JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

Çoxmənzilli binalarda yaşayan vətəndaşlardan müxtəlif adlarla ödənişlərin tələb olunması tez-tez suallar doğurur. Xüsusilə JEK-ə edilən ödənişlərlə yanaşı bələdiyyə tərəfindən əlavə vergi tələbi mübahisə yaradır. Bu halda əsas məsələ həmin ödənişlərin hüquqi əsasının olub-olmamasıdır.

Bina evində yaşayan şəxslərin torpaq vergisi ödəyib-ödəməməsi qanunidirmi?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı vəkil Emil Aslanov “demokrat.az”a açıqlamasında bildirib ki, mənzil-kommunal istismar sahəsinə ödənilən ödənişlər oradan istifadə etdiklərinə görə nəzərdə tutulur.

"Bu, dam örtüyünün təmiri, blokların və həyətyanı sahələrin təmizlənməsi, həmçinin zibil haqqını əhatə edir. Bu ödənişləri mənzil-kommunal istismar sahələri yığır və təbii ki, burada vətəndaşlarla müqavilə olmalıdır. Amma bildiyiniz kimi, JEK-lər uzun müddətdir fəaliyyət göstərdiyi üçün sovet dövründən qalan qaydada vətəndaşlardan həmin ödənişləri tələb edirlər".

Vəkil deyib ki, bələdiyyələr bina sakinlərindən torpaq vergisi deyil, əmlak vergisi tələb etmək hüququna malikdir:

"Fiziki şəxslər binalarda əmlak vergisini ödəməlidir və onların xüsusi mülkiyyətində olan evlərin 30 kvadratmetrdən artıq hissəsinin hər kvadratmetrinə görə Bakı şəhəri üzrə müəyyən edilmiş əmsallara uyğun ödənişlər edilməlidir.

30 kvadratmetrə qədər olan hissə isə vergidən azaddır.

JEK-lərin yığdığı ödənişlər əsasən zibil haqqı, həyətyanı sahələrin təmizlənməsi, blokların rənglənməsi, dam örtüyünün təmiri və saz vəziyyətə gətirilməsi kimi xidmətlərlə bağlıdır. Təbii ki, qeyd edilməlidir ki, JEK-lərin fəaliyyətini dayandırdığı ilə bağlı fikirlər səsləndirilir. Lakin bələdiyyələrin fəaliyyəti tam formalaşmadığı üçün hazırda bu funksiyaları JEK-lər yerinə yetirir.
 

Yəni həmin ödənişlərin yığılması və qarşılığında xidmətlərin göstərilməsi hazırda JEK-lər tərəfindən həyata keçirilir", - deyə o qeyd edib.


Yəni, JEK-ə ödənilən pul binanın baxımı və zibilin daşınması üçün xidmət haqqıdır, bələdiyyəyə ödənilən isə evin sahəsinə görə hesablanan dövlət vergisidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

Rusiya Kiyevi ballistik raketlərlə atəşə tutdu: ölən və yaralananlar var - FOTO/VİDEO

Rusiya Kiyevi ballistik raketlərlə atəşə tutdu: ölən və yaralananlar var - FOTO/VİDEO

Sakinlər suyun səsinə oyandılar: Bakıda içməli su küçələrə axır - VİDEO

Sakinlər suyun səsinə oyandılar: Bakıda içməli su küçələrə axır - VİDEO

Bakının bu əraziləri “qızıl zona”ya çevrilir: qiymətlər kəskin bahalaşacaq – SİYAHI

Bakının bu əraziləri “qızıl zona”ya çevrilir: qiymətlər kəskin bahalaşacaq – SİYAHI

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Lənkəranın 6 kəndində qaz olmayacaq

Lənkəranın 6 kəndində qaz olmayacaq

40 oyundur uduzmurlar: İspaniya tarix yazdı - VİDEO

40 oyundur uduzmurlar: İspaniya tarix yazdı - VİDEO

Bakıda iki sərgi işə başladı – Mərasimdə nazir Prezidentin məktubunu oxudu

Bakıda iki sərgi işə başladı – Mərasimdə nazir Prezidentin məktubunu oxudu

Neftin qiyməti yenidən bahalaşdı

Neftin qiyməti yenidən bahalaşdı

Quba-Xınalıq yolunda növbəti sürüşmə baş verdi – ÖZƏL - FOTO/VİDEO

Quba-Xınalıq yolunda növbəti sürüşmə baş verdi – ÖZƏL - FOTO/VİDEO

Vuçiçi hazırda o əvəz edir

Vuçiçi hazırda o əvəz edir

Sumqayıtda yük maşınının vurduğu piyada VƏFAT ETDİ

Sumqayıtda yük maşınının vurduğu piyada VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO