Əhaliyə XƏBƏRDARLIQ edildi - İyul və avqust aylarında...

“Regional və qlobal iqlim dəyişiklikləri fonunda Azərbaycanda yay fəsli kəskin dinamik meteoroloji proseslərlə xarakterizə olunur. Sinoptik proqnozlar təsdiqləyir ki, yay mövsümündə havanın orta temperaturu çoxillik iqlim normasından yüksək olacaq və fəsil iki əsas fazada inkişaf edəcəkdir. Mövsümün başlanğıcını əhatə edən nisbi sabitlik fazasında temperatur iqlim norması daxilində tərəddüd edir”.

Bizim.Media bildirir ki, bu fikirləri Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov “konkret.az”a açıqlamasında səsləndirib:

“İyul və avqust aylarında müşahidə edilən termik maksimum fazasında isə cənub mənşəli hava kütlələrinin intensiv daxil olması ilə mütləq maksimum temperatur kəskin yüksəlir; Bakıda bəzi günlərdə 35-38°C, Mərkəzi Aran və Naxçıvanda isə 38-41°C, bəzən daha yüksək isti qeydə alınır”.

Ekspert qeyd vurğulayır ki, proqnoz modelləri yay ayları ərzində yağıntıların paylanmasında kəskin qeyri-bərabərlik göstərir.

“Ölkə üzrə mövsümlük yağıntının miqdarının iqlim normasından az və ya normaya yaxın olacağı gözlənilsə də, dağlıq və dağətəyi rayonlarda, xüsusilə Balakən-Şəki, Quba-Xaçmaz, Qarabağ və Şərqi Zəngəzur zonalarında konvektiv buludluluğun inkişafı, lokal xarakterli intensiv leysan, şimşək və dolu düşmə ehtimalı yüksəkdir. Bununla əlaqədar olaraq dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.
 

Yay aylarında temperaturun bəzən çoxillik iqlim normasından yüksək olması birbaşa irimiqyaslı atmosfer sirkulyasiyası ilə bağlıdır. Cənub-şərqdən və cənub-qərbdən ölkə ərazisinə daxil olan quru tropik hava kütlələri temperaturun sıçrayışlı artmasına səbəb olur. Subregional səviyyədə antisiklon sahələrinin formalaşması buludluluğu minimuma endirir, insolyasiyanı intensivləşdirir və havanın enən hərəkətlərlə dinamik qızmasına gətirib çıxarır”.


C.Hüseynovun sözlərinə görə, ölkənin mürəkkəb relyefi yay istilərinin coğrafi paylanmasında kəskin fərqlər yaradır.

“Mərkəzi Aran və Naxçıvan kimi termik depressiya bölgələrində iqlimin kontinentallığı və relyefin qapalı strukturu istiliyin akkumulyasiyasına şərait yaradır və temperatur asanlıqla 40°C və üzərinə yüksəlir. Abşeron yarımadası və sahilyanı ərazilərdə isə Xəzər dənizinin termik ətaləti mövsümün əvvəlində kəskin istilərin qarşısını qismən alır.

Lakin dəniz suyunun qızması və cənub-şərq küləklərinin üstünlük təşkil etməsi bürkü effekti yaradaraq effektiv temperaturu xeyli artırır.

Yay aylarında anomal isti günlərin tezliyinin və intensivliyinin artması qlobal istiləşmə, həmçinin El-Ninyo və La-Ninya cərəyanlarının regional fəsadları ilə birbaşa korrelyasiya təşkil edir. Son müşahidələr göstərir ki, Azərbaycanda yay fəsli klimatoloji olaraq daha aqressiv xarakter almaqla, daha tez başlayan və uzun sürən anomal istilik dalğaları ilə müşayiət olunur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

End of content

No more pages to load

RADİO