Putin müsəlmanları təbrik etdi...

Moskvada minlərlə müsəlman Ramazan namazı qılmaq üçün məscidlərə toplaşıb. 
Rusiyanın paytaxtı Moskvada minlərlə müsəlman Ramazan bayramı ilə əlaqədar küçələrə çıxıb. 

Bayram ənənəsinə uyğun olaraq müsəlmanlar məscidlərdə bayaram namazı qılıblar. 

Paytaxt küçələrinə toplaşan müsəlmanların təhlükəsizliyini təmin etmək üçün polis əməkdaşları əraziyə cəlb olunub. Artıq Rusiya Müftilər Şurasının (RMŞ) başçısı Ravil Qaynutdin bayram münasibətilə müsəlmanları təbrik edib və birgə bayram namazı qılınıb. Bayram tədbiri sakit şəkildə heç bir insident yaşanmadan başa çatıb.

Məlumata görə, Moskva məscidində bayram namazında 60 mindən çox insan iştirak edib. Müsəlmanlar həm məscidin daxilində, həm də həyətində toplaşıblar. 
Bu arada Rusiya prezidenti Vladimir Putin müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. Putin təbrikini Rusiyada yaşayan müsəlmanlara ünvanlayıb. "Müqəddəs Ramazan bayramı özündə dərin mənəvi məna, imanın möhkəmlənməsi sevincini, mənəvi paklanma və özünümükəmməlləşdirməni ehtiva edir", - deyə Putin təbrikində deyib.

O həmçinin bildirib ki, bu bayramı tək zəngin süfrə ilə deyil, eyni zamanda ehtiyacı olanlara diqqət və qayğı göstərməklə qeyd edirlər. Vladimir Putin müsəlmanların Rusiyanın həyatında fəal iştirakının çox əhəmiyyətli olduğunu da deyib: "Onların dövlət və ictimai strukturlarla qarşılıqlı əlaqələri durmadan inkişaf edir. Onlar xeyriyyə, təhsil sahəsində də çox işlər görürlər".
Bu gün Ramazan bayramı münasibəti ilə yüz minlərlə insanın Moskva vilayətindəki məscidlərə toplaşacağı proqnozlaşdırılıb. Bu gün səhər saatlarından başlayaraq müsəlmanlar dualar etmək, bayramlaşmaq üçün məscidlərə toplaşmağa başlayıblar.(ANS )
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarğıdalını çiy yemək olar?

Qarğıdalını çiy yemək olar?

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

Livanda ölənlərin sayı: Son sutkada daha 7 nəfər həlak oldu

Livanda ölənlərin sayı: Son sutkada daha 7 nəfər həlak oldu

Rusiya ordusu Kiyevə ballistik raketlərlə HÜCUM ETDİ

Rusiya ordusu Kiyevə ballistik raketlərlə HÜCUM ETDİ

DGK sədri xarici ölkələrdən onlayn alış-veriş edənlərin və bəyannamələrin sayını AÇIQLADI

DGK sədri xarici ölkələrdən onlayn alış-veriş edənlərin və bəyannamələrin sayını AÇIQLADI

Maaşı artırıldı, serialdan ayrılması qısa çəkdi - FOTO

Maaşı artırıldı, serialdan ayrılması qısa çəkdi - FOTO

End of content

No more pages to load

RADİO