Bakıda binanın damında qanunsuz tikinti aparılır? - Qurumlardan açıqlama - VİDEO

Şəhərin mərkəzində yerləşən 12 mərtəbəli binanın mansard hissəsində qanunsuz tikinti işlərinin aparıldığı iddia olunur.

Bizim.Media "Xəzər" TV-yə istinadən xəbər verir ki, bu şikayətlə Aşıq Molla Cümə küçəsi, giriş 3, M12, M2 ünvanında yerləşən "Monolit MTK"ya məxsus yaşayış binasının sakinlərindən biri müraciət edib.

Şikayətçinin vəkili Elməddin Məhərrəmov iddiasında bildirib ki, "Monolit" MTK ərazidə yerləşən dörd binanın sakinlərə məxsus olan çardaq və texniki sahəsini qanunsuz olaraq maklerlərdən birinə yeni mənzil inşası üçün satıb.

İddialara görə, sakinlərin ümumi istifadəsində olan, yaşayış üçün ayrılmayan texniki sahədə qanunsuz tikinti işləri beş aydan çoxdur ki, davam etdirilir.
 

Şikayətçi onu da iddia edir ki, qeyri-yaşayış sahəsində tikilən mənzillər üçün yaxınlıqda yerləşən binalardan qanunsuz qaz xətti çəkilib, eləcə də su, kanalizasiya, elektrik xətləri də aşağı mərtəbələrdə yaşayan qonşuların xəttinə birləşdirilib. Şikayətçinin sözlərinə görə, dörd binada aparılan qanunsuz tikinti işləri barədə aidiyyəti qurumlara müraciət edildikdən sonra üç binada tikinti dayandırılıb, bir binada isə tikinti işləri hələ də davam etdirilir.


İddialarda adı çəkilən "Monolit" MTK-nın əməkdaşı iddialara aydınlıq gətirərək, aparılan işlərin tam qanuni, layihəyə uyğun və razılaşdırılmış olduğunu bildirdi. Tikintinin müvafiq qurumlarla razılaşdırılmış olduğuna dair müvafiq sənədləri isə təqdim etməyəcəkləri bildirildi.

Şirkət mansard hissədə heç bir əlavə tikintinin aparılmadığını bildirsə də, 12-ci mərtəbədə tikinti işlərinin həyata keçirildiyi müşahidə olunub.

Hətta sosial şəbəkələrdə sözügedən binaya məxsus mansard tipli mənzillərin satışı üçün elanlar da həyata keçirilir.

Mansardın sahibi olduğunu iddia edən şəxs İlkin Rəhimov isə bildirib ki, aparılan tikinti işləri rəsmi qurumlarla razılaşdırılıb və mənzillərə bütün kommunal sayğaclar da qoyulub.
 

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "Monolit" MTK tərəfindən inşa edilmiş 2 ədəd 12 mərtəbəli yaşayış binasının çardaq və texniki sahəsində əlavə pəncərə oyuqlarının açılması, əlavə mənzillərin tikilməsi barədə sakinlərdən daxil olmuş sikayətlər araşdırılıb. Binaların dam hissəsinə baxış keçirilib və qanunsuz, layihədən kənar aparılan tikinti işləri barədə MTK rəhbərliyinə və aidiyyəti qurumlara məktub ünvanlanıb.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, məsələ ilə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqladı - TAM MƏTN

Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqladı - TAM MƏTN

İsrail HAMAS-ın daha bir komandirini öldürdüyünü açıqladı

İsrail HAMAS-ın daha bir komandirini öldürdüyünü açıqladı

Azərbaycanda "Roblox" bloklana bilər - Dövlət Komitəsindən xəbərdarlıq

Azərbaycanda "Roblox" bloklana bilər - Dövlət Komitəsindən xəbərdarlıq

Portuqaliya millisinin DÇ-2026-dan kənarlaşdırılması tələb olundu

Portuqaliya millisinin DÇ-2026-dan kənarlaşdırılması tələb olundu

Məhərrəmlikdə musiqi dinləyən günah qazanır? - İlahiyyatçıdan cavab

Məhərrəmlikdə musiqi dinləyən günah qazanır? - İlahiyyatçıdan cavab

Atəşkəsə baxmayaraq, Qəzzada 8 ayda mindən çox fələstinli həlak olub

Atəşkəsə baxmayaraq, Qəzzada 8 ayda mindən çox fələstinli həlak olub

"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"

"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"

Qəbulda 400 balı toplayan tələbə qızlarımız - FOTO

Qəbulda 400 balı toplayan tələbə qızlarımız - FOTO

JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

Bakıda binanın damında qanunsuz tikinti aparılır? - Qurumlardan açıqlama - VİDEO

Bakıda binanın damında qanunsuz tikinti aparılır? - Qurumlardan açıqlama - VİDEO

Əlaqələndirmə Qərargahının Qarabağda monitorinqindən GÖRÜNTÜLƏR - VİDEO

Əlaqələndirmə Qərargahının Qarabağda monitorinqindən GÖRÜNTÜLƏR - VİDEO

DÇ-2026: Portuqaliya Konqo ilə heç-heçə edib

DÇ-2026: Portuqaliya Konqo ilə heç-heçə edib

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Corcia Melonidən Ukrayna məsələsi ilə bağlı TƏKLİF

Corcia Melonidən Ukrayna məsələsi ilə bağlı TƏKLİF

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Putin Kazanda Hakan Fidanla görüşdü - VİDEO

Putin Kazanda Hakan Fidanla görüşdü - VİDEO

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Gəncədə su üstündə DAVA: Qonşular bir-birini xəstəxanalıq etdi

Gəncədə su üstündə DAVA: Qonşular bir-birini xəstəxanalıq etdi

Trampın İranla bağlı bəyanatları: “Saziş 60 gün ərzində əldə olunmasa...”

Trampın İranla bağlı bəyanatları: “Saziş 60 gün ərzində əldə olunmasa...”

Vatikan kardinalı Şəkinin qədim abidələrini ziyarət edib - FOTO

Vatikan kardinalı Şəkinin qədim abidələrini ziyarət edib - FOTO

Konqoda Eboladan ölənlərin sayı yüksəldi – Qonşu ölkələr üçün RİSK VAR

Konqoda Eboladan ölənlərin sayı yüksəldi – Qonşu ölkələr üçün RİSK VAR

End of content

No more pages to load

RADİO