinə benzin töküb yandıran sevgilisi ilə bağlı QƏRAR

Qadının üzərinə benzin töküb yandıran sevgilisi ilə bağlı QƏRAR

Tramp: "Ukrayna Rusiya ilə müharibədə yaxşı mübarizə aparır" - VİDEO

Tramp: "Ukrayna Rusiya ilə müharibədə yaxşı mübarizə aparır" - VİDEO

Bakıda Neft Emalı Zavodunda yanğın oldu

Bakıda Neft Emalı Zavodunda yanğın oldu

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

Qəza siqnalı verən Rusiyanın sərnişin təyyarəsi tapıldı - VİDEO

Qəza siqnalı verən Rusiyanın sərnişin təyyarəsi tapıldı - VİDEO

İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun illik toplantısında – CANLI

İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun illik toplantısında – CANLI

Dünya Çempionatı: Gecə baş tutan oyunların nəticələri

Dünya Çempionatı: Gecə baş tutan oyunların nəticələri

Zelenski G7 sammitində Tramp və Makronla mühüm görüş keçirdi - VİDEO

Zelenski G7 sammitində Tramp və Makronla mühüm görüş keçirdi - VİDEO

“Son iki ildir qızımın tərbiyəsinə ciddi qarışmırdım” – FOTO

“Son iki ildir qızımın tərbiyəsinə ciddi qarışmırdım” – FOTO

Tarixin ən ölümcül epidemiyası başlaya bilər - Xəbərdarlıq

Tarixin ən ölümcül epidemiyası başlaya bilər - Xəbərdarlıq

End of content

No more pages to load

RADİO