Prezident və xanımı Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib - FOTO

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidini ziyarət edib, burada Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, tarixi Yuxarı Gövhər Ağa məscidində bərpa işləri 2021-ci ilin noyabr ayından başlayıb.

Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Yuxarı Gövhər Ağa məscidində konservasiya və bərpa işləri ilkin memarlıq üslubuna uyğun olaraq Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən və “Paşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilir. Bərpa prosesi Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə aparılır.

Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universitetinin nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasına aparılır.

Bu günədək məsciddə möhkəmləndirmə işləri görülüb. Ermənistanın işğalı dövründə məscidə edilmiş müdaxilələr aradan qaldırılıb. Fasadlarda və binanın daxilində suvaq işləri başa çatdırılıb. Minarələrin boya işlərinə başlanılıb.

Hazırda Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri davam etdirilir.

Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əraqçi İranın ŞƏRTLƏRİNİ Pakistan tərəfinə ÇATDIRDI

Əraqçi İranın ŞƏRTLƏRİNİ Pakistan tərəfinə ÇATDIRDI

Göygöldə HADİSƏ: Qadın hamam otağında boğuldu

Göygöldə HADİSƏ: Qadın hamam otağında boğuldu

ADY sədrinin iştirakı ilə Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalanıb - FOTO

ADY sədrinin iştirakı ilə Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalanıb - FOTO

“Sabah” finala yüksəldi

“Sabah” finala yüksəldi

Azərbaycanlı aparıcı xanımı və qızı ilə - VİDEO

Azərbaycanlı aparıcı xanımı və qızı ilə - VİDEO

Yasamalda QƏZA: Avtomobil ana və qızını vurdu - VİDEO

Yasamalda QƏZA: Avtomobil ana və qızını vurdu - VİDEO

Əli Laricaninin dəhşətli ölümü: "Başı, bədəni yox idi, yalnız bir əli qalmışdı"

Əli Laricaninin dəhşətli ölümü: "Başı, bədəni yox idi, yalnız bir əli qalmışdı"

İran Bakıya uçuşlar həyata keçirməyi planlaşdırır

İran Bakıya uçuşlar həyata keçirməyi planlaşdırır

Nyu-York merinə AÇIQ MƏKTUB: “Ola bilsin sizi yanlış məlumatlandırıblar”

Nyu-York merinə AÇIQ MƏKTUB: “Ola bilsin sizi yanlış məlumatlandırıblar”

Pezeşkian İran vətəndaşlarına: "Elektrik enerjisindən istifadəni azaldın"

Pezeşkian İran vətəndaşlarına: "Elektrik enerjisindən istifadəni azaldın"

İran ordusu ABŞ-a XƏBƏDARLIQ ETDİ: Güclü cavab verəcəyik...

İran ordusu ABŞ-a XƏBƏDARLIQ ETDİ: Güclü cavab verəcəyik...

Çernobıl əlillərinə avtomobillər verildi - FOTO

Çernobıl əlillərinə avtomobillər verildi - FOTO

İlham Əliyev: "Bunlar çox güclü siyasi sənədlərdir..."

İlham Əliyev: "Bunlar çox güclü siyasi sənədlərdir..."

"Neftçi" və "Qarabağ" azarkeşlərə ÇAĞIRIŞ ETDİ: Hər birimizə yaraşan rəqiblərə ehtiram göstərməkdir!

"Neftçi" və "Qarabağ" azarkeşlərə ÇAĞIRIŞ ETDİ: Hər birimizə yaraşan rəqiblərə ehtiram göstərməkdir!

Yevlaxda kişini ilan sancdı - təcili BAKIYA göndərildi

Yevlaxda kişini ilan sancdı - təcili BAKIYA göndərildi

Azərbaycan və Ukrayna arasında 6 SƏNƏD İMZALANIB

Azərbaycan və Ukrayna arasında 6 SƏNƏD İMZALANIB

Bakıda “Oxu Günü – 11 Kitab Festivalı”nın təntənəli açılış mərasimi keçirildi - FOTO/VİDEO

Bakıda “Oxu Günü – 11 Kitab Festivalı”nın təntənəli açılış mərasimi keçirildi - FOTO/VİDEO

"Dəli Kür" sakitləşməyə başlayır: Zərdabda son vəziyyət – VİDEO

"Dəli Kür" sakitləşməyə başlayır: Zərdabda son vəziyyət – VİDEO

Kamçatkada 5,5 maqnitudalı ZƏLZƏLƏ

Kamçatkada 5,5 maqnitudalı ZƏLZƏLƏ

"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi"

"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi"

Sarsılmaz iradəyə sahib olan insanların 4 doğum tarixi

Sarsılmaz iradəyə sahib olan insanların 4 doğum tarixi

Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır

Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır

Alyaska sahillərində güclü ZƏLZƏLƏ oldu

Alyaska sahillərində güclü ZƏLZƏLƏ oldu

İntensiv yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

İntensiv yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO