İran ilə ABŞ arasındakı memorandumu iki ölkənin rəhbərləri – Məsud Pezeşkian və Donald Tramp imzalaya bilərlər.
Bizim.Media Tasnim agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai məlumat verib.
"Bu ideya nəzərdən keçirilir və hələlik araşdırılma mərhələsindədir", - deyə o qeyd edib.
Bəqai əlavə edib ki, İranın Cenevrə görüşü üçün proqramı dəyişməyib:
"Hazırda İranın Cenevrə görüşünün keçirilməsi üçün proqramlarında heç bir dəyişiklik baş verməyib".
Xatırladaq ki, Ağ Ev rəhbəri G7 sammitindən sonrakı çıxışında İranla razılaşmanın iyunun 18-19-da imzalana biləcəyini bəyan edib.
Bizim.Media