Xatırladaq ki, Rüfət Səfərov Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks millət vəkili Eldar Sabiroğlunun övladıdır. Qeyd edək ki, xəbər yayılandan dərhal sonra E. Sabiroğlu oğlunun bu addımını qınayaraq çox böyük bir qəbahət etdiyini bildirsə də vəziyyət mürəkkəbləşməkdə davam etdi və Rüfət Səfərov aclığa başladı, ardından atasının və nənəsinin aclığı dayandırmaqla bağlı çağırışlarına da boyun əymədi, aclığı davam etdirməkdə israrlıdır...
Baş Prokurorluqsa Zərdab rayon prokurorluğunun fəaliyyətinin yoxlanılması üçün rayona kompleks yoxlama göndərdi və çox böyük ehtimalla Rüfət Səfərovun bir sıra cinayətlərdə ittiham edilməsi üçün tezliklə nələrsə tapılacaq. Onun həbs olunması ehtimalı da çox yüksəkdir.
Moderator.az - ın əməkdaşı övladı ətrafında baş verənlərlə bağlı son durumu öyrənmək üçün Eldar Sabiroğlu ilə əlaqə saxlayıb. Keçmiş xidmət rəisi bildirib ki, çətinliklərlə üzləşmiş ailələriylə maraqlandığımız üçün təşəkkür edir, amma nə deyilməliydisə deyib və əlavə nəsə demək istəmir. Keçmiş millət vəkili bir daha baş verənlərdən təəssüfünü ifadə verib, amma onu ən çox övladının taleyi narahat etdiyini dilə gətirib, aclığı dayandırmamasının ciddi fəsadları ola biləcəyindən qorxduğunu dilə gətirib.