Uşaqlar arasında təhlükəli virus yayılıb? — AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə ağcaqanad sancmalarından sonra uşaqlarda yeni xəstəliyin yayıldığına dair paylaşımlar müzakirələrə səbəb olub. İddialara görə, bəzi uşaqlarda yüksək hərarət, səpkilər və digər narahatlıq doğuran əlamətlər müşahidə edilir. Bu məlumatların nə dərəcədə doğru olduğu və valideynlərin hansı hallarda narahatlıq keçirməli olduğu isə suallar yaradır.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı pediatr Xəyalə Quliyeva “demokrat.az”a açıqlama verib.

O deyib ki, sosial şəbəkələrdə yayılan məlumatların heç bir tibbi və ya rəsmi əsası yoxdur:

“Ağcaqanad dişləmələri və sancmaları hər zaman olub və bundan sonra da olacaq. Sadəcə, allergiyaya meyilli uşaqlarda ağcaqanad sancdıqdan sonra həmin nahiyədə şişkinlik, qızartı və bərklik müşahidə oluna bilər. Bu, allergik uşaqlara xas olan normal reaksiyalardan biridir.
 

Bununla yanaşı, əgər uşaqda qızdırma, baş ağrısı, halsızlıq, səpkilərin artması, qusma və ya ishal kimi əlamətlər yaranarsa, mütləq həkimə müraciət edilməlidir. Belə hallarda əlavə hər hansı xəstəliyin olub-olmaması araşdırılmalı və müvafiq müayinələr aparılmalıdır. Hazırda Azərbaycanda ağcaqanad sancmaları ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaları təsdiqləyən hər hansı rəsmi məlumat və ya epidemioloji vəziyyət mövcud deyil. Buna görə də vətəndaşlar təsdiqlənməmiş məlumatlara deyil, rəsmi mənbələrə və mütəxəssis rəylərinə etibar etməlidirlər”.


Beləliklə, sosial şəbəkələrdə yayılan qorxulu xəbərlərin reallığı əks etdirmədiyi və uşaqlar üçün yeni infeksiya təhlükəsinin olmadığı müəyyənləşib. Mövsümi həşərat sancmaları zamanı sadəcə fərdi allergik reaksiyalara qarşı diqqətli olmaq və profilaktik tədbirlər görmək kifayətdir.

Valideynlərin əsassız şayiələrə inanmaması və uşaqların səhhətində fərqli narahatlıq gördükdə birbaşa peşəkar həkimlərə müraciət etməsi tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

End of content

No more pages to load

RADİO